Cizgi filmlərində gizlənmiş subliminal mesajlar

0-6 yaş mərhələsi uşaqların, həyatın da mühüm və özünəməxsus yerə malikdir. Erkən yaşdan etibarən uşaq bütün bilik və bacarıqlarını ailə üzvlərindən əldə edir. Bu uşağın həm fiziki, həm də mənəvi inkişafına təsir edir.
Müxtəlif hazırlıq səviyyəsi olan uşaqlar vericilərdən alınan məlumatları öyrənməyə başlayır. Uşaq səhv, yaxşı, pis arasındakı fərqi görmür. Uşaq dünyaya ünsiyyət etməyə hazır olan bir şəkildə gəlir və rast gəldiyi hər kəsi təqlid edir, yamsılayır. Erkən yaşlarda öyrəndikləri, gördükləri gələcəyində şəxsiyyətində öz əksini tapır. Uşağın sosial, mənəvi, əxlaqi və ruhi sağlamlığında ailə ilə keçirtdiyi zamanla bərabər, televiziyada və ya komputerdə izlədikləri cizgi filmləri də özünə məxsus yerə malikdir. Uşağın məktəbdən kənar həyatı, ictimai mühit və ən təsirli Kütləvi informasiya vasitələri həmişə onlara təlimat verir və öyrədir. Kütləvi informasiya vasitələrini (media) televiziya, radio, kitablar, jurnallar, qəzetlər, filmlər, video oyunlar əhatə edir. Cizgi filmlərində gizlənmiş subliminal mesajlar

Cizgi filmlərinin funksiyaları və mahiyyəti nələrdir?


Cizgi filmlərinin funksiyaları öyrətmək, həqiqəti göstərmək, əyləndirmək və inkişaf etdirməkdir. Təəssüfki, hər bir karikatura bu funksiyaları yerinə yetirə bilmir. Cizgi filmlərində ki, obrazlar hər zaman müsbət mesajları şüuraltına ötürmür. Digər mesajlardan daha sürətli və daha böyük olan subliminal mesajları var. Karikatura ölümü, cinsəlliyi, şiddəti, aqresivlik, bacı qardaş qısqanclığın ,mənfi hissləri gizli şəkildə insanın şüuraltına göndərir.
Gəlin düşünək .
  • Niyə cəmiyyətimizdə ən aktual məsələ davranış pozuntusudur?
  • Niyə bügün valideynlər övladlarının daha aqresiv olduğunu vurğulayır?
  • Niyə bacı qardaş qısqanclığı artıb?
  • Niyə «kaşki əvvəlki zaman» olardı deyirik?

Cizgi filmlərdə və karikaturalarda gizlənmiş mesajlar .


Bunların hamısının səbəbi uşaqların istədikləri, valideynlərin seçim etmədən izləməyə icazə verdikləri cizgi filmlər və cizgi film kanallarıdır. Uzun müddət uşaq  kiminlə zaman keçirirsə onun vərdişlərini və davranışlarını mənimsəyir. Cizgi filmlərindəki karikaturaların xüsusiyyətlərini də, bu şəkildə öz üzərində tətbiq edir. Televiziya uşaqlara informasiya ötürür bu zaman uşaq sorğu sualsız yeni informasiyanı qəbul edir. Cizgi filmlərinin göndərdiyi mesajlar rəngli və hərəkət edən stimullar olduğu üçün daha həlledici rola malikdir. Uşaqlar və yeniyetmələrdə spirt, siqaret və «maddə»nin istifadəsi, oğurluq, məktəb müvəffəqiyyətinin azaldılması problemlərini araşdırdığımız zaman bunun mərkəzində cizgi filmləri, radiolar, televiziya və ya videokliplərdə eşidilən və tesvir olunan riskli davranışların olduğunu görürük.
  • Cizgi filmlərin uşaqlara mənfi təsiri .
  • Xoşa gəlməz ifadələrin işlədilməsi .
  • Davranış pozuntusunun müşahidə olunması .
  • Asosial davranışların nümayişi .
  • Cinsəl istəyin artması.
  • Aqresiv davranışların artması .
  • Empatiyanin olmaması.
  • Zorakılığa meylin artması
  • İnformasiyanın tək tərəfli qəbul etmək
  • Nitq inkişafının gecikməsi .
  • Ünsiyyət anlayışının formalaşmasinda çətinliklər.

Cizgi filmlərin yaratdığı problemləri bes necə həll etməliyik?


Televiziyanı evdən qadağan etmək və ya uşaqları televiziya izləməkdən çəkindirmək həll yolu deyildir. Valideynlər televiziya seyrini məhdudlaşdırmaq prinsipini almalıdırlar. Bəli, uşaq əvvəlcə ailəni təqlid edir. Bunun üçün valideynlər kollektiv olaraq oxumaq, müzakirə etmək, söhbət etmək, müxtəlif faydalı əyləncə fəaliyyəti tapmaq, ənənəvi uşaq oyunlarını oynamaq və bir-biri ilə xüsusilə də uşaqları ilə daha çox maraqlanmağı  vərdiş halına salmaq lazımdır.
Valideynlər həmçinin uşaqları televiziya proqramlarında, cizgi filmlərində və reklamlarda olan məlumatları qiymətləndirmək işini birgə etməlidirlər. Uşaqlarınız cizgi film izlədikləri zaman onlarla bərabər izləyib, yeni obraz və hərəkətləri müzakirə etmək ən doğrusudur. Bununla yanaşı valideynlər öyrədici cizgi filmlərinə üstünlük verməlidirlər.
Charlie Chaplin deyir ki, bəşəriyyət və kəşfiyyatdan daha çox şəfqət və xeyirxahlıq lazımdır. Onsuz olmadan həyat şiddətlə doludur və biz hər şeyi itiririk.


Mənbə: hekimtap.az

0 şərh