Ətrafınızdakılara zaman tanıyın

Düşünün ki, önünüzdə bir şkaf var. 
Bu şkafda 4 hissə var. Hər hissədə qutular(daxıllar, siyirmələr). Bu qutuların içində sevginiz və nifrətiniz var. 
Ən üst hissədəki qutularda ‘ən cox sevdiklərinizi' saxlayırsınız. 
İkinci hissədə ‘Sevirəm, amma çox da güvənmirəm' dediklərinizi. 
Üçüncü hissədə ‘hər kəs kimi biridir mənim üçün' dediklərinizi. 
Və ən altda da ‘nifrət edirəm və ya qəti güvənmirəm' deyə adlandırdıqlarınızı.
Siz heç ən üst hissəyə qoyduğunuz birini, bir sözünə görə, ən alt hissədəki qutulara qatdınızmı? Dəyərindən çox dəyər verdinizmi birinə? Ya nifrət edirəm dediyiniz birini zaman keçdikcə sevdinizmi? Siz heç yanıldınızmı? Utandınızmı o bir zamanlar arxasından qeybət etdiyiniz adamın indi ən yaxın dostunuz olduğu üçün? Heç etiraf etdinizmi ‘səni heç sevməzdim' deyə? Ya da heç əsəbləşdinizmi ‘nə çox güvənmişəm sənə' deyə? İnsan heç ‘bir söz' ilə ən sevdiyini ən nifrət etdiyi insanların arasına qata bilərmi? Doğrudurmu bu? 
Bir zamanlar göylərə çıxartdığınızı yerə vurmaq asandırmı? Yaraşarmı sizə? 
Halbuki bir zamanlar aranızdan su keçməzdi. Yeri gələndə, çörəyi belə paylaşardınız, qaldı ki, düşüncələriniz, duyğularınız. Bu qədər çox şeyi paylaşdığın birini tanımamazlıqdan gələ bilərsənmi? 
Sizə tövsiyə… 
Heç bir zaman ilk gördüyünüz birini ‘sevmədim' deyərək, şkafınızdakı ən alt hissədəki qutulara atmayın. Zaman verin, səbr edin. Lazım olsa qutulara yerləşdirməyin, şkafın qarşısında gözləsin. Zamanı gəldiyində o adam onsuz da şkafınızda bir hissəni özü seçəcək.
 

7 şərh

soni_memmedzade
Heç vaxt «HEÇ VAXT » deməyə tələsmə.mənim həyatımda olub yaxın bildiyim insan nifrət edirəm deməzdim.çünki,bu hissi duya bilmirəm.Mənim aləmimdə nifrət yoxdur.Sadəcə inciyib qəlbimdə yox,üzdə sıradan biri kimi olduğunu göstərməyə çalışmışam.bir insanı sevirəmsə,ümumiyyətlə qəbul edirəmsə,necə var o cür qəbul edirəm.Pisiylə,yaxşısıyla.xarakterini olduğu kimi qəbul edirəm.Məndə insanlara fərq qoyma yoxdu ümumiyyətlə.necə varamsa o cürəm.dostluqda sadiq,insana insan olduğu üçün qiymət verirəm.Bir az aqresivəm.etdiklərimə görə çox peşimançılıq çəkirəm.tez atılıb tez də düşürəm.Allahın bütün yaratdıqları gözəldir.İdeal insan yoxdur.bizim yanlışlarımız....Doğrularımız...Hamı kimi.biz də sıradan biri,sevimli,nifrətə laiq ola bilərik.mənim şkafım yoxdur.öz adıma.TOPİK ÜÇÜN TƏŞƏKKÜR EDİRƏM ƏZİZİM.MARAQLI,OUMAĞA DƏYƏR.ÇOX SAĞ OL.
doYwanka
uzu uzme gulub ama arxamda paxilligimi ceken oqederi var.deyirem halaldiye ele adamlara ele rola girir,menle ele davranir  ele bil menden ezizi yoxdu. men ama qorxuram kiminse arxasiyca daniwmaga cunki seheri uzune durmaq var uzlewdirseler.vapwe soz sohbetden cox qorxuram. SONI senin yazdiqlarini cox beyendim,demek olar cox wey eyni geldi fikirlerimizde.
ayxansevda
məndən xoşu gələn var ki? (öz ailəm yaxınlarımdan savayı) daim elələrinə rstladım ki, ürəyindən məndən zəhləsi gedibmiş bilməmişəm demişəm nə yaxşı adamdı görmüşəm ki, bunun ürəyi başqadı
Rene
Adətən insanlar haqqındakı ilk təssüratlarım doğru olur. Amma yanıldığım vaxtlar da olub. Çalışıram təzə tanış olduğum bir insan haqqında fikir yürütməyə tələsməyim, nə göylərə qaldırım, nə də yerdən-yerə vurum… Birincisi insanı incidir, ikincisi isə utandırır çünki…
MaksiMuS
Məqalə xoşuma gəldi.Günümüzlə səsləşən aktual məqamlara toxunan əhəmiyyətli bir mövzunu özündə ehtiva edən topiki ərsəyə gətirdiyinə görə Bumeranqa Təşəkkür.
Keçək mövzuya olan münasibətimizə: Əlhəmdullah insanları tanıma xüsusunda məntiq və praktikam çoxdu. Bu haqda mənim təcürəblərimdən ibarət topikimdə toxunulub bit.ly/NDFWJR
MaksiMuS
Hər bir insan 1 kitabdır. Amma hər oxucu kitabda yazılanları(insanı) oxusada(görsədə) yetərli bilgiyə və nəticəyə(təəssürata) gələ bilmr. Bunun üçün gərək kitabı(insanı) oxumaq yox(gördüyümüzə deyil), anlamaq və Səbəb-Nəticə arasındaki əlaqəni tapmaq lazımdı.Çoxumuz Səbəbi qurdalıyırıq.Halbuki bütün səbəblər Nəticədə gizlidi. Bir insanı hansısa durumda etdiyi hansısa addımına görə sorğulamaq əvəzinə nə üçün belə etdiyi ilə bağlı analiz-sintez aparsaq daha effektiv nəticə əldə etmək olar.
Umarım kimlərsə bu dediklərimdən bir şey anlaya və nəticə çıxarda biləcək.(1az kitab cümlələrinə oxşadı :))
rezerv
Bu necə gözəl topikdir belə. Amma,insanı tanımağa bəzən,bir ömür belə yetmir. Bununçün də şkafın önündə ola bilər ki,bir ömür boyu  gözləyənlər olar