İnsanın əl yazısı onun kimliyindən xəbər verir

Üç min il əvvəl Çinlilər tərəfindən yaradılan və bir çox mədəniyyət, sivilizasiya tərəfindən qəbul edilən əl yazısı elmi (qrafalogiya), bu gün dünyada firmaların işçi götürərkən istifadə etdiyi ən yaxşı üsul olaraq qiymətləndirilir.

Qrafologiya elmi insanın xarakterini, davranışlarını, istəklərini tapmaqda və insanın kimiliyinin analizində ən etibarlı vasitə sayılır.

Əl yazısı insanın iqtisadi mənşəyini, yaşayışını, həyatdakı mövqeyini və təhsilini əks etdirir. Fransa kimi ölkələrdə şirkətlərin 80 faizi iş görüşlərində əl yazısı vasitəsi ilə kadırın kimliyini təhlil edirlər. Əl yazısıyla insanın xarakterini öyrənmək xalqdan xalqa, insandan insana fərq edir.

Mütəxəssis bir qrafoloq bildirib ki, hansı xalqın nümayəndəsi olursa olsun, hansı dildə yazırsa yazsın, mən onun düşüncələrini əl yazısıyla kağız üzərinə əks olunan proyeksiyalarını oxuya bilirəm.

Qrafalogiyada ən azı 300 fərqli əl yazısı nümunəsindən istifadə edilir. Lakin yenə də dəyişməyən və təməl olaraq xarakterizə edilən müəyyən bəzi qaydalar var.

1) Yazını əymək

Əl yazısının sağa doğru əymək, insanın ünsiyyət qabiliyyətinin göstəricisidir. Bu cür insanlar daha dost canlı və məsuliyyətli olurlar.
Yazı sağa doğru əyildikcə insanın qərarları duyğularının təsirinə düşür. Əl yazısının ümumiyyətlə düz olması insanın müstəqilliyinə dəlalət edir.

Sola doğru əyilən əl yazısı, romantikliyi və ehtiyatlı olmağa göstərir. Bu əl yazısının sahibi, əvvəlcə hər məlumatı təsdiqləyir. Başqalarının onu hər hansı bir söz verməyə məcbur etməsindən isə xoşu gəlmir.

2) Böyük yazılar

Böyük əl yazısıyla yazan şəxslər daha çox dostluğu xoşlayırlar. Bu cür insanlar xaricilərd'n uzaq durur/ Amma özünə çox etibar edir.

3) Kiçik yazılar
Kiçik əl yazısı məntiqli düşünməyin göstəricisidir. Təfəkkür etməyi sevən insanlardır.

4) Kobud yazılar

Kobud yazan şəxslər verdikləri sözü yerinə yetirməkdə həmişə tərəddüdə olurlar. Həyatda baş verən hər bir hadisəni ciddi qəbul edir.

Çox kobud yazı isə şəxsin gərginliyindən xəbər verir. Onu tənqid edənlərə qarşı çox qəzəblidir. Bu cür insanlar əvvəl cavab verərlər sonra sual soruşarlar.

5) İncə yazılar
Çox incə yazılar isə mühitə və insanlara olan həssaslığı təmsil edir.


10 şərh

Ferbara
Maraqlıdı. Təşəkkürlər. :)
pascal
Mən sağa doğru yazanlardanam. Elə bilirəm çox insanlar sağa tərəf yazını yazırlar. Çünki, məktəbdə müəllim əlimizə qələmi verəndə, ilk buna əməl etməyi deyir. Qaldı ki, yazının böyük-kiçikliyinə… onu bilmirəm.
_BUMERANQ_
Mən isə sağa doğru və incə yazanlardanam. 
İnsanın xətti ən çox onun ilk müəlliminin xəttinə oxşayır.  
ctrlA
Amma mən hər cür yaza bilirəm. Hər iki əllə, sağa və sola əyərək, düz, iri və xırda.
Xasiyyətimin dəyişkənliyindən irəli gəlir bəlkə də.
BaRLeLiTa
Məndə hər iki əllə yaza bilirəm,,əslinə qalsa solaxay idim.İlk dəfə sol əllimlə yazmağı öyrənmişəm,müəlliməm əllinnən gələni edirdiki mən sağ əllimlə yazım,sol əllimi arxa tərəfə bağlı saxlayardı ki,sağ əllimlə yazım məcbur olub.Amma bir gün atam buna qarşı çıxdı,hansı əlliynən yazır yazsın dedi,ta müəlliməmdə qarışmadı.

Vaxt keçdikcə sağ əllədə yazmağı öyrəndim ,(müəlliməmədə sağ əllədə yaza bildiyimi söylədim sonradan,nə olursa olsun sağ əllə yazmamı istəyirdi ) ,xəttimə gəlincə isə hər cürə yaza bilirəm,heç bir problem yaşamadan. İndi Xəttimi dəyişməydən asand bir şey yoxdu mənim üçün.
Şərhlərinizə görə ayrı-ayrı hər birinizə təşəkkürlərimi bildirirəm
Ferbara
Müəllimələrin 90 faizi bilmir ki, sol əllə yazmaq qəbahət deyil, əslində üstünlükdü. Yəni uşaq sağla deyil, solla rahat yazırsa, bu ona aid xüsusiyyətdi. Onu dəyişmək olmaz.
_BUMERANQ_
Məncə də bu üstünlükdü. Baxdığım bütün xarici filmlərdə diqqət etmişəm əksəriyyət sol əllə yazır.
Amma sol əllə yazan insana baxa bilmirəm. Kənardan elə görsənir ki, bu cür yazmaq o insana əziyyət verir.(ya da bu mənə belə gəlir) 
BaRLeLiTa
Qıraqdan baxanda bərbad bir görünüşdü mənim üçün sol əllə yazan insana baxmaq..Sinifimizdə mənnən başqa da bir solaxay uşaq varıydı,onun qələmi tutması,yazı yazması məni güldürürdü,rəfiqələrimnən soruşurdum ki məndə belə görünürəm??Əlbətdə deyə cavab verirdilər.Amma mənə elə gəlirdi ki,bir tək onda qəribə görünür.sən demə məndə onun günündəymişəm ki :)
Düz deyibləre ayıbı kim edər ayıblı
heyatin-ellerinde
Maraqlı yazıdı.....Mən mektəb vaxtı yanımda kim otururdusa onun kimi yazırdım.İndi də kimsə yanımda olsa onun kimi yazmağa başlayıram...Tək qalanda isə əhvalımdan asılı olur.Konkret xettim yoxdu.Nədən irəli gəlir bilmirəm.......Əməyə görə təşəkkürlər 
tarixci1919
Bunları oxumaq maraqlıdır. Amma bununla insanın xasiyyətini dəyərləndirmək məncə o qədər də düz deyil. Əməyə hörmət.