Danninq Krüger sindromu

«Cahillik xoşbəxtlikdir» deyimi çox tənqid edilir, — ki tənqid olunması son dərəcə doğrudur — lakin elmi olaraq yaxşı hiss etməyi təmin edə bildiyi və yersiz bir özünə inama səbəb olduğu iki elm adamı tərəfindən son dərəcə gözəl açıqlanmışdı.


Danninq və Krüger fizioloji və psixi sahədə etdikləri müxtəlif təcrübələrin nəticəsində  4 nəticəyə gəlirlər:
1. Öz bacarıqlarını həddindən artıq şişirdirlər;
2. Başqalarının həqiqətən yüksək olan səviyyələrini adekvat qiymətləndirməyə qadir deyillər;
3. Öz səriştəsizliklərinin dərinliyini dərk edə bilmirlər;
4. Təlimlərdən sonra sahib olduqları səriştəsizlklərin fərqinə varsalar da, bunu düzəltmək üçün hər hansı addım atmırlar.

Cahil sindromu araşdırmasını tətikləyən və bu sayədə psixologiya sahəsində yeni bir fərqindəlik meydana gəlməsini təmin edən bir xeyli maraqlı hadisə mövcuddur: Üzünə limon sürtərək görünməz olmağa çalışan bir oğru.

44 yaşındakı MakArtur Uiller üzünü limon suyuna buladı və 2 bankı üst-üstə soymağa qalxdı. Düşüncəsi limon suyunun görünməz yazılar yazmaqda istifadəsini təmin edən sirli kimyası sayəsində özünün də görünməz ola biləcəyini düşünməsiydi.
Bankları soymağı bacardı, lakin kamera qeydlərində balqabaq kimi görünməsindən ötrü polislər tərəfindən asanca tutuldu. 

Bu qəribə hadisəni ilham qaynağı əldə edən Danninq və Krüger bir təcrübə aparmağa qərar verdilər. Kornell Universitetindən müvəffəqiyyət qrafikləri fərqli 45 tələbəyə bir test edib onlara müxtəlif suallar verdilər.

Nə soruşduqları əhəmiyyətli deyildi. Əldə etməyə çalışdıqları nəticə verdikləri cavabın doğruluğundan nə qədər əmin olduqları idi.

Cavablarında olduqca müvəffəqiyyətli olduğunu düşünənlər (ki bunlar yalnız nəticələrin 10%-də müvəffəqiyyətliydi) testin böyük əksəriyyətinə doğru cavab verdiyinə inanırdı. Lakin nəticələrdə daha müvəffəqiyyətli olmasına qarşı alçaq könüllü davrananlar isə 60% civarında düzgünlük payı olduğunu düşünürdü. 

Təcrübə nəticəsində yazdığı məqalədə Danninq və Krüger təəccüblü nöqtələrə toxundular:
«Cahillərin ölçüsüzlükləri özləriylə əlaqədar hisslərindəki səhvlərdən, yüksək məlumat səviyyəsinə sahib, bacarıqlı, qabiliyyətlilərin ölçüsüzlüğü isə digər insanlarla əlaqədar hisslərindəki səhvlərdən qaynaqlanmaqdadır. „

Bu araşdırmanın nəticələri 2003, 2006 və 2008-ci ildə digər mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində də dəstəkləndi.

Danninq və Krüger “İg Nobel Psixologiya Mükafatı»nı bu tezisləriylə almışdılar. Ig Nobel mükafatlarının adı «alçaq» və «bayağı» mənasını verən ingilis «ignoble» sözündən gəlir.

Zamanla Ig Nobel mükafatlarının mediadakı məşhurluğu artdıqca bu mükafatların qiymətləndirməsi texnologiya və tibb sahəsində insanları əvvəl güldürən, sonra da düşündürən elmi araşdırmalara doğru sürüşməyə başlamışdı. Lakin maraqlı elmi işlərin yanında tənqid və ya lağ məqsədli mükafatlar hələ verilməyə davam etməkdədir.



Cahillərin əsas xüsusiyyətləri bunlardır:
1. Hər şeyi ən yaxşı özlərinin bildiklərini iddia edərlər.
2. Məlumatı, təhsili alçaltma meylindədirlər.
3. Bu kəslər çox səs-küy çıxarar, bu səs-küy içərisində "çox" iş gördüyünü göstərməyə çalışarlar.
4. Hər şeyi özləri həll etmək istəyərlər.
5. Hər şeyə hazırlıqlıymış kimi davranmağa meyllidirlər.
6. Özlərindən yuxarı vəzifədə olanlara qarşı hörmətdə əsla qüsur etməzlər, amma aşağı vəzifədəkiləri əzməkdən zövq alarlar.
7. Bu gün “ağ” dediyinə sabah “qara” deyər, amma demədiyini iddia edərlər.
8. Uğursuzluğa məruz qaldıqda özlərini bu olmamış kimi apararlar. 
9. Öz düşüncə və hərəkətlərinin doğruluğuna qəti olaraq inanarlar.
10. Hər kəsin gördüyü, şahid olduğu bir şeyi inkar edə bilərlər, məsələn, sizi buna inandıra bilərlər.
 

0 şərh