Sevginin və şiddətin qaynağı | Erich Fromm

Şiddət psixologiyanın araşdırdığı aktual məsələlərdən biridir. Bu mövzu haqda bir çox fikirlər irəli sürülmüşdür, lakin biz Erich Fromnun bu mövzu haqda araşdırmasını sizə təqdim etmək istəyirik. Erich Fromm Sevginin və şiddətin qaynağı adlı kitabında şiddətin qaynaqlandığı səbəblərin bəzi növlərini araşdırmış və qeyd etmişdir. İnsan davranışlarının öyrənilməsində şüuraltının nəzərə alınmasının vacibliyini qeyd edən psixoanaltik, şiddəti öyrənərəkən də şüuraltı məsələsini unutmamışdır.

Erich Fromm qeyd edirdi ki, şiddətin ən sadə növü oyun və ya yarışmalarda ortaya çıxan şiddətdir. Bu şiddət növü nifrətdən, yıxıcıılığa meyillilikdən yox hünər və ya cəsarəti nümayiş etdirmə istəyindən yaranır. Bu cür oyunlarda məqsəd öldürmək deyildir, əgər oyun ölümlə nəticələnərsə, bu rəqibin yanlış mövqedə olduğunu göstərər.

Şiddətin başqa bir növü də reaktiv şiddətdir. Reaktiv şiddət dedikdə bir insanın özünün və ya başqasının həyatını, azadlığını, namus və malını qorumaq üçün tədbiq etdiyi şiddət başa düşürük. Bu cür şiddətin qaynağı qorxudur və ən çox rast gəlinən şiddət növüdür. Bu şiddətin seçiciliyi ondadır ki, məqsəd ölüm yox həyatdır. Mənəvi yüksəkliyə sahib insanlar öldürmənin, müdafiə xarakterli belə olsa, əxlaqi baxımdan doğru olmadığı fikrini irəli sürürlər, lakin həyatını qorumaq üçün şiddətə əl atanlarla sırf öldürmək məqsədli şiddət göstərməyin eyni olmadığını da qəbul etməlidirlər.

Reaktiv şiddətə bənzər, amma daha çox patoloji olan şiddət növü qisasdır. Reaktiv şiddətdə məqsəd gəlməkdə olan zərərin başqa tərəfə yönəldilməsi olduğu halda, qisasalıcı şiddətdə artıq zərər var deyə müdafiə xarakteri daşımır. Qisasalıcı şiddəti ibtidai və mədəni cəmiyyətlərdə olduğu kimi ayrı-ayrı fərdlərdə də görə bilərik. İntiqam hissi bir cəmiyyətin və ya fərdin gücü və yaradıcılıq qabiliyyəti ilə tərs-mütənasibdir. Zərər görən gücsüz insanların baş vura biləcəyi tək bir yol vardır: qisas.

Başqa bir bir şiddət növü də inancın məhv edilməsindən yaranan şiddətdir. Bu daha çox uşaqlarda rast gəlinən haldır. Uşaqlar həyatlarına sevgiyə, yaxşılığa, ədalətə inanaraq başlayırlar. Bu inanclar insanların çoxunda elə uşaqkən məhv olur. Uşaq atasının yalan danışmasının şahidi olur, atasının anasından qorxduğunu, onun anasını məmnun etmək üçün övladından üz çevirməyə hazır olduğunu görür. Anası və atası arasında olan cinsi əlaqəyə şahid olmuş uşaq atasını vəhşi heyvan kimi təsəvvür edir. Uşağın valideynlərinin sevgisinə, doğruluğuna və ədalətinə olan inancı bununla da məhv olur.

Bəzən dini təlimlərlə yetişdirilən uşaqlarda bu inancların məhv olması birbaşa Tanrıya olan inancın itirilməsinə səbəb olur. Amma burada məhv olan inancın insana və ya Tanrıya olan inanc olması vacib deyil. Məhv olmuş inanc hər zaman həyata, həyatın təhlükəsiz olmasına duyulan inancdır. Aldadılmış və xəyal qırıqlığına uğramış bir şəxs həyata nifrət edə bilər. İnanacağı heç kəs yoxdursa, heç nə mövcud deyilsə, şəxsin yaxşılığa və ədalətə olan inancı axmaqca bir illuziyadırsa, həyatı Tanrı yox Şeytan idarə edirsə, onda həqiqətən həyat nifrət ediləcək bir şeydir; insan artıq xəyal qırıqlığının gətirdiyi əzaba dözə bilmir. Həyata inanan, yaşamağı sevən, amma xəyal qırıqlığına uğrayan bir şəxs beləcə ətarafa nifrət edən birinə çevrilər.

Şiddətin başqa bir növü də kompensasiyaedici şiddətdir. İnsan, sadəcə özünün dəyişidirilməyi ilə kifayətlənməz, dünyaya möhürünü vurmaq, onu da dəyişdirməyə çalışar. Bu ilk qayaüstü rəsmlərdə, incəsənətdə, işdə və cinsi münasibətlərdə özünü göstərir. Bir insanın öz qabiliyyətlərini bir yolda istifadə edə bilmə bacarığı güclülükdür. İnsan öz gücünü itirdikdə acı çəkməyə başlayar, gücsüzlüyün yaratdığı bu acı insanın gücsüz olmağı qəbul etməməsindən qaynaqlanır. Kompensasiyaedici şiddət gücsüzlükdən yaranan, gücsüzlüyü kompensasiya edən bir şiddət növüdür. Yaşaya bilməyən insan başqalarının da yaşamasını istəməz.

Şiddətin digər bir növü isə qana susamaqdır. Bu xəstə yox, tamamilə sağlam olan bir insanın öldürmək ehtirasıdır. İbtidai insan təkamüldən, tamamilə insan olmaqdan qorxduğundan ondakı bu öldürmə ehtirası yeni bir mərhələyə keçməsinə səbəb olur. Öldürmək ibtidai səviyyədə ən böyük sərxoşluq, ən böyük özünütəsdiq metodudur.

Muxtar Haşim

0 şərh