İnsanların həyatında “bəxt” in rolu

Bu məqalə ilk dəfə olaraq Richard Wiseman tərəfindən Skeptical Inquirer jurnalının 2003-cü ilin may və iyun buraxılışında dərc edilmişdir. On il davam edən araşdırma nəticəsində məlum oldu ki, insan pis və ya yaxşı “bəxtini” özü formalaşdırır.
Keçirilmiş tədqiqat, həmçinin, insanların qarşılaşdıqları uğurlu anların sayını artırmaq mümkün olduğunu göstərir.
Barnett Helzberg (kiçik) bəxti gətirən insanlardan biri olub. 1994-cü ildə o, illik gəliri təxminən 300 milyon dollar olan zərgərlik mağazalar şəbəkəsini yaratmışdır. Bir gün Nyu-Yorkdakı Plaza otelinin yanından keçəndə Barnett Helzberg bir qadının səsini eşitdi: “Cənab Buffet!”. Helzberg bu adamın ABŞ-ın ən uğurlu investorlarından biri olan Warren Buffett ola biləcəyini düşündü və təəccübləndi. O, əvvəllər Warren Buffett ilə heç vaxt rastlaşmasa da, bu investorun maliyyə meyarları haqqında oxumuşdu.
Bu yaxında Barnett Helzberg-in 60 yaxşı tamam oldu və o, biznesini satmağı düşünürdü. Lakin həmin an onun ağlından keçdi: “Bəlkə, Buffet şirkətimə maraq göstərəcək?” və Helzberg fürsətdən istifadə edərək tanımadığı adama yaxınlaşdı.
İnsanların həyatında “bəxt” in rolu
Bu adam həqiqətən də Warren Buffett idi və nəticədə görüş Barnett Helzberg üçün çox uğurlu oldu – təxminən bir ildən sonra milyarder Helzberg mağazalar şəbəkəsini almağa razı oldu. Barnett Helzberg-in hekayəsi bəxtin biznes sahəsinə göstərdiyi təsiri göstərir. Stanford Universitetinin psixoloqu Albert Bandura, “bəxt” amilinin insanların şəxsi həyatına göstərdiyi təsiri mövzusunda araşdırma apardı. Məlum oldu ki, “həyatımızda olan ən vacib məqamların əksəriyyəti çox sadə səbəblərdən qaynaqlanır”. Psixoloq bu iddiaya həyatından götürülmüş nümunələr də əlavə edir.
Aspirant olduğu dövrdə Bandura ev tapşırığını yerinə yetirməkdən yorulurdu və bir gün fikrini dağıtmaq üçün golf klubuna baş çəkmək qərarına gəldi. Təsadüfi olaraq, Bandura və onun dostu golf oynayan iki cəlbedici xanımın arxasında əyləşdilər, oyundan sonra onlar görüşdülər. Sonda bu xanımlardan biri Albert Bandura-nın həyat yoldaşı oldu və beləliklə, golf meydançasındakı görüş onun bütün həyatını dəyişdi.
İnancların gücü
Əsrlər boyu insanlar həyatda uğurun və ya bəxtin miqdarını artırmağın təsirli yolunu axtarıblar. Xüsusi talismanlar, amuletlər və daşlar demək olar ki, bütün sivilizasiyalarda var. 13 rəqəmi uğursuz sayılır, çünki İsa peyğəmbərin son şam yeməyində on üç nəfər iştirak edib. Qeyd edək ki, bu kimi inancların çoxu həyatımızda bu gün də var. 1996-cı ildə Gallup təşkilatının keçirdiyi araşdırma nəticəsində məlum oldu ki, respondentlərin 53%-i bir az, 25%-i isə inanclara çox inanır.
Digər bir araşdırma isə göstərdi ki, əhalinin 72%-də bir dənə də olsun “sehrli” talisman var. Valideynlərimiz inancları bizə, biz isə öz övladlarımıza ötürürük. Sizcə, niyə bu proses nəsildən nəslə davam edir?
Əminəm ki, cavab bəxtin gücü ilə əlaqəlidir. Tarix boyu insanlar yaxşı və pis bəxtin həyatları dəyişdirə biləcəyini qəbul ediblər. Bir neçə saniyəlik uğursuzluq illərin arzularını məhv edə bilər, xoşbəxt hadisənin bir epizodu isə sizi bir neçə illik ağır zəhmətdən xilas edə bilər.
İnsanlar uğurunu artırmaq üçün inanclardan istifadə edirlər. Bir sözlə, inanclar həmişə olublar və olacaqlar da.
İnancları yoxlamaq
Lakin bir problem var: inanclar işləmir. Bir neçə tədqiqatçı köhnə inancların doğruluğunu yoxladı və onların heç bir mənası olmadığını sübut etdi. Bəzi ölkələrdə yolu keçən qara pişik uğur əlamətidir, digərlərində isə uğursuzluq. New York Skeptics -in üzvü Mark Levin yolu keçən qara pişiyin insanların həyatına göstərdiyi təsiri tədqiq etdi. Bunun üçün o, iki nəfərdən sikkə oyununu oynamağı xahiş etdi (uğuru sınamaq üçün).
Oyundan sonra Levin qara pişiyə iştirakçıların yolunu keçməyə icazə verdi və sikkə oyunu ikinci dəfə oynanıldı. Son olaraq tədqiqatçı qara pişiyi ağ pişik ilə əvəz etdi. Çox saylı oyunlardan və yolu ora-bura keçən pişiklərdən sonra məlum oldu: nə ağ, nə də qara pişik iştirakçıların bəxtinə təsir etməyib.
Bir neçə il əvvəl insanların fikrincə onlara uğur gətirən talismanların gücünü araşdırmaq qərarına gəldim. Bir qrup könüllüdən həyatdan məmnunluq səviyyələrini, xoşbəxtlik və uğurun miqdarını ölçən standart anket doldurmağı xahiş etdim. 
Sonra onlardan uğur gətirən talisman taxmaq və onun həyata göstərdiyi təsirə nəzarət etmələrini xahiş etdim. Eksperimentdə istifadə olunan bütün amuletlər New Age Center ticarət mərkəzindən əldə edilmişdir. Satıcının sözlərinə görə, bu talismanlar insanları daha firavan və xoşbəxt edir.
Nəticədə, iştirakçılar bu talismanlardan heç bir effekt görmədiklərini bildirdilər. Maraqlıdır ki, onlardan bəziləri talisman taxdıqları müddət ərzində özlərini daha az xoşbəxt hiss edib və əşyanı geri qaytardıqları üçün çox məmnun idi.
Uğur layihəsi
İnanclar köhnəlmiş və yanlış düşüncəyə əsaslandığı üçün effektiv deyillər. Əvvəllər insanlar bəxti sehrli güclə əlaqələndiridilər və elə düşünürdülər ki, onu müxtəlif əşyalar (talismanlar) vasitəsilə idarə edə bilərlər.
 
Mənbə: banker.az
 

0 şərh