Рейтинг
+24.96

Tarix və politologiya

16 üzv, 292 topik

Y.İ.Puqaçov üsyanından sonra II Yekaterinanın islahatları

Puqaçovun başçılığı altında olan qüdrətli xalq üsyanı Rusiya üçün bir sıra nəticələrə səbəb olmuşdur. Hər şeydən əvvəl ölkənin yerli idarəçilik orqanlarının çatışmazlıqları üzə çıxmışdır. Böyük quberniyalara bölünmüş ölkədə mərkəzin nəzarəti aşağı səviyyədə idi. Eyni zamanda üsyan Rusiyanın üst təbəqəsini, xüsusilə zadəganlarla hakimiyyəti daha sıx birləşdirdi. Gələcəkdə belə sarsıntılara yol verməmək məqsədilə zadəganlar mərkəzi hakimiyyətin, mütləqiyyət quruluşunun möhəmləndirilməsini istəyirdilər.


Davamı →

Rusiya imperiyası 1725-1740-cı illərdə

I Pyotrun ölümündən II Yekaterinanın taxta çıxmasına kimi, yəni, 1725-1762-ci illər arasında Rusiya taxtında altı nəfər kişi və qadın hökmdar bir-birini əvəz etmişdir. Dövlətin başında dayanan hökmdarların hər birinin fərqli fərdi xüsusiyyətləri ilə yanaşı, ümumi cəhətləri ondan ibarət olmuşdur ki, onlardan heç biri I Pyotr kimi ölkənin ümumrifahı naminə dövlətə fədakar xidmət ideyasına sahib olmamışdır. Dövlətə əsl xidmət etmək yerinə onlar öz mənasız və cəfəng arzu və məqsədlərinin nümayişi ilə seçilmişlər. Müvəqqəti hökmdar və hökmdar qadınların başqa bir fərqli cəhəti ondan ibarətdir ki, faktiki olaraq dövləti onlar deyil, taxt-taca yaxın olan istəkliləri («фавориты») idarə etmişdir.


Davamı →

Rusun şimal-qərb sərhədlərində İsveç və alman xaçlılarının işğalçılıq yürüşlərinə qarşı mübarizə

Şərqdən Batının başında durduğu monqol-tatar işğallarının Rus torpaqlarına istilaçı yürüşləri şimal-qərbdə başqa bir düşmənin fəallaşmasına səbəb olmuşdur. Rus bir zamanlar öz hakimiyyətini Baltik dənizi sahilləri və Finlandiyada yayaraq genişləndirmişdi. Novqorod knyazlığı fin əsilli em, korel, vodi, ijor tayfalarını, o cümlədən Şərqi Baltikyanı torpaqlarda çudları (estlər) öz hakimiyyəti altına almışdı.

Davamı →

Slavyanofillər və qərbçilər. Rus utopik sosializmi

XIX əsrin birinci yarısında Rusiyada mövcud ictimai quruluşun ideoloji nöqteyi-nəzərdən dərk edilməsi prosesi formalaşmışdır. Qraf Sergey Uvarov və onun «Rəsmi xalqçılıq nəzəriyyəsi» («Теория официальной народности») rəsmi mütləqiyyət nöqteyi-nəzərini ifadə edirdi. Bununla birlikdə fərqli ideoloji istiqamətlər də meydana çıxmışdır. XIX əsrin I yarısında daha çox özlərini «slavyanpərəstlər» («славянофилы») və «qərbçilər («западники») adlandıran iki cərəyan fərqlənmişdir.


Davamı →

1877-1878-ci illərdə Rusiya-Osmanlı müharibəsi

Krım müharibəsindəki məğlubiyyət Rusiya imperiyasının beynəlxalq nüfuzuna ciddi zərbə vurmuşdu. 1856-cı il Paris sülh müqaviləsinə görə, Qara dəniz bitərəf elan olunmuşdu. Rusiya Qara dəniz sularında hərbi donanma və hərbi dəniz cəbhəxanası saxlamaq hüququndan məhrum olmuş, Osmanlı dövlətinin daxili işlərinə qarışmamaq öhdəliyini üzərinə götürmüşdü. Qərb dövlətləri XVIII əsrin ikinci yarısı Böyük Yekaterinann dövründən Qara dəniz sahillərində möhkəmlənmiş Rusiyanı bundan məhrum etmək məqsədi güdürdülər. Lakin Rusiya onun üçün həyati əhəmiyyət kəsb edən bu ərazilərdən əl çəkmək fikrində deyildi. 1871-ci ildə Paris müqaviləsi etibarsız elan olundu.


Davamı →

XX əsrin əvvəllərində Rusiya İmperiyasının böhranı. Yeni əsrin astanasında

1894-cü ili Rusiya tarixində dönüş ili adlandırmaq olar. Məhz bu ildə baş vermiş mühüm hadisə — imperator III Aleksandrın ölümü və sonuncu Rusiya hökmdarının hakimiyyətə başlaması ilə əlaqədardır. 1894-cü il oktyabrın 20-si saat 1407-də imperator III Aleksandr böyrək xəstəliyindən vəfat etdi.
Qanun və adət-ənənəyə uyğun olaraq 1894-cü il oktyabrın 20-də vəfat etmiş imperatorun 26 yaşlı böyük oğlu Nikolay Aleksandroviç II Nikolay adı ilə Rusiya taxtına çıxdı. II Nikolay atası kimi belə düşünürdü ki, Rusiya dövlətinin əsası olan mütləqiyyət müstəqil və tamhüquqlu idarəçilik mərkəzidir və bu prinsip dəyişdirilə bilməz. II Nikolayın hakimiyyətinin birinci günlərindən başlayaraq onun ünvanına əhalinin təbəəlik hisslərini ifadə edən məktub və teleqram axını gəlmişdir ki, onun da bəzilərində ictimai dairələrin nümayəndələrinin siyasi qərarların alınması işinə cəlb edilməsi arzusu ifadə olunmuşdur. Bu xüsusilə yerli özünüidarəçilk orqanları içərisində liberal baxışları ilə seçilən Tver zemstvosunun müraciətində açıq ifadə edilmişdi.

Davamı →

Kiyev knyazları

Knyaz Oleqdən (879-912) sonra Kiyev taxına əvvəl knyaz İqor (912-945), onun öldürülməsindən sonra dul qalmış arvadı Olqa (945-957) oturmuşdur. Knyaginya Olqa dövləti yalnız oğlu Svyatoslav İqoroviç (957-972) həddi-büluğa çatana kimi idarə etmişdir. Ryurikin nəslindən olan Ryurikoviçlər sülaləsi XVI əsrin sonlarına kimi, yəni 7,5 yüz il Rusiyanı idarə etmişdir.

Davamı →

Üçüncü Dövlət Duması. P.A.Stolıpinin islahatları

Üçüncü Dövlət Duması nəzərdə tutulduğu kimi beş il fəaliyyət göstərmiş ilk duma kimi tarixə düşmüşdür. 1907-ci il noyabrın 1-də çağrılmış və əvvəlki duma ilə müqayisədə tərkibinə görə daha mühafizəkar olan üçüncü Dumaya seçilmiş 442 deputat yerindən 146 yer sağlara, 155 yer oktyabristlər və onlara yaxın olan qruplara, 108 yer kadetlər və onların tərəfdaşlarına, 13 yer trudo-viklərə və 20 yer sosial-demokatlara məxsus idi. Dumanın mərkəzi 17 Oktyabr İttifaqı, sədri isə oktyabrist N.A.Xomyakov seçilmişdir. 1910-cu ilin martında onu partiyanın lideri A.İ.Quçkov əvəz etdi, bir il sonra isə parlamentin sədri oktyabrist M.V.Rodzyanko seçildi ki, sonra o, Dördüncü Dumanın da (1912-1917) sədri oldu. Üçüncü Dumanın fəaliyyət dövrü siyasi həyatın yeni reallığı olan hökumətlə deputat korpusu arasında kompromis əldə edərək çalışmağa doğru yönəlmişdi. Seçilmiş deputatların çoxu hökumətə «cinayətkarlar dəstəsi» kimi baxmayaraq, mövcud dövlət quruluşunu «qaranlıq çarlıq» hesab etmirdilər.


Davamı →

Qaliç-Volın knyazlığı

Keçmiş Vladimir-Volın torpaqları əsasında təşəkkül tapmış Qaliç-Volın knyazlığı Rusun qərb və cənub-qərb sərhədlərində yerləşmişdir. XI-XII əsrlərdə Vladimir-Volını böyük Kiyev knyazının göndərdiyi ikinci dərəcəli knyazlar idarə edirdi. Burada böyük knyaz Svyatoslav Yaroslaviçin canişini kimi gənc Vladimir Monomax hakimiyyətdə olmuşdur.

Davamı →

Rus-yapon müharibəsi

II Nikolayın 1899-cu ilin əvvəlində İngiltərənin kraliçası Viktoriyaya yazdığı məktubdan məlum olur ki, Rusiyanın xarici siyasətində Uzaq Şərq regionu və uzunmüddətli sülhün bərqərar olması məsələləri birinci sıraya yerləşmişdi. 1898-ci ilin avqustun 12-də Peterburqdakı xarici dövlətlərin nümayəndələrinə xarici işlər naziri adından Rusiyanın təkliflərindən ibarət yazılı müraciət təqdim edilmişdi. Müraciətdə beynəlxalq miqyasda silahlanma yarışının ayrı-ayrı ölkələrin maliyyə sabitliyi üçün nöqsan olduğu, dünyadakı sabitliyi pozduğu qeyd olunur və məsələni müzakirə etmək məqsədilə beynəlxalq konfrans çağrılması təklif edilirdi.

Davamı →