Su səsi terapiyası

Su səsi terapiyası, adətən, musiqi terapiyası ilə birgə aparılır. Daha dəqiq desək, müəyyən sakit və rahatladıcı musiqi fonunda su səsinin verilməsi daha effektiv bir yol hesab edilir. Çünki onların birlikdəliyi gözəl ahəng yaradır.

Professor Masaru Emoto su kristalları üzərindəki səsin təsirini araşdıran Yapon elm adamıdır. Emotonun bu mövzuda etdiyi daha bir araşdırmada, eyni mənbədən götürülmüş iki qab su üzərində təcrübə aparılmışdır. Su dolu qablardan birinə sakit və qulağıyormayan musiqilər, digərinə isə daha səs-küylü və yorucu bir musiqi dinlədilmişdir. Daha sonra suların strukturları araşdırıldığında, gözəl ritm dinlədilən suyun kristalizasyon nümunəsi naxışlar şəklində və simmetrik, kəskin ritmlər dinlədilən suyun kristalizasyon nümunəsi isə qarışıq olaraq tapılmışdır.

Nəticə olaraq, qulağa xoş gələn səslər insan və eləcə də cansız hesab etdiklərimiz üzərinə pozitiv bir təsir göstərir. Qeyd etmək lazımdır ki, su səsi terapiyası həmçinin uşaq psixiatriasında mental retardasiyası, hiperaktivlik və autizm kimi xəstəliklərdə yüksək nəticələr verir.

0 şərh