Uşağa verilən cəzanın vicdan inkişafına təsiri

İrsən ötürülən genetik xüsusiyyətlər və ətraf mühitin təsiri ilə də uşaq ictimai inkişafını tamamlayır, içində yaşadığı cəmiyyətin bir fərdinə çevrilir. Sosial inkişafın əhəmiyyətli ünsürlərindən biri də əxlaq və vicdan inkişafıdır. Laurans Kolberqin (Lawrance Kohlberg) əxlaq inkişafı nəzəriyyəsinə əsasən, əxlaq inkişafı itaət və cəza yönümlü olaraq başlayır və universal meyilli əxlaq olaraq təkamülünü tamamlayır. Valideynlərimizdən aldığımız genetik miras qədər əhəmiyyətli olan bir başqa əhəmiyyətli məsələ də onların bizi yetişdirərkən verdikləri cəzalardır. Çünki verilən cəza növü vicdan inkişafında əhəmiyyətlidir.
Uşağa verilən cəzanın vicdan inkişafına təsiri
Uşaqlarda əxlaq və vicdan inkişafı mövzusundakı araşdırmalar fiziki cəza vermənin uşaqda qeyri-kafi daxili nəzarət və zəif vicdan inkişafına yol açdığını göstərmişdir. Dəcəllik etdiyi üçün bir uşaq cəzalandırılırsa etdiyinin qarşılığını ödəmiş hesab olunur. Etdiyini düzəltmək üçün başqa bir şeyə ehtiyac qalmamışdır. Sonra da ana və ataya qəzəb hissi keçirər və nəhayət bir rol model inkişaf etdirər özünü əsəbləşdirəni döyməsi lazım olduğunu düşünər və vicdanlı olmağı deyil təcavüzkar olmağı seçər. Uşaq etdiyi səhvi və nəticələrini realizə yerinə itaət etməyi öyrənəcək, ilk fürsətdə yəni nüfuzun qorxu ünsürünün olmadığı yerdə yenə bildiyini edəcək.
Sevgidən, əlaqədən məhrum etmə, danışmama da fiziki cəza ilə eynidir tək fərqi psixoloji olmasıdır. Bunların yerinə dəlil göstərərək inandırma metodunu seçsəniz, uşağa bir başqasına verdiyi zərərə diqqət çəkilir və beləcə uşağa bir başqasının yerinə özünü qoyma, empati öyrədirlər. Beləcə uşaq bir başqasına verdiyi zərərə diqqət yetirir. Verdiyi zərərdən ötəri günahkar hiss etməyə başlayır və daxili nəzarət, vicdan inkişaf etməyə başlayır. Məsələn qardaşını itələyərək salan bir uşağı cəzalandırıb döymək yerinə, qardaşına verdiyi zərəri çatdırmalıyıq.
Beləliklə, uşaqlarda vicdan inkişafı üçün əhəmiyyətli olan verdiyi zərərin cəzasını fiziki ya da psixoloji olaraq çəkməsi deyil, zərər verdiyi adamın yerinə özünü qoyub onun kimi hiss etməsi və peşmanlıq duymasıdır. Qısaca empati qurmağı öyrənməsidir.
 
Dəcəl uşaqları cəzalandırma üsulları

Üsul 1 — Uşağın səhv hərəkətinə görə baş verən təbii nəticələrin qarşısını almayın və ya ört-basdır etməyin — Məsələn, əgər uşaq öz oyuncaqlarını sındırırsa, ona mane olmayın — bir müddət sonra o, başa düşəcək ki, oyuncaq sındıqda onunla daha oynamaq olmur, özü oyuncaqsız qalır. Aşağı yaşlardan uşaqlar başa düşməlidir ki, hər bir hərəkətin nəticəsinə görə cavabdehlik daşımaq lazımdır.

Üsul 2 — Səhv hərəkətlərin məntiqi nəticəsini uşağa nümayiş etdirin. Əgər nəticələr təbii şəkildə baş vermirsə, bu halda övladınızı öz hərəkətinin məntiqi nəticəsi ilə üz-üzə qoyun. Uşaq oyuncağını divara çırpırsa bu oyuncağı həmin gün onun əlindən alın. Bu qaydanı ardıcıl və istisnasız tətbiq edin.

Üsul 3 — Şərt qoyun. Uşaqlar 2,5-3 yaşına qədər qaydaları başa düşmək və yadda saxlamaqda çətinlik çəkirlər. Bu səbəbdən də onlar tez-tez qaydaları pozurlar. Əgər övladınız qaydaları başa düşmürsə ən məsləhət olunan üsul uşağa seçim vermək və ya şərt qoymaqdır. Məsələn, uşaq əgər planşetlə oynamaq istəyirsə «nə vaxt yeməyini yeyib bitirsən, o zaman planşeti götürə bilərsən» deyə bilərsiniz. Və ya əgər uşaq üst geyimini geyinmək istəmirsə ona «Yaxşı, onda gərək paltarı əlində aparasan» deyə bilərsiniz.

Üsul 4 — Sevimli əşyadan və ya fəaliyyətdən məhrum edin. Bu çox sadə üsuldur, əgər övladınız «olmaz»lara aid nəsə edirsə onu sevdiyi oyuncaqdan və ya fəaliyyətdən məhrum edə bilərsiniz. Amma məhrum etdiyiniz şey o qədər də zəruri bir şey olmalı deyil. Məsələn, uşağı yeməkdən məhrum etmək olmaz! Hansısa oyuncaqdan, həyətdə keçirdiyi vaxtdan və ya ailənizə aid olan başqa bir fəaliyyətdən onu məhrum edə bilərsiniz.

Üsul 5 — Səsinizi ucaldın. Övladınızı cəzalandırarkən səsinizin tonunu qaldıra bilərsiniz. Amma unutmayın ki, uşağın üstünə bağırmaq və ya onu təhqir etmək olmaz. Sadəcə olaraq daha yüksək səslə onun qaydalardan kənara çıxdığını xatırladın.

Üsul 6 — Küncə qoyun. Bu metod klassik metoddur və uzun müddətdir ki, bizim ailələrdə və məktəblərdə cəza metodu olaraq tətbiq olunur. Cəza metodu kimi, uşağı öz otağına göndərməyin. Daha çox ona vaxt yaradın ki, bir az tək qalıb öz əməli haqqında düşünsün. Bu zaman onun yanında dura bilərsiniz. Bəzi psixoloqlara görə uşağı küncə qoymaq düz cəza tədbiri deyil. Valideynlər daha çox vaxtdan istifadə edib uşaqla etdiyi hərəkət barədə danışmalıdır.

Üsul 7 — Övladınızı vurursunuzmu? Müasir zamanda demək olar ki, bütün psixoloqlar «vurmaq» və ya «uşaq döymək» kimi üsulları qətiyyətlə inkar edirlər. Bu üsul uşaqlarda aqressiyanı artırır və bir o qədər nəticə vermir. Bununla belə, bir çox valideynlər bu üsuldan istifadə edir. ABŞ-da keçirilmiş bir sorğunun nəticəsinə görə 10 valideyndən 8-i uşaqları hərdən-bir vurmağı məqbul hesab edir. 86% iştirakçı isə uşaq vaxtı valideynləri tərəfindən döyüldüklərini qəbul edirlər. Bu üsulu məsləhət görmürük. Bu mövzuya ayrıca olaraq qayıdacağıq.



Mənbə: ilk5il.az, milli.az

0 şərh