Pika sindromu


Pika sindromu cox hallarda uşaqlıq hətta körpəlik yaşlarında başlayıb yetkinlik zamanlarınadək davam edən və daim təkrar edən bir davranış pozğunluğudur.Normal qidalardan xaric qida olmayan, müxtəlif maddələrə qarşı əmələ gələn yemə istəyi ilə özünü göstərir. Bu xəstələr zərərli ola biləcəyini bilsələr də özlərini bu maddələri yemə istəyindən uzaqlaşdıra bilmir. Çox vaxt bədəndə əksik olan dəmir, sink, fosfor,kalsium kimi maddələrin əksikliyi, bu davranış pozğunluğu ilə əvəz olunmaqdadır.

Bu xəstələr qidadan xaric maddələri yeyib-içməkdən özlərini çəkindirə bilməsələr də iştahlı bir şəkildə yeyirlər və zövq alırlar. Qələm uclarını gəmirən şagirdlərə, torpaq yeyən hamilələrə ya da saclarını udan uşaqlara ölkəmizdə heç də az rast gəlinmir. Sadəcə bunlarla bitmir hətta qum, kirəc, kağız, ip, silgi, sabun, torpaq, boya, neft, kley bu xəstələrdən örnəkdir. Bu sadalanan yeyilməyən, daxilə qəbul edilməyən maddələr o qədər çoxdur ki, saymaqla bitməz. Bu maddələr pika xəstələri üçün ən ləzzətli şirniyyat və ya tortdan daha-daha dadlıdır. Divardan qaşınmış bir ovuc dolusu mel parçası və ya yerdən alınmış bir ovuc dolusu palçıq və yaxud bir tutum saç…
Bu saydıqlarım neçə də iştahanızı açdı deyil mi! Bizim mədəmizi bulandıran bu qida olmayan maddələr onların ağızlarını sulandırmağa belə yetir. Üstəlik bu vəziyyətdə olanların sayı həm ölkəmizdə, həm də dünyada heç də az deyildir. Pika sindromu daha çox 1-6 yaş qrupu uşaqlarda və hamilələrdə görülür. Yeniyetməlik qrupundakı uşaqlarda bu xəstəlik risk qrupu təşkil edir. Onu da qeyd edim ki, 1 yaşına kimi ağıza aparma instinkti bu xəstəlik qrupu ilə baglı deyildir.

Pika sindromu ilə bağlı bir neçə faktı bölüşmək istərdim.

Tempestt Henderson adlı Florida vilayətində yaşayan bir qiz həftədə 5 qəlib sabun, paltar yumaqda istifadə olunan maddələri yeyirmiş. Bu qıza verilən suala cavab olaraq bildirmişdir ki, sabunun verdiyi dadı və zövqü heç bir şirniyyatda tapa bilmirəm. Bu fakta Türkiyədən də bir misal göstərmək istərdim: Canan xanım 39 yaşındadır və tam bir sabun xəstəsidir. Çəngəlinə aldığı sabunu xart-xurt yeyərkən ətrafına da salam verməkdən heç çəkinmir.

Azərbaycanda isə Narınc Uşaq Psixalogiya mərkəzinə daxil olan faktlardan qəpik yeyən, saç yeyən uşaqları misal göstərmək istərdim. Dörd yaşlı qəpik yeyən uşaq dayə himayəsində böyüdüyündən sirf diqqət çəkmək üçün qəpik yeyirmiş. Sevgi doyumsuzluğundan bu yola əl atan uşaq hətta oyuncaq maşin təkəri də yeyirmiş.

Pika sindromundakı insanlarla gündəlik həyatda qarşılaşmaq olduqca asandır. Məsələn məktəbimizdə bir uşağın silgi yediyini hec unutmuram. Bu cür faktlar ətrafımızda olduqca çoxdur, sadəcə fikir versəniz rastlaşa bilərsiniz.

Pika sindromu necə müəyyən edilir?
Uşaqların hərəkətlərini diqqətlə izlədiyinizdə pika sindromunu asanca sezmək mümkündür. Açıq havada torpaq yeyən bir uşağın qapalı məkanda ayaqqabı altını yaladığı, divarı qaşıyaraq altından çıxan torpaq parçalarını yediyini və ya dibçəklərin altın qaldırıb torpağı yediyi görülə bilən hallardır. Hətta bəzi uşaqların qələmlərin arxasını gəmirməsi, kağız yemələri,şunur dişləməsi pika sindromunun göstəricisidir.

Pika sindromunun təhlükələri
Uşaqlarda zəka inkişafı problemlərinə bağlı olaraq pika problemi görülə bilir. Eyni zamanda bədənin müqavimətinin zəifləməsinə yol açmaqdadır və uşaqlarda infeksiyaya bağlı xəstəliklərə tutulma ehtimalını artırır. Müalicəsində psixoloji dəyərləndirilmə, sağlam bəslənmə proqramı öyrədilməli və həkim nəzarətində dəmir müalicəsi aparılmalıdır. Fərqinə varılmadıqda xəstələrdə əksər hallarda alminium zəhərlənməsi, həzm sistemi problemləri, infeksiyalara bağlı olan xəstəliklər, saç yediyi üçün boğazda və mədədə tıxanmalara bağlı təcili cərrahi müdaxilələrə məruz qalma kimi problemlərlə üzləşməkdədirlər. Ağır metal zəhərlənmələri ən cox lazımi inkişaf səviyyəsinə çatmamış uşaqlarda 1-4 yaşlarında xüsusilə təhlükəlidir .Çünki bu yaşlarda uşaqlar təhlükəli olub-olmadığını heç soruşmadan bu maddələri qəbul edə bilirlər. Bundan başqa uşaqlarda zəka inkişafına bağlı olaraq pika sindromu da inkişaf edir. Bədəndə sink, dəmir əksikliyi uşagın inkişafına mənfi təsir göstərir.

Çox ciddi şəkildə görülən hallar- adətən ayaqqabı altını yalamaqla başlayırlar. Hətta saydıqlarımın çoxusu belə dözülməz olan maddələrə meyl edirlər. Qısacası bu maddələrin adları belə ağılları başdan alır. Xəstəlik tam bir dövr şəklində davam etdikcə yedikçə daha çox zövq alırlar, zövq aldıqca da daha çox yeyirlər. Digər səbəblər içərisində də sevgidən ac bir mühitdə yetişməsi, inam duyğusunun yetərincə olmaması yer alır. Ailədəki narahatçılıqlar körpələri və uşaqları bu cür davranışlara sövq edə bilir. Lazımi qidalanmamanın sonunda mineral əksikliyi görülür və pikanın ortaya cıxmasına səbəb ola bilir. Qan azlığı belə valideyin diqqətsizliyi nəticəsində yer alan səbəblərdən biridir.

Pika sindromunun müalicəsi
İlk edilməsi lazım olan izləmə, sonunda diaqnozun daha güvənli olmasını təmin edir. Bunun üçun daha öncə sindromun səbəblərini tapmaq və buna uyğun müalicə üsulu seçmək lazımdır. Analizlər –dəmir, sink, alminium kimi elementlərin yoxlanılması vacibdir. Əgər bədəndə dəmir əksikliyi ciddi dərəcədə azlıq təşkil edirsə buna müvafiq olaraq dərman müalicəsinə başladılmalıdır. Təbii qidalardan isə dəmir əksikliyi təsdiqlənmişsə xəstə mütləq qaraciyər, yumurta, paxlalılar sinfinə aid olan bitkilər və qırmızı ət qabul etməlidir. Dərman müalicəsi şərtdir.

Pika sindromunda psixoloji dəstək
Bu xəstəliyin təməl səbəbləri arasında psixoloji dəstək də yer almaqdadır. Buna görə də xəstəliyə mütləq bir pedaqoji dəstək də vacibdir. Psixoloji dəstəklə yanaşı pika xəstəliyinin müalicəsində terapiyaya da yer verilməlidir. Psixoloji olaraq aparılan bu terapiyanın sonunda müvəffəqiyyətli bir nəticə əldə etmək olduqca vacibdir. Xüsusilə də oyun terapiyası uşaqlarda xəstəliyi aşmaqda olduqca müvəffəqiyyətli bir üsuldur. Bu işdə məqsəd uşağın yediyi maddələrə alternativ qaydalar yükləməkdir. Məsələn: kagız yeyən bir uşağa rəsm çəkməsinə üstünlük verilməsi və ya palçıq yemədən dayana bilməyən bir uşaga palçıqdan heykəl qurmaq ,bu xəstəliyin müalicəsində olduqca faydalıdır.

Lalə Ələkbərova
Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu
 

0 şərh