Рейтинг
+24.96

Tarix və politologiya

16 üzv, 292 topik

XX əsrin əvvəllərində Rusiya İmperiyasının böhranı | Yeni əsrin astanasında

1894-cü ili Rusiya tarixində dönüş ili adlandırmaq olar. Məhz bu ildə baş vermiş mühüm hadisə — imperator III Aleksandrın ölümü və sonuncu Rusiya hökmdarının hakimiyyətə başlaması ilə əlaqədardır. 1894-cü il oktyabrın 20-si saat 1407-də imperator III Aleksandr böyrək xəstəliyindən vəfat etdi.
Qanun və adət-ənənəyə uyğun olaraq 1894-cü il oktyabrın 20-də vəfat etmiş imperatorun 26 yaşlı böyük oğlu Nikolay Aleksandroviç II Nikolay adı ilə Rusiya taxtına çıxdı. II Nikolay atası kimi belə düşünürdü ki, Rusiya dövlətinin əsası olan mütləqiyyət müstəqil və tamhüquqlu idarəçilik mərkəzidir və bu prinsip dəyişdirilə bilməz. II Nikolayın hakimiyyətinin birinci günlərindən başlayaraq onun ünvanına əhalinin təbəəlik hisslərini ifadə edən məktub və teleqram axını gəlmişdir ki, onun da bəzilərində ictimai dairələrin nümayəndələrinin siyasi qərarların alınması işinə cəlb edilməsi arzusu ifadə olunmuşdur. Bu xüsusilə yerli özünüidarəçilk orqanları içərisində liberal baxışları ilə seçilən Tver zemstvosunun müraciətində açıq ifadə edilmişdi.

Davamı →

Rusiyada marksizmin yaranması

Öz vəziyyətlərini yaxşılaşdırmaq uğrunda fəhlələrin mübarizəsi tədricən özlərini «sosialist» adlandıran dərnək və təşkilatların diqqətini cəlb etmişdir. «Sosializm» termini fransızca olub tərcüməsi «ictimai» («общественный») deməkdir. XIX əsrin sonlarında Rusiyada ictimai fikri əhatə edən iki əsas sosialist axın mövcud olmuşdur. Birinci cərəyanı təmsil edən xalqçılar kapitalizmi qəbul etməyərək kəndlilərin sosialist instinktinə əsaslanaraq bütün proqram və çağırışlarını kəndlilərə yönəltmişdi.

Davamı →

Rusiyada 1905-1907-ci illər inqilabı. Parlamentarizmin yaranması

Sənayenin inkişafı böyük şəhərlərin kənarlarında, fabrik və zavodların nəzdindəki fəhlə qəsəbələrində cəmləşmiş fəhlələrin sayca artmasına səbəb olmuşdu. Məhz bu yerlərə üz tutan sosialist təbliğatçılar marksistlərin planına uyğun hərəkət etmələri üçün fəhlə kütləsini öz nüfuz dairəsinə cəlb etmək məqsədi daşıyırdılar. Fəhlələrin böyük əksəriyyətinin iqtisadi şəraiti ağır olduğu üçün onları təbliğatçıların «həqiqət» və «ədalət» haqqındakı danışıqlarına cəlb edirdi. Gizli vərəqə və kitabçalarda bu məsələlər haqqında çox yazırdılar.


Davamı →

Rus Yaroslav Mudrı və Yaroslaviçlər dövründə

I Vladimirin ölümündən sonra hakimiyyət qardaşların böyüyü Svyatopolka (1015-1019) keçdi. Ailə çəkişməsi zəminində onun əmrilə I Vladimirin və drujinanın sevimlisi Boris Rostovski və Qleb Muromski qətl edilmişdir. Rus kilsəsi Boris və Qlebi müqəddəslər sırasına daxil etmişdir. Öz əməlinə görə məlun ləqəbi alan Svyatopolka qarşı qardaşı Novqorod knyazı Yaroslav çıxdı. Novqorodluların və varyaqların köməyi ilə Yaroslav həm də Polşa kralı İgid Boleslavın kürəkəni olan məlun ləqəbli Svyatopolku Kiyevdən Polşaya qovdu.

Davamı →

Kilsə islahatı və parçalanma

Zaman keçdikcə kilsə Rusiyada böyük qüvvəyə çevrilmişdir. Xarici işğalçılarla mübarizədə, birlik və mərkəzləşdirmə zamanı dövlətin kilsəyə ehtiyacı olmuşdur. Kilsə xaç və duaları ilə xalqı böyük işlərə təşviq edirdi. Nəzərə almaq lazımdır ki, böyük hökmdarlar, xüsusilə Romanovlar dərin dini inamı olan insanlar olmuşdur və onlar dini ibadəti yerinə yetirən xidmət adamlarına xüsusi münasibət bəsləyirdilər. Çar onlara öz keşişləri kimi baxaraq məsləhətlərinə qulaq asırdı. Kilsənin öz növbəsində onları torpaq payı, güzəşt və üstünlüklərlə təmin edən dövlətə ehtiyacları var idi.Lakin Rusiyada mütəq monarxiya hakimiyyəti möhkəmləndikcə, ölkənin idarə olunmasında güclü ordusu, qanunları, bürokratik aparatı olan sistemin formalaşmasında kilsəyə lazım olan rol ayırmamışdır. Çar hakimiyyəti Rusiyada çox böyük torpaq mülkləri, qüdrətli siyasi təsiri, müxtəlif səpkili məhkəmə və vergi güzəştləri olan «dövlət içərisində dövlətlə» barışmaq niyyətində deyildi. Odur ki, XVII yüzilliyin 60-cı illərində bu iki qüdrətli güc mərkəzi növbəti toqquşmaya səbəb oldu.

Davamı →

I Pyotrun islahatları

Baltik və Azov dənizlərinin sahillərinə çıxan Rusiyanın hərbi və ticarət do-anmasına, hərbi-dəniz qalaları və limanlarına tələbatı artdı. Bitmək bilməyən müharibələrlə əlaqədar olaraq orduya top, mərmi, tüfəng, qılınc, hərbi sursat və geyim lazım idi. Bütün bu vəzifələri həll etmək məqsədilə sənaye sahəsində islahatlara başlamaq tələb edilirdi. Odur ki, Pyotr özünəməxsus ciddiyətlə köhnə ənənələrlə əlaqəni kəsərək yeni Rusiya sənayesini yaratmağa başladı. Burada dövlətin və bilavasitə hökmdarın roluna geniş yer ayrılmışdır.


Davamı →

Şimal müharibəsi

1700-cü il avqustun 8-də Osmanlı dövləti ilə 30 il müddətinə Azov və ona bitişik ərazilərdə Rusiyanın hakimiyyətini qəbul edən sülh imzaladıqdan sonra I Pyotr İsveçə məxsus Narva qalasına hücuma keçməyi orduya əmr etdi. Uzun davam edən Şimal müharibəsi başladı ki, Danimarka, Saksoniya, Polşa İsveçə qarşı Rusiya ilə müttəfiq idi. Bu zaman İsveç Avropanın ən qüdrətli dövlətlərindən biri olaraq demək olar ki, bütün Baltik dənizi sahillərini ələ keçirmişdi. İsveç dövlətinin başında Avropadakı hərbi əməliyyatlarda parlaq qələbələr qazanan 18 yaşlı gənc kral XII Karl dayanmışdı.


Davamı →

Sibir və Uzaq Şərqin mənimsənilməsi

Sibir və Uzaq Şərqin ərazisi Uraldan Sakit okeana kimi uzanır. Sərt iqlim şəraiti bu yerlərin mənimsənilməsini xeyli çətinləşdirmişdir. Keçilməz Tayqa meşələri ucsuz-bucaqsız bir ərazini təşkil edir. Ondan şimala Tundra meşələri uzanırdı. Ancaq Sibirin cənubunda meşəlik ərazisi başlayır.


Davamı →

Rusiya dəyişiklik ərəfəsində

1676-cı ildə çar Aleksey Mixailoviç vəfat etdikdə onun qədim boyar əsl-zadə nəslindən olan birinci arvadı M.İ.Miloslavskayadan iki oğlu, Fyodor və İvan, Sofiya böyük olmaqla altı qızı qalmışdır. Çarın ikinci arvadı çox da məşhur olmayan zadəgan nəslini təmsil edən N.K.Narışkina idi ki, onun da Pyotr adlı oğlu və bir qızı var idi. Çar öldükdən sonra tez bir zamanda Milos-lavskilər və onlara yaxın olan adamlar 14 yaşlı xəstəhal Fyodoru Kremlin Qranovit palatasında taxta əyləşdirərək ona çar kimi and içdilər. Narışkinlərə qarşı sipər çəkən Miloslavskilər çar taxtı ətrafında birləşərək dövlətdə bütün həlledici mövqeləri ələ aldılar. Ertəsi gün çar Fyodor Alekseyeviçə (16761682) strelets polku və Moskva əhalisi and içdi. Yeni hökmdara dair fərmanlar bütün ölkədə yayıldı.


Davamı →

Ukraynanın Rusiyaya birləşdirilməsi

1569-cu ildə imzalanan Lyublin uniyası Polşa krallığı, Litva Böyük knyaz-lığı və Şərqi Prussiya hersoqluğundan ibarət vahid Reç-Pospolita (respublika) dövlətini yaratdı. Rusiya torpaqları, o cümlədən Neman çayının şərqində olan ərazilər qədim Qrodno və Novqorod şəhərləri ilə birlikdə Qara Rus, Minsk, Vitebsk, Polotsk, və Smolenskin bir hissəsini əhatə edən Ağ Rus, Litvanın tərkibində, Çervonnaya Rus (Qalitsiya) və Dnestr çayı ilə Dneprin şərq axarları arasındakı əraziləri birləşdirən Kiçik Rus (Malorossiya) Varşavanın tərkibində Reç-Pospolita dövlətinin ərazisinə daxil edilmişdir.


Davamı →