Yersiz danışmağın ziyanları

Yersiz danışmaq dilin bəlalarındandır ki, insana dünya və axirət ziyanı vurar. Bu ziyanları tanıyaraq, yersiz danışmaqdan çəkinək:
1. Ömrü zay edər. Yersiz danışmağın vurduğu ən az ziyan – ömrün zay edilməsidir. İnsan bu dünyada nə əldə edirsə, ömür sərmayəsinə görədir. İnsan ömründən axirəti üçün azuqə toplamaq üçün istifadə etməlidir. İnsan yersiz sözlər danışan zaman nə dünyasına və nə də axirətinə fayda verə bilir. Bu fürsəti əldən verir. Yersiz danışmağın ziyanları
2. Cəmiyyətdə həqarət olur. İnsan cəmiyyətdə yersiz söz danışarsa, öz məqamını alçaltmış olar. Əgər sözünə qulaq verən olarsa, deməli onunla eyni səviyyədə olan insandır.
3. Üzr istəyər. Yersiz danışmağın mənfi nəticələrindən biri də budur ki, insan dilinə gətirdiyi sözdən peşman olar və çarəsiz qalıb, üzr istəyər. Əlbəttə ki, söhbət qabiliyyətli və ağıllı insandan gedir. Bunun əksi olan insan, heç üzr istəmək durumunda belə, olmaz.
4. Dil günahları üçün zəminə olar. Yersiz sözlər dil günahları üçün zəminə hazır edər. Danışmağa olan bu meyl insanı qeybətə, töhmətə, böhtana tərəf çəkər. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, çoxlu danışar – xatası çox olar. O kəsin ki, xatası çox olar – yersiz işləri artar. O kəsin ki, yersiz işləri çox olar – yalanı artar. O kəsin ki, yalanı çox olar – günahı çox olar”.
5. İlahi rəhmətdən uzaqlaşar. Yersiz danışmaq insanı İlahi rəhmətindən uzaqlaşdırar. Həzrət Peyğəmbər (s) merac hədisində buyurur: “Cəhənnəmin beşinci qapısında yazılmışdı: “O şey ki, işinə yaramır, çoxlu danışma ki, İlahi rəhmətdən enərsən (uzaq olarsan)””.
6. Faydalı işləri əldən vermək. O zaman ki, insan yersiz işlərlə məşğul olar, faydalı olan işləri əldən verər. İmam Əli (ə) buyurur: “O kəs ki, özünü işinə yaramayan şeylə məşğul edər, o şey ki, işinə yarayar – onu əldən verər”.
7. Ağılı zay olar. Ağıl insanı kamala tərəf sövq edər. Faydasız işlərlə məşğul olmaq ağılın məhv olmasına səbəb olar. İmam Əli (ə) buyurur: “Ağılların zay olması yersiz işlərin axtarışına görədir”.
8. Qəlb qəsavəti. Allahdan uzaq olmaq qəlbi qəsavətli edər. Həzrət Peyğəmbər (s) buyurur: “Allahı yada salmayan sözləri çox danışmayın. Həqiqətən Allahdan qeyrisi haqqında olan çox söz, ürəyi sərtləşdirər. Allahdan ən uzaq insan – ürəyi daş olan insandır”. (Tebyan)


Mənbə: Deyerler.org
 

 
 

0 şərh