Рейтинг
+13.40

Təkliflər

21 üzv, 5 topik

Zamanı necə düzgün bölək?

Hər bir insan zaman zaman görürük ki, nəyəsə qaçır, zamanı yoxdur və ya zamanı olubda zamanı olmayan biri kimi təqdim edir. Yaşadığımız dünya ədalətlidir, çünki o hamımıza 24 saat verir. Heç kimdən əsirgəmir. Kiməsə 20 saat verib kiməsə 25 saat vermir. Zamanı ədalətli bölüşdürür. Sadəcə insan bu zamanı düzgün dəyərləndirməlidir. Zamanı isə nə dayandırmaq olur, nə stop etmək (öləndə istisna) nə də başqasına vermək olur. Yəni ki, heç bir halda sənə verilən bu resursdan artıq istifadə etmək hüququn yoxdur. Sadəcə edə biləcəyin bir neçə texnika ilə sənə verilmiş zamandan düzgün istifadə edib, effektiv nəticələr əldə edə bilərsən.

Davamı →

Mikrobloqda Hərf sayı artırılsın ?

Mikrobloqda hərf sayı nədənsə 200-dən 140 endirildi.İbrətamiz gözəl cümlələr var ki 140 hərflə ifadə etmək mümkün deyil.Təklif edirəm ki ,hərf sayı 250 yə çatdırılsın .

Netty yarışında iştirak

Bildiyimə görə kayzen.az saytı hər il keçirilən Netty müsabiqəsində iştirak etmir. Bunun səbəbini öyrənmək istərdim. Nəyə görə də etməyək?
bilməyənlər üçün qeyd edim ki,
NETTY-2010 Azərbaycan Milli İnternet Mükafatı – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı, başqa oxşar tədbirlərdən fərqli olaraq həm Azərbaycanda, həm də ümumiyyətlə regionda müntəzəm həyata keçirilən nadir və yeganə tədbirdir. 2010-ci ildə mükafat artıq altıncı dəfədir ki, keçiriləcək.
Müsabiqədə iştirak edən saytlara baxanda görürəm ki,kayzen.az saytına heç yaxın düşə biləcək belə sayt yoxdur. niyə görə iştirak edilməsin?Qalib olsaq bu saytın populyarlaşmasında çox böyük rol oynaya bilər. Təklif edirəm ki aşağıdakılar həyata keçirilsin:
1. Yarışda sayt qeydiyyatdan keçirilsin.
2. Saytımızın aktiv istifadəşçiləri virytual jüri kimi qeydiyyatdan keçib sayta səs versin.
3.Saytın qalib olması üçün lazımi bütün işlər görülsün.
Sayt administrasiyasının cavabını gözləyirəm.


Davamı →

Bəzi bölmələrdə açıq-saçıq şəkillər qoyulsun ya yox?

https://kayzen.az/blog/seks/334/kişi-və-qadinlarda-orqazm.html mövzusunda və şəxsi mesajlarda bildirildi ki,intim mövzularda açıq-saçıq və erotik məzmunlu şəkillərin yerləşdirilməsi yaxşı deyil. Belə şəkilləri yerləşdirməyin həm müsbət,həm də mənfi cəhətləri var. ekun qərar üçün səsverməyə qoyulur.