Psixi və emosional sağlamlıq

Biz sizə internetdə məşhur olan amerikalı psixoanaltik Nensi Mak-Vilyamsın yaratdığı “psixi və emosional sağlamlığın 16 elementi”-ni təqdim edirik.
1.Sevmək qabiliyyəti. Münasibətlərdə olmaq, başqa insana öz hisslərini açmaq, onu olduğu kimi sevə bilmək qabiliyyətidir. Hər şeyi ideallaşdırıb qiymətdən salmamaqdır. Yalnız almaq deyil, həm də verə bilməyi bacarmaq lazımdır.
2.İş qabiliyyəti. Bu yalnız sözün əsl mənasında ofisdə, işdə, maaşa işləmək deyil. Yaratmaq, dünyaya nəsə yeni bir şey gətirmək, öz yaradıcılıq potensialını reallaşdırmaq çox əhəmiyyətlidir. Sizin etdiyiniz hər şey yalnız şəxsən sizin üçün deyil, başqa insanlar üçün də məna daşımalı və qiymətli olmalıdır.
 3.Oynamaq qabiliyyəti. Söhbət böyük insanların sözlər, simvollar ilə “oynamaq” qabiliyyətindən, metaforalardan istifadə edə bilmək, kinayələr, yumor, öz təcrübəsini simvollaşdırmaq və bundan həzz almaqdan gedir. Psixoloqlar qorxunc tendensiya qeyd edirlər: biz artıq “oynamağı” dayandırırıq. Bizim oyunlarımız “aktivlərdən” “kənardan-diqqət edənlərə” çevrilir. Biz daha az rəqs edir, ifa edir, idmanla məşğul olur və daha çox başqalarını müşahidə edirik.
Psixi və emosional sağlamlığ
4.Təhlükəsiz münasibətlər. Psixoanalitik Con Boulbi bağlılığın üç tipini təsvir edib: normal, həyəcanlı və çəkingən. Sonra o bağlılığın daha bir tipini ayırdı: qeyri-mütəşəkkil – insanlar bağlılığın obyektinə “yapışırlar” və eyni zamanda onu “dişləyirlər”. Təəssüf ki, bağlılığın pozulması olduqca yayılmış hadisədir.
5.Muxtariyyət. Onun çatışmazlığı ilk növbədə onunla ifadə edilir ki, insanlar çox vaxt istədiklərini etmirlər.
6.Özü ilə əlaqədə qalmaq qabiliyyəti. Özündə üç obraz saxlamaq çox əhəmiyyətlidir: sizin nə vaxtsa kim olduğunuz, indi kim olduğunuz və on ildən sonra kim olacağınız.
7.Stresdən sonra bərpa olunma qabiliyyəti. Əgər insanın gücü kifayət qədərdirsə, bu zaman streslə rastlaşdıqda o yeni vəziyyətə uyğunlaşmaq üsulunu tapır.
8.Özünə həqiqi qiymət. Bir çox insanlar özlərini çox sərt qiymətləndirir, tənqid edir, alçaldırlar. Ya da əksinə – özlərinə çox yüksək qiymət verirlər.
9.Dəyər oriyentirlərinin sistemi. İnsanın etik normaları anlaması, onların mənasını bilməsi və onlara riayət etməsi əhəmiyyətlidir.
10.Emosiyaların közərməsinə dözmək qabiliyyəti. Onları hiss etmək, amma onların təsiri altında hərəkət etməmək lazımdır. Yalnız öz emosiyalarınız ilə deyil, həm də fikirlər və düşüncələriniz, öz rasional hissəniz ilə əlaqədə qalmaq əhəmiyyətlidir.
11.Refleksiya. Özünüzə kənardan baxmaq qabiliyyəti. Refleksiyaya bacarıqlı insanlar onların probleminin nə olmasını görür və onu effektiv həll etməyə çalışırlar.
12.Mentalizasiya. Bu qabiliyyətə malik olanlar anlayırlar ki, başqaları öz xüsusiyyətləri, şəxsi və psixoloji strukturu olan ayrı-ayrı şəxsiyyətlərdir.
13.Özümüz və öz mühitimiz üçün elədiklərimiz arasında balans. Özünüz olmaq, öz şəxsi maraqlarınızın qayğısına qalmaq, amma bu halda başqalarının maraqlarını da unutmamaq əhəmiyyətlidir.
14.Canlılıq hissi. Özünüzü canlı hiss etmək qabiliyyəti. Psixoanalitik Donald Vuds Vinnikott yazırdı ki, insan normal fəaliyyət göstərə bilər, amma bu halda sanki ölü kimi ola bilər.
15.Qəbul etmək. Dəyişə bilmədiklərimizi qəbul etmək qabiliyyəti.
 
 
Mənbə:xanim.net

0 şərh