Uğurun açarı

Biz əminliklə deyə bilərik ki, uzunmüddətli uğurun açarı – minnətdarlıqdır.
Həyatını minnətdarlıq hissi ilə keçirən insanlar onun necə bir möcüzə olduğunu daim xatırlayırlar. Çünki onlar öz uğurlarının bəhrəsini görürlər, ondan zövq alırlar və daha böyük uğurlara can atırlar.Hətta nəsə plan üzrə getmədikdə belə, şükürlü insanlar buna müvəqqəti bir hal kimi baxırlar.
Bu insanların əksinə olaraq naşükür insanlar heç vaxt həqiqətən xoşbəxt ola bilmirlər. Onlar işlərində uğur qazananda belə sevinmirlər. Onlar üçün uğur qazanmaq – içində çox böyük bir dəliyi olan qabı doldurmağa çalışmaq kimi bir şeydir. Xoşagəlməz hallar isə onları məyus edir və qəzəbləndirir.
minnətdarlıq
Buna görə də uğurlu biri olmaq üçün sizin sadəcə mümkün qədər çox təşəkkür etməniz lazımdır.
Minnətdarlıq məşqi
Minnətdarlıq məşqi üçün ən yaxşı vaxt – yuxudan əvvəldir. Noutbuk ( palnşet) və ya adi qeyd dəftərçəsi götürün və orada gün ərzində sizdə və ya ətrafınızdakılarda müsbət emosiyalar yaradan hadisələri yazın.
Kiməsə problemini həll etməkdə köməklik göstərmisinizmi? Bunu yazın. Həmkarınıza dəstək olmusunuzsa bunu da qeyd edin. Kiməsə gülüş hədiyyəsi etmisinizmi? Bunu da orada yazın. Xırdalıqlar – onlar çox vacibdir! Bir cizgi filmi personajı belə deyib: həyat – zəncirdir, onun hissələri isə zərrələridir. Onun hər bir zərrəsinə əhəmiyyət vermək lazımdır.
Siz beyninizi öz gününüzə daha pozitiv baxmağa proqramlaşdırmalısınız. Diqqətinizi yaxşı işlədiyinizə cəmləndirin və unudulması lazım olanlara fikir verməyin. Bunun nəticəsi olaraq, siz daha yaxşı yatacaqsınız və oyandığınızda da özünüzü daha gümrah hiss edəcəksiniz.
Minnətdarlıq etmək üçün həmişə səbəblər var!
Məsələn, valideynlərinizdən başlaya bilərsiniz. Belə ki, Allaha onlara görə təşəkkür edin. Sevdiklərinizi və yaxınlarınızı xatırlayın və onlara görə də Tanrıya şükr edin.
Sağlam olduğunuza, bacarıq və istedadınıza görə onu sizə verənlərə təşəkkür edin.
Sizin üçün vacib işlər görən insanlara minnətdar olun.Sülh şəraitində yaşadığınız üçün, günəşə, suya, qidaya görə Tanrıya minnətdar olun.
Beynin minnətdarlığa proqramlaşdırılması
Beyninizi buna proqramlaşdırmaqla siz minnətdarlıq hissinə qapılmaq üçün səbəblər görməyə başlayacaqsınız. Siz hətta “pis gün”ün belə minnətdarlıq etməyə dəyəcək məqamlarla dolu olmasının şahidi olacaqsınız. Uğur daha xoş təsirli olacaq, xoşagəlməz hallar isə bir o qədər də təsir etməyəcək.
Nə qədər çox “minnətdarlıq məşqi” etsəniz nəticəsi də daha da effektiv olacaq. Unutmayın: mütəmadilik çox vacibdir!
Zamanla sizin “təşəkkür əzələniz” qədər güclənəcək ki, siz öz həyatınıza daha çox uğur cəlb etmiş olacaqsınız. Hətta qarşınıza da tez-tez belə şükürlü insanlar çıxacaq. Bu da şübhəsiz ki, həm sizin üçün həm də onlar üçün yaxşıdır.
Bir sözlə, bu vasitə çox yaxşı işləyir.
 
Mənbə: iqtisadiyyat.az

0 şərh