Özünə qarşı biganə olmağın insana təsirləri

İslam dini buyurur ki, mömin nə özünə qarşı biganə olmalı və nə də özünü həddən artıq sevməlidir. Hər ikisi ya ifratdır, ya da təfritdir. Dinimiz hər bir şeydə etidala riayət etməyi buyurduğu kimi, bu mövzuda da etidalı tövsiyə edir.
Bəs özünə qarşı biganə olmağın hansı təsirləri vardır?
1. Layiq olmayanları öz idealı hesab etmək. Özünə qarşı biganə olan insan, adətən həyatı boyu başqalarını öz idealı hesab edir. Çətinlikləri həll etməkdə, ehticalarını aradan qaldırmaqda onları örnək götürür. Vay o gündən ki, insanın idealı yanlış insanlar olsunlar.
2. Ruhi balansı pozular. O insan ki, özünə qarşı biganə olar, ixtiyarını başqalarının əlinə verər – bu insanın ruhi balansı pozular. İnsanlar onun bu zəif yerindən istifadə edərək, ona hakim olarlar. Onu muzdur edərlər.
Özünə qarşı biganə olmağın insana təsirləri
3. Hədəfsizlik. Özünə qarşı biganə olan insanın hədəfi olmaz. Çünki, başqalarının hədəfinin ardınca olar. Bu insan həyatda avara olar. Quranın nəzərinə görə, bu cür insanlar nifaq əhlidirlər. Onlar Allaha iman və qeyri nəsnələrə itaət yolu arasında avara qalıblar. Nə möminlərlə birlikdədirlər, nə də kafirlərlə. İmam Əli (ə) buyurur: “Onlar hər küləyə tərəf meyil edərlər”.
4. Kor-koranə itaət. O kəs ki, özünə qarşı biganə olar – ağlından və qəlbi mərifətindən istifadə etməz, kor-koranə şəkildə başqalarının ardıcılı olar.
5. Dəb ardınca olmaq. O kəslər ki, özlərinə qarşı biganədirlər – adətən moda ardınca gedərlər. Hər gün yeni paltar, yeni bəzək və yeni yemək axtarışında olarlar. Onlar üçün maraqlı olmaz ki, geyimləri qərar tutduqları cəmiyyətin mədəniyyətinə uyğundur, yoxsa yox. Bu yolla öz ruhi ehtiyaclarını ödəməyə çalışarlar.
6. Əsarət. Özünə qarşı biganə olan insanın ən mühüm müsibəti – ixtiyar sahibi olmamasıdır. Sanki başqalarının kəndiri boynuna dolanmış və əsir olmuşdur. Onu hansı tərəf istəsələr, o tərəfə də çəkərlər. (Hədənə)


Mənbə: Deyerler.org

Oxşar məqalələr

0 şərh