Eqoizmə qarşı nə etmək lazımdır ?

Eqoistlik uşaqlıq dövründə öyrənilmiş davranış ola bilər. Uşaqlar izləyərək və təqlid edərək öyrənir. Uşaqlar nümunə götürdüyü şəxsəndən eqoist davranışları öyrənirlər. Ona görə uşaqların böyümə dövründə diqqətli olmaq lazımdır.

Eqoist insanlar öz ehtiyaclarını qarşısındakı insanın ehtiyaclarından daha vacib hesab edirlər. Birliyə ehtiyac olan mövzularda uyğunlaşmaqda çətinlik çəkirlər. Onlar necə yola getməli? Onlarla yola getmək üçün ilk əvvəl özünüzü yaxşı tanımalısınız. Öz düşüncələrinizi tanımalısınız ki, onlarla baş apara biləsiniz. Onlarla aranıza sərhədlər qoya bilərsiniz. Bu sərhədləri qoymaqda çətinlik çəkirsinizsə, özünüzə baxmağın tam vaxtıdır.



Eqoist insanlar öz düşüncələri və istəkləri olmadığı vaxt sizi günahlandıra və sizə əsəbləşə bilərlər. Belə hallarda öz fikirlərinizi açıqlamaqdan çəkinməməlisiniz. Davamlı görməzdən gələrək, özünüzü açıqlamırsınızsa, həmin insan haqlı olduğu düşünərək davranışına davam edəcək.

Eqoistlər istədikləri olmadığı halda sizin üstünüzə gələ bilər. Onların istifadə etdiyi dili istifadə etməlisiniz. Həmişə özünüz olun və narahat olduğunuz insanlardan uzaqlaşın.

Eqoist insanların söhbət edərkən sizi dinləmədiyini görə bilərsiniz. Sadəcə özü açdığı mövzuları davam etdirmək istəyərlər. Bu halda daha ənənəvi mövzularda danışaraq söhbətin istiqamətini dəyişə bilərsiniz.

0 şərh