Mədəni sindrom və ya etnik psixoz

Hər bir mədəniyyətin qaydası, adəti, ənənəsi vardır ki, onu başqa mədəniyyətdən fərləndirir. Əsrlər boyu formalaşan mədəniyyət yerli camaat üçün normal görünsədə, gəlmələr üçün bəzən qəribə gələ bilər. Qeyri adilik hər mədəniyyətdə var. Buraya həm cinsi və seksual tərbiyəni, həm cəmiətdə davranış etikasını, həmdə müəyyən ritualların keçirməyi müşahidə edə bilərik.

Lakin mədəniyyətlərin pis cəhəti kimi biz “etnik psixoz” adlanan bir terminologiya nəzərdən keçirə bilərik ki, müəyyən xüsusiyyətlərə malikdir:

1. F 48 qrupuna aiddir və adı daha çox rast gəlinən Dat sindromuna (F 48.8- digər qədidqləşdirilmiş nevrotik pozuntular) uyğundur (Hindistan mədəniyyətinə xas mədəni sindrom)

2. Müəyyən mədəniyyət üçün tipik qeyri-normal davranış sindromudur (o mədəniyyət bu halı xəstəlik kimi qəbul edir)

3. Bədənin və ya bədən funksiyalarının heç bir biokimyəvi və struktur dəyişikliyi müəyyən edilmir

4. Yalnız müəyyən mədəniyyətə xasdır və başqasında müşahidə edilmir

Ən çox rast gəlinən bəzi sindromlara diqqət yetirək (XBT-10 uyğun olaraq):

1. Amok – İndoneziya və Malaziyada rast gəlinən qeyri adekvat davranış formasıdır. Qətl etməyə təcavüz edən destruktiv davranış. Həyəcan və disforiyayla müşahidə olunur.

2. Data (Dat) – Hindistanda rast gəlinən seksual davranışla bağlı pozuntudurki, burada kişilərin “həyat” mayesinin sidiklə birlikdə yox olması fikirləri və təsəvvürləridir. Əzələ ağrıları və fiziki gücsüzlüyü ilə müşahidə edilir.

3. Koro – Çində və Hindistanda rast gəlinən patoloji davranışdırki, burada hər iki cinsin öz cinsiyyət orqanlarsız qalma qorxusu yaradır.

4. Lata – Malaziya – qışqırıq, söyüşlə, gülüş və ağlamaqla, rəqs hərəkətləri ilə müşahidə edilən psixopatoloji sindrom.

5.Taydzin Kefise — Yaponiyaya xas sindromdurki, insan başqalarının xətrinə dəyməkdən qorxur, elə düşünürki, əgər tərləsə, pis iy gəlsə ondan o bununla insanları pərt etmiş olacaq.

Nəticədə sosial aktivlikdən qaçış, ürək döyüntü, panikalar və əsmələr müşahidə edilir. Bundan irəli gələrək hər bir mədəniyyətə uyğun adəti pik nöqtəyə çatdırmamaq üçün insanın özünün idarə etmə mexanizmləri vardır ki. Bundan istifadə edərək hər bir sindrom və ya stress vəziyyətdən çıxmaq mümkündür. Misal üçün: əgər Yaponiya mədəniyyətində ünsiyyət zamanı qarşı tərəfə diqqət elə yüksək dəyərləndirilməsə, bəlkədə Taydzin Kefise sindromu rast gəlinməzdi.

Aydan Xasməmmədzadə
Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu, psixoanalitik

0 şərh