Genetik qorxu

Belə bir eksperiment aparılıb. Laboratoriya siçanlarının saxlandığı qəfəsin siçanlar olan bir bölməsinə meşə gilasının çiçəklərində olan ətirli maddə (asetofenon) buraxılır. Siçanlar bu iyə reaksya vermirlər. Az sonra qəfəsin həmin bölməsinə zəif elektrik cərəyanı verilir. Siçanları cərəyan vurur, onlar həmin bölmədən qaçırlar. Bu təcrübə dəfələrlə təkrarlanır, axır iş o yerə çatır ki, hansısa bölməyə həmin maddə buraxılan anda siçanlar başqa bölmələrə qaçırlar. Yəni, siçanlarda həmin iyin özünə qarşı qorxu hissi yaranır.

Eksperimentin ikinci mərhələsi. Həmin siçanlardan əmələ gələn nəsillər başqa qəfəsdə böyüdülür. Yetkinləşdkdən sonra eyni təcrübə onların üzərində aparılır. Onların gəzişdiyi qəfəs bölməsinə asetofenon maddəsi buraxılan kimi onlar qorxub qaçırlar. Daha elektrik zərbəsindən istifadə olunmur. Yeni nəslin erkək fərdləri üzərində DNT tədqiqatı iy reseptorlarının işinə cavadeh olan Olfr151 sahəsində metilasiyanın baş verdiyini göstərdi. O deməkdir ki, birinci nəsildə həmin iyə qarşı şərtli (elektrikin köməy ilə) yaradılmış qorxu genlərə “hopub” və bu dəyişiklik yeni nəslə ötürülüb. Elektrik zərbəsinə ehtiyac yoxdur, yeni nəsil siçanların həmin iydən genetik qorxusu var.

Araşdırmalar göstərir ki, avtoritar ölkələrdə bir çox insanların polisdən, digər güc strukturlarından və onların istifadə etdiyi predmetlərdən (geyim, paqon, avtomobil serenası və sair) kritik qorxusu var, bəzi adamlarda isə bu fobiya şəklində rast gəlinir. Bunun irsi olması, yaxud həyat ərzində qazanılması bəlli deyil. Lakin siçanlar üzərində olan eksperimentin nəticələri bəzi hipotezlərə əsas verir. Misal üçün, itaətsizlik edən bir nəsli polisin gücü ilə sıxıb sındırmaq o deməkdir ki, onlardan alınan yeni nəsili polislə qorxutmaq, “əl quzusu” etmək daha asan olacaq.
 

0 şərh