Birini sevsən sərbəst burax...

1.Pessimist- getmək istəyəni burax getsin. Sənə qayıdarsa sənindir. Hələ də qayıtmasını gözləyirsənsə heç bir zaman sənin olmamışdır.
2.Optimist- getmək istəyəni burax getsin. Üzülmə geri dönəcəkdir.
3.Şübhəçi- getmək istəyəni burax getsin. Lakin onu izləməsi üçün birini tap.
4.Qərarlı- getmək istəyəni burax getsin. Geri qayıdarsa sənindir, qayıtmazsa get geri qaytar.
5.Ovçu- getmək istəyəni burax getsin. Qayıtmasını gözləmə, get və onu vur.
6.Boşvermiş- getmək istəyəni burax getsin. Dönməzsə unut getsin.
7.Səbrli- getmək istəyəni burax getsin. Geri dönənə qədər gözlə.
8.Paranoyak- o getmədən əvvəl sən get.
9.Faşist- getmək istəyəni burax getsin. Geri gəlməzsə vur. Mən gedib də dönməzsəm məni də vur.
10.Statistikçi- getmək istəyəni burax getsin. Geri dönmə ehtimalı yüksəkdir. Qayıtmazsa münasibətiniz alınmayacaq deməkdir.
11.Hüquqçu- getmək istəyəni burax getsin. Səyahət sərbəstliyi onun haqqıdır.
12.Bill Gates- getmək istəyəni burax getsin. Geri dönərsə yenidən yükləmə ödənişi alar, ona səni "up grade" etdik deyərik.
13.Hər zaman itirənlər- getmək istəyəni burax getsin. Onsuzda dönməyəcək. Sən də onun barəsində pis bir hekayə uydurarsan.

Məni soruşacaq olsanız özümü "qərarlı"ya daha yaxın hesab etdiyimi yaza bilərəm. Bəs siz özünüzü hansına yaxın bilirsiniz?

 

35 şərh

Fianda
mən həm optimist,həm də boşvermişə uyğunam.
Yucin
Getmək istəyəni burax getsin. Qayıtmırsa cəhənnəmə qayıtsın.
burla xatun
gedərsən yola sallam,qalarsan qadan allam…
bankir
14. Bankir- qoy getsin,getdiyi müddətdə faizlər artacaq.
Yucin
Hər nə elə amma qoyma getsin.
Xrizoberil
bu da pis variant deyil :)))
Sufi
15.balıqçı- qoy getsin,onsuz da toruma düşəcək nə vaxtsa.
Xrizoberil
16cinida yazan tapilacaq yeqin:)))))
Yucin
Bu gün getmək istəyəcəksə, sən ondan bir gün qabaq get.
Yucin
Don juan — Onsuzda getməkçün gəlib. Hər gün biri gedib biri gəlir.
Yucin
16.
Xrizoberil
Yucin: senin yazdigin var paranoyak…
elshad
Əlimdən gələni edərəm getmesin .getse demek ki mənim deyilmiş .gəlməsini istəməm.
Berdan
Daha cox sebirliye uygunam
Fianda
sevdiyini burax getsin,əgər gedirsə deməli məni sevmir,qayıtmasın da heç istəmərəm,onsuzda uduzan özü olacaq
Zahid_GDMLI
təəssuf ki birincini=(
Yucin
Heç kimin, çox vaxt özünə bele cəsarət edib, etiraf edə bilmədiyi səmimi cavab.
Cavid
«Getmək istiyirsən bəhanəsiz get, oyatma mürgülü xatirələri
Səsin hımin səsdir baxışın ögey, gedirsən səsində yad olsun barı»  N. Kəsəmənli
Xrizoberil
ən sevdiyim şairlərdən biridir…
gulicka

getmek isteyeni saxlamazlar.nece deyerler xow getdin
yuxaridaki variantlar icerisinde favorim fawist :D

Yucin
17. Futbolçu- Getmək istəyənin dalından bidənə təpik vur getsin. Düz vursan qapıya dəyəcək, düz vurmasan qapı dirəyinə.
Xrizoberil
bu variant mənim heç xoşuma gəlmədi, 1 qədər kobud alınıb :( həmçinin futbolda pozisiyalar daha çoxdur- cərimələr, penaltı, küncdən zərbə və s. )))))
Yucin
təpiyi vur əvvəl axır bu pozisiyalardan biri olacaq.
Samir012
Mənə heç biri uyğun gəlmir dəqiq, ona görə öz variantımı yazıram.
18. Ağıllı — Getmək istiyirsə buna əngəl ol., əgər bacarırsansa, Əgər bacarmırsansa qoy getsin əgər sevibsə qayidacaq, yox əgər qayıtmasa demək heç  sevməyib, onda sən də unut getsin.
SHATENKA407
paranoyakam,özü də dəhşətli dərəcədə (:
Nailə_Qasarayeva

Optimist və statistikçi mənə uyğun gəlir.Üzülmə geri dönəcəkdir,geri dönmə ehtimalı yüksəkdir. Qayıtmazsa münasibətimiz alınmayacaq deməkdir. Əgər qayıtmasa deməli, belə daha yaxşıdır.

«Hər şeyin yaxşılığa doğru olduğunu biz sonda anlayırıq». 
Təəssüf ki, bu sözlər yadımda qalsada müəllif indi yadımda deyil. Bu sözlər mənə iradəli və səbirli olmağa motivasiya verir.

zemerald
getmek isteyeni burax getsin… yenisini gondermeye hazirlash ))
asel
gedir getsin də. bekarsız e
kagizgemiler
paranoyak.o getmeden önce sen getş.mende hemişe bele olur.
pascal
Gedənin əvvəlcə getmə səbəbini bilim, sonra qərarımı verərəm. :)
WinRar
Fikrimcə pessimistə aid olan ən gözəlidir.
azadmamedov90
Əgər o Qədər Dəyərlidirsə çalış ki o həddə gətirməyəsən...
ümumiyyətcə isə İTİRMƏK qorxusu ilə yaşamaqdansa, itirəcək heç nəyin olmasın, daha yaxşıdır…
Don_Elnur
Azərbaycanlı — getmək istəyəni burax getsin, padruqası daha gəşəngdi onsuz :)
Don_Elnur
Nədənsə mənə pessimizm düşdü yenə