Mənəvi həyatı yaşamaq üçün

Əgər hüzurlu və sakit bir həyata malik olmaq istəyirsinizsə, gərək bir neçə mühüm işi görəsiniz. Bu işlərdən biri də bizi narahat edə bilən mühitlərdən qaçmaqdır. Mənfi ruhiyyəli insanlardan, fırıdaqçılardan, məntiqsiz və kinli insanlardan, insanları narahat edənlərdən, ürəkləri təşvişə salan insanlardan. Bu cür insanlar öz çirkin əməlləri ilə başqalarına ancaq əziyyət verər. Bu cür insanların yanında qalmaq və onların olduğu mühitdə iştirak etmək – insanən batinini təlatümə gətirər. Ola bilsin ki, bəzi ictimai səbəblərə görə insan bu işi etməli olsun, lakin çalışmalıdır ki, bu mənfi insanların ruhiyyəsi ona təsir etməsin. Mənəvi həyatı yaşamaq üçün
Əgər həyatda rahat və hüzurlu yaşamaq istəyirsinizsə, mənfi ruhiyyəli bu insanların məclisinə daxil olmayın. Çünki mənfi fikirlər tez bir zamanda insana sirayət edə bilir. Bu mənfi rəftarlar mənfi fikirlərə yol açar.
Hüzurlu bir həyata malik olmağın başqa bir yolu isə insanları və özünü mühakimə etməkdən çəkinməkdir. Belə düşünməsəyiniz ki, siz yaxşısınız, başqaları pis insandır. Ya əksinə siz pissiniz, başqaları yaxşıdır. Ona görə də əgər həyatınızın sakit olmasını istəyirsinizsə, mühakimədən çəkinin. İnsanları yaxşı və pis deyə qiymətləndirməyin.
Rahat yaşamağımıza səbəb olan amillərdən biri də budur ki, dəyişdirə bilməyəcəyimiz şeyləri olduğu kimi qəbul edək. Gərək başqalarını olduqları kimi qəbul edək, onları dəyişdirməyə çalışmayaq. O zaman ki, başqa birini israrla dəyişdirmək istəsək, bu rəftar özümüzə zərbə vuracaqdır. Biz özümüzü rahat hiss etməyəcəyik. Biz bu məntiqsiz işdən gərək əl çəkək və buna xərclədiyimiz gücümüz və enerjimizi daha faydalı işlərə sərf edək. Bu zaman yersiz təşvişlərdən uzaq olarıq. Əksinə, o işdə ki, səyimiz nəticəsində müvəffəqiyyət qazanarıq — şad və sevincli olarıq.
Hüzura çatmağın dördüncü yolu budur ki, Allahın istəyinə və iradəsinə etiqad bəsləyək. Əqidəli insanların rahatlığı daha çox olur. Onlar yaxşı bilirlər ki, həqiqi rahatlıq — Allahı yada salmaqda və Onun iradəsinə tabe olmaqdadır. Ona görə də həyatda daha az məyus olur və daha az həyəcan keçirirlər. Bu insanların həyatı daha hüzurlu və daha sakitdir.

 
Mənbə: Deyerler.org
 

0 şərh