Qədim Rusun mədəniyyəti
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
1689-cu ildə hakimiyyətə sahib olması ilə Sofiya-Qolitsın islahatlarına son qoyan yeni çar I Pyotr əvvəlki kimi hərbi işlərlə daha çox vaxt keçirirdi. Dənizçiliyə, dəniz gəmilərinə maraq onun fəaliyyətində ayrıca yer tutmağa başladı. Gənc çarın maraq dairəsinə daxil olan növbəti bir məsələ fiziki əməyə, sənətə olan həvəsi olmuşdur. Gənc yaşlarından dülgər, dəmirçi, rəngsaz və b. peşələrə sahib olmaq istəyi onu bütün həyatı boyu müşayiət etmişdir.
1645-ci il iyulun 13-də Mixail Fyodoroviçin ölümündən sonra onun 16 yaşlı oğlu Aleksey Mixayloviç yeni çar oldu. Rusiya tarixində «ən sakit» ləqəbi alan yeni çar Aleksey Mixayloviç hakimiyyətinin birinci illərində dövlətin bütün işlərini onun tərbiyəçisi boyar Morozov aparırdı. Ölkədə hakimiyyətdə sui-istifadə halları, rüşvətxorluq, məhkəmə süründürməçiliyi, məmurların özbaşınalığı geniş yayılmışdı. Yeni çar sadə adamların müraciətinə məhəl qoymur, qara camaatın məsələlərinə baxmırdı. Əhalinin narazılığı durmadan artırdı.
Ümumilikdə, slavyanların mənşəyi və yayılması problemi bu gün də müzakirə olunmaqdadır. Kiyev-Peçersk məbədinin keşişi Nestorun qələmə aldığı qədim rus yazılı abidəsi olan «Ötən illərin dastanı» salnaməsində müəllif slavyanların yuxarı Dunay və Drava çayları arasındakı ərazidə yerləşdirmişdir. Buradan romalılar tərəfindən sıxışdırılan slavyanlar yeni Visla və Dnepr çayları ərazisində məskunlaşmışdır. Qədim Roma tarixçisi Tatsitə əsaslanan rus tarixçisi S.M.Solovyov slavyanların ana yurdunun «Dunay» variantını müdafiə etmişdir. S.M.Solovyovun şagirdi tarixçi V.O.Klyuçevski də «Dunay» variantını qəbul etməklə bərabər qeyd etmişdir ki, şərq slavyanları Dunaydan Dneprə yayılmadan təqribən 500 il Karpat dağlarının ətəklərində olmuşlar. Klyuçevskiyə görə, yalnız VII əsrdən başlayaraq şərq slavyanları tədricən müasir Rusiya düzənliyində məskunlaşmışdır.
III İvan hakimiyyəti vəsiyyəti əsasında oğlu III Vasiliyə (1505-1533) verdikdə Rusun idarəçiliyində 66 böyük şəhər mövcud olmuşdur. III Vasili dövləti möhkəmlətmək məqsədi ilə Udel knyazları olan qardaşlarının hüquqlarını məhdudlaşdıraraq, hətta varisləri olmaması üçün onların evlənməsinə belə mane olmuşdur. Yalnız kiçik qardaşı, Starits Udel şəhərinin knyazı Andrey evlənərək oğul-uşaq sahibi olmuşdur ki, buna görə də varisləri olan Sta-rits knyazlığı XVI əsrdə III Vasili və onun oğlu IV İvan Qroznının (15331584) vahid dövlət hakimiyyətinə mane olmuşdur.
XVII əsrin 60-cı illərinin əvvəllərində Aleksey Mixailoviçin hökuməti pul islahatı keçirərək əvvəlki gümüş pulların nominal dəyərində mis sikkələr buraxdı. Dövriyyədə mis və gümüş rubllar meydana çıxdı. Misin gümüşdən ucuz olması səbəbilə hökumət vergi və gömrük rüsumunu gümüş sikkələrlə tələb etməyə başladı. Mis pullar sürətlə dəyərdən düşdü. 1662-ci il iyulun 25-də Moskvada «mis qiyamı» başladı. Minlərlə moskvalı, o cümlədən posad adamı, kiçik ticarətçilər, streletslər, muzdlu işçilər, əsasən yoxsullar meydana toplaşaraq çarın qayınatası İ.D.Miloslavski, varlı tacir V.Şorin və başqa boyarların mis pulların buraxılmasının əsas günahkarları olduğunu qeyd etdilər. Böyük bir qrup çarın yay iqamətgahı olan Kolomensk kəndinə gedərək hökmdara narazılıqlarını dilə gətirdilər. Şəhərdə əzəmətli xalq üsyanı başladı. Xalq varlı tacirlərin evlərini dağıtdı, onların bir çoxu şəhərdən qaçdı.
Yeni çar Mixail Romanov gənc və təcrübəsiz idi. Lakin boyarların çarı idarə edə biləcəkləri niyyəti baş tutmadı. Yeni çarın ətrafında tez bir zamanda nüfuzlu boyar, knyaz, zadəgan, dyaklardan ibarət tərəfdarları qrupu yarandı. Bir az sonra çarın atası patriarx Filaret əsirlikdən qayıtdı və faktiki olaraq oğlunun hakimiyyət şəriki oldu. Təcrübəli, ağıllı, möhkəm xarakterli 64 yaşlı patriarx dini və dünyəvi hakimiyyəti öz əlində birləşdirdi. Yeni prikazlar yaranır, köhnələr isə yenidən bərpa olunurdu. Onların başına sağ qalmış boyar və dyaklar təyin olunurdu. Yeni dövlət sistemində Minin və Pojarski də təmsil olundu. Minin Duma zadəganı oldu. Voyevoda boyar rütbəsi alaraq hökumət və orduda mühüm yer tutdu. İlk gündən birinci Romanovlar monarxiyası özlərindən əvvəl XVI əsrdə olduğu kimi mütləq hakimiyyət formasında meydana gəlmişdir. Yeni çar Kostromadan Moskvaya hərəkət edərkən boyarlar çara müraciətlərində özlərini onun «xolopları» adlandırırdılar, gənc çar isə onlardan sözsüz tabeçilik tələb edirdi. Bununla yanaşı, çar hər yerdə özünü bütün xalqın, o cümlədən «Qarışıqlıq dövründə» incidilən və təhqir edilənlərin müdafiəçisi, ədalət və qayda-qanunun təminatçısı kimi təqdim edirdi. Xalqla yeni hakimiyyətin bir tam kimi birliyi belə yarandı.