Təmizlik xəstəliyi

Obsessiv kompulsiv pozuntunun bir forması olan “təmizlik xəstəliyi” qadınlarda daha çox yayılmışdır. Ən çox əl yuma şəklində rast gəlinir.

Daimi olaraq əşyaların yuyulması, paltarların tam təmiz olduğu düşüncəsi olana kimi yuyulması, bəzən paltar harasa çirkli yerə toxunduqda xəstəlik keçər fikriylə paltardan bir daha istifadə etməmə, evdə keçirilən vaxtın yarısından çoxunun təmizliyə sərf olunması xəstəliyin ağırlaşmış formada olduğunun göstəricisidir, qonaq üçün istifadə etdiyi qabları xəstəlik keçər fikriylə dəfələrlə yuması, hər hansı bir yerə toxunduqda əlləri dəfələrlə uzun müddət yumasıda bu xəstəliyin əsas əlamətlərindəndir.

Bu xəstəlik daha çox qadınlarda xüsusi olaraqda diqqətə möhtac, evdar və yoldaşıyla problemi olan xanımlarda daha çox rast gəlinir, amma bu xəstəliyin həmişə belə insanlarda rast gəlməsi şərt deyil, bu forma OKP – su olan valideynlərin uşaqlarındanda bunu tələb etməsiylə əlaqədar gələcəkdə uşaqlardada bu xəstəlik yarana bilər.

Belə xəstələrin xarakter xüsusiyyətləri
Görəsən toxunduğum hər hansı bir şeydən mənə xəstəlik keçər?
Cinsi əlaqədən sonra görəsən mənə xəstəlik keçər?
Əşyaların simmetrikliyinə qarşı həssaslıq, hər şey simmetrik olmadır.
Saatlarca hamamda qalmaq görəsən tam təmizləndinmi fikriylə.
Başqa yerdə çirklənmə qorxusuyla tualetdən istifadə etməmə.
Xəstəliyin ilk vaxtlarında həkimə müraciət etdikdə daha asan müalicə olunur.

Dr. Bəxtiyar Mustafayev

0 şərh