Eqoist insanlarla necə davranmalı

Eqoistlik uşaqlıq dövründə öyrənilmiş davranış ola bilər. Uşaqlar izləyərək və təqlid edərək öyrənir. Uşaqlar nümunə götürdüyü şəxsəndən eqoist davranışları öyrənirlər. Ona görə uşaqların böyümə dövründə diqqətli olmaq lazımdır.
Eqoist insanlarla necə davranmalı
Eqoist insanlar öz ehtiyaclarını qarşısındakı insanın ehtiyaclarından daha vacib hesab edirlər. Birliyə ehtiyac olan mövzularda uyğunlaşmaqda çətinlik çəkirlər. Onlar necə yola getməli? Onlarla yola getmək üçün ilk əvvəl özünüzü yaxşı tanımalısınız. Öz düşüncələrinizi tanımalısınız ki, onlarla baş apara biləsiniz. Onlarla aranıza sərhədlər qoya bilərsiniz. Bu sərhədləri qoymaqda çətinlik çəkirsinizsə, özünüzə baxmağın tam vaxtıdır.
Eqoist insanlar öz düşüncələri və istəkləri olmadığı vaxt sizi günahlandıra və sizə əsəbləşə bilərlər. Belə hallarda öz fikirlərinizi açıqlamaqdan çəkinməməlisiniz. Davamlı görməzdən gələrək, özünüzü açıqlamırsınızsa, həmin insan haqlı olduğu düşünərək davranışına davam edəcək.
Eqoistlər istədikləri olmadığı halda sizin üstünüzə gələ bilər. Onların istifadə etdiyi dili istifadə etməlisiniz. Həmişə özünüz olun və narahat olduğunuz insanlardan uzaqlaşın.
Eqoist insanların söhbət edərkən sizi dinləmədiyini görə bilərsiniz. Sadəcə özü açdığı mövzuları davam etdirmək istəyərlər. Bu halda daha ənənəvi mövzularda danışaraq söhbətin istiqamətini dəyişə bilərsiniz.
Eqoist insanlarla necə davranmalı
Eqoist insanlarla yola getməyin 9 yolu
1. Başqalarını ciddiyə almadıqlarını qəbul edin.
Eqoist bir insanla yola getmək üçün, verilə biləcək ilk tövsiyə özünüzü aldatmamağınızdır. Mən mərkəzci bir insan əsla sizin ehtiyaclarınıza öncəlik verməz. Bu sevgili ya da dost olsun, onun əsla başqalarının duyğuları maraqlı deyildir.
2. Özünüzə  layiq olduğunuz dəyəri verin.
Eqoist insanlar duyğusaldırlar. Onlara maraq göstərməyiniz üçün can atırlar, amma özlərini sizə verməzlər. Duyğularınızın qırılmasını istəmirsinizsə, haqqınız olan dəyəri verin. Öz ehtiyaclarınızı qarşılayın və eqonuzun qırılmasının qarşısını alın. Eqoist bir insana aclıq duyduğu marağı vermək üçün özünüzü ehmal etmək heç də ağıllıca bir fikir deyildir. Bu sadəcə sonunda kədərlənməyinizi və qırılmağınızı təmin edər.
3. Onun səviyyəsinə enməyin.
Eqoist insanlar, xüsusilə, üzərinizə gəlib sinirlərinizi poza bilər. Buna icazə verməyin. Sizə kobud və ya hörmətsiz davranan bir insana qarşı nəzakətli olmaq çətindir, amma ona bənzəməyiniz bir şey dəyişdirməyəcək. Öz şəxsiyyətinizə diqqətinizi cəmləyərək, sizi narahat edən hərəkətlər edənlərdən uzaqlaşmalısınız, beləliklə, qarşınızdakı insanla birlikdə özünüzdən də nifrət etməyə başlamaqdan qaça bilərsiniz.
4. Dünyanın onun ətrafında dönmədiyini xatırladın.
Özündən başqa bir şeyi önəmsəməyən insan əlbətdə sizin duyğu ya da düşüncələrinizə əhəmiyyət verməyəcəkdir. Ona dünyanın ətrafında dönmədiyini xatırlatmaqda fayda var, amma bunu  sözlü etməyiniz bir şeyi dəyişdirməyəcək. Bunun yerinə özünüzü geri çəkərək, hər istədiyini yerinə yetirməməklə daha təsirli olarsınız.
5. Sizin öz maraqlarınızı çəkən mövzuları gündəmə gətirin.
Baxça baxımı, siyasət, təbiət problemləri, hər nə olursa olsun onun danışmaq istədiyi deyil, öz maraq dairənizidə olanları gündəmə gətirin. Məsələn «Sevgilimin mənə nə dediyinə inanmayacaqsınız!» deyə danışmağa başlayarsa, «Yeni çıxan bu filmi izlədinizmi?» deyə cavablaya bilərsiniz. Nə qədər eqoist insannın marağını çəkməyən mövzu seçərsəniz bir o qədər daha yaxşıdır.
6. Onun üçün yaxşılıq etməkdən vazkeçin.
Eqoist insanlar davamlı yardım istəyirlər, amma sizin yardıma ehtiyacnız olduğunda maraqlanmazlar. Bu onların şəxsiyyətinin bir parçasıdır. Eqoist bir dosta dəyişməsi üçün şans vermək  vacib olsa da sizi incitməsinə icazə verəcək qədər gözləməkdə mənasız olar.
7. Birlikdə keçirdiyiniz zamanı azaldın.
Birisinin eqoistlik etdiyini gördüyünüzdə, onunla keçirdiyiniz zamanı mümkün olduğunca azaltmaya çalışın. Zamanınızı eqoist biri ilə keçirməyinizdənsə, tək keçirməyinizi tövsiyə edirik.
8. Daha yaxşı dost axtarın.
Eqoist, düşüncəsiz insanların sıx duyğusal enerji əmdikləri və ağrı, bitkinlik verdiyini unutmayın. Bu cür insanlara bağlanmaqdan qaçmalısınız. Bunun yerinə sizinlə, sizin özünüzə əhəmiyyət verdiyiniz qədər maraqlanacaq yeni dostlar tapmağa çalışın.
9. Münasibətinizə son qoyun.
Münasibətiniz olan bu insan dəyişəcək və eqoistlikdən  xilas olacaq kimi görünmürsə, edə biləcəyiniz tək şey aranızdakıları sonlandırıb, uzaqlaşmaq olacaqdır. Həyat sizə zərər verən və inkişafınızı əngəlləyən bir münasibəti davam etdirmək üçün çox qısadır.
 
 
 

0 şərh