Qəribə fobiyalar

Fobiya Yunanca «phobos» sözünden gəlir və Fobos Yunan mifologiyasında qorxu tanrısıdır.
Fobiya insan beyninə olan təzyiqə deyilir. Bu təzyiq insanda qeyri-normal qorxular yaradır. Hansısa keçmişdə olan hadisə ilə bağlı və ya gələcəkdə baş verecək hadisə ücün narahatçılıq keçirərək qorxur. Bu qorxu ürək döyünməsi, baş gicəllənməsi,  üz qızarması, üzdə qaşınma və yanma hissi, soyuq tərləmə, titrəmə, tənginəfəslik,  boğulma, dumanlı görmə, nəfəs darlığı, udqunmada çətinlik, ani təziq düşməsi, huşunu itirmə, şok və.s ilə müşahidə olunan bir haldır. Panik atakda görünən bütün əlamətlərin demək olar ki, hamısı fobiklərdədə rast gəlinir. Fobiyanın panik atakdan fərqi ondadır ki,  fobik nə zaman panikaya düşəcəyini bilir və ordan qaçmağa çalışır. Misal üçün, lift fobiyası olan bir adam liftə minməkdənsə piləkənlə qalxır.
Qorxu daxilin-mənin özünəməxsus müdafiə mexanizmidir. Bunu orqanizmin bioloji səviyyədə qorxu zamanı verdiyi reaksiyalardan da görmək olar. Belə ki, qorxu hissi keçirən zaman qana adrenalinin ifrazı artır ki, bu da orqanizmdə hormonal partlayışa səbəb olur. Təşviş həyatda insanın üzləşdiyi qorxulu və təhlükəli vəziyətlərə orqanizmin verdiyi psixi və fizioloji reaksiyadır. Fobiyalı təşviş pozuntuları əslində təhlükəsi olmayan situasiyalarda təşvişin yaranması ilə səciyyələnən pozuntular qrupudur. Nəticədə insan belə situasiyalardan qaçır və ya qorxu hissi keçirərək dözür.
Fobiya tutmaları müəyyən bir vəziyyət  məkan obyekt və hadisədən asılı olmayan hec bir nəzarətə uymayan qeyri rasional bir reaksiyadir. İnsanların 10%-də fobiya təsbit edilsə də əslində bunun 25%-dən çox olduğu güman edilir. Xalq arasında bu xəstəlik olmadığı düşünüldüyü üçün mütəxəssislərə müracət olunmur.
Fobiya müxtəlif vegetativ hallarla müşayiət olunan, geniş yayılmış əsəb pozuntusudur. Uzun müddət davam edərsə nevrozlara səbəb ola bilər. Fobiyası olan insanlara «fobik» deyilir.

Fobiya
 
1. Akribofobiya — oxunulmuş bir şeyin mənasını anlaya bilməmək qorxusu
2. Araxibutirofobiya — qoz (və ya araxis) yağının yumşaq səmaya yapışacağından qorxu
3. Aulofobiya — fleytadan qorxu
4. Bibliofobiya — kitabxanalardan qorxu
5. Verbofobiya — sözlərdən qorxu
6. Qadiofobiya (ierofobiya) — ziyarətgah və ruhanilərdən qorxu
7. Hidrozofobiya — tərləməkdən qorxu
8. Qrafofobiya — əllə yazmaq (vəya yazı ləvazimatlarını ələ götürmək) qorxusu
9. Deypnofobiya — nahar zamanı (əsnasında) danışmaq qorxusu
10. Dikefobiya — ədalətdən qorxmaq
11. Dorofobiya — hədiyyə almaq və ya verməkdən qorxmaq
12. İtifallofobiya — ereksiya olunmuş üzv haqqında düşüncə və müşahidə (tamaşa) etməkdən qorxmaq
13. Kaunterfobiya — hürkmək (və ya diksinməkdən) qorxusu
14. Kiberofobiya (kiberfobiya) — kompyuter qorxusu
15. Kxorofobiya (xorofobiya) — rəqslərdən qorxu
16. Laxanofobiya — tərəvəzdən qorxu
 
Fobiya
 
17. Medomalakufobiya — ereksiya itkisindən qorxu
18. Metrofobiya — poeziya qorxusu
19. Mikseofobiya — cinsi münasibətdən, partnyorun bədəninə toxunmaqdan qorxmaq
20. Nefofobiya — buludlardan qorxmaq
21. Nomofobiya — mobil telefonsuz, rabitəsiz qalmaq qorxusu
22. Nomatofobiya — adlar qorxusu
23. Oneyroqmofobiya — gecə eyakulyasiyasından qorxmaq
24. Papafobiya — Roma papasından qorxmaq
25. Papirofobiya — kağız qorxusu
26. Penterafobiya — qayınana qorxusu
27. Plutofobiya — varlı olmaq qorxusu
28. Rektofobiya — stulsuz qalmaq qorxusu
29. Stazobazofobiya — ayaq üstə qalmaq (durmaq) qorxusu
30. Teatrofobiya — teatrlardan qorxma
31. Uranofobiya — Cənnət və ya səmaya baxma qorxusu
32. Filemafobiya — öpüşmək qorxusu
33. Filofobiya — vurulmaq (sevmək) qorxusu
34. Xrematofobiya (xrometofobiya) — pul qorxusu
35. Evfobiya — yaxşı xəbər eşitmək qorxusu


Mənbə: sonxeber.az
 

0 şərh