Seriallara baxmağın faydaları


Bir çoxları serialların vaxt itkisi və mənasız bir əyləncə növü olduğunu düşünür. Psixoloqların apardığı araşdırmalar isə bunun tam əksini sübut etdi:

1. Seriallar əhval-ruhiyyəni qaldırır
Depresiyyadan əziyyət çəkirsinizsə, sevdiyiniz seriallar bu dönəmdə sizin əlinizdən tuta bilər. Əlbəttə ki, bu ağlınızı pis fikirlərdən yayındırmaq üçün bir neçə yoldan biridir. Bundan başqa siz dostlarınızla görüşə bilərsiniz, idmanla məşğul ola bilərsiniz, diqqətinizi işinizə verə bilərsiniz, ancaq razılaşın ki, bir çoxları üçün bu üsullar effektiv deyil. Xüsusilə introvertlər üçün.

2. Biz sevdiyimiz personajların müsbət cəhətlərini götürürük
Əlbəttə ki, siz Əjdahaların anası ola bilməyəcəksiniz, zamanda səyahətdə etmək də alınmayacaq, ancaq siz daha cəsur, daha qərarlı olacaqsınız. Onların buraxdığı səhvlərdən dərs alacaq, onlar uğur əldə etdikləri zamanlarda isə istifadə edə biləcəyiniz triklər öyrənəcəksiniz.

3. Seriallardan ilham alırıq
Yaradıcı insansınızsa, təkcə personajlardan deyil, onların dəbli geyimindən, serialdaki interyerdən, abidələrdən, bir sözlə hər şeydən ilham payı ala bilərsiniz. Ola bilər ki, siz hansısa personajn sənətindən ilhamlanıb ixtisasınızı dəyişəcəksiniz, bəlkə isə New-Yorkdaki göydələnləri görüb, səyahət üçün pul yığmağa başlayacaqsınız. Seriallar evinizdən çıxmadan sizə başqa insanların həyatını göstərəcək. Niyə də bundan istifadə etməyəsiniz?

4. Seriallar şəfqət və müsbət düşüncəni inkişaf etdirir
Michigan Universitetinin apardığı araşdırma göstərmişdir ki, romantik seriallara baxdığımız zaman progesteron hormonunun səviyyəsi qalxır və insanlar yaxınları ilə ünsiyyətdən daha çox zövq almağa başlayır. Bundan əlavə seriallarda gördüyümüz ailə arası çətin münasibətlər öz ailəmizdə olan problemlərə başqa pəncərədən baxmağa kömək edir.
 

0 şərh