Рейтинг
+104.97

Psixologiya

122 üzv, 441 topik

Dostluq və sevgidə yatan dərin psixoloji məqamlar

Sevgilin və dostunla münasibətin sənin güzgüdəki əksindir
Nifrət etdiyin adamlarla niyə hələ də dostluq edirsən? Onlar sənin qüsurlarını sənin görməyəcəyin şəkildə əks etdirirlər. Bir neçə il əvvəl mən Nyu York şəhərindəki meditasiya təlimlərindən birində iştirak edirdim. Elə oldu ki, yanımda oturan qızla söhbətimiz tutdu və biz dərhal dostlaşdıq. Həmin gün axşam birgə nahara çıxdıq, saatlarla söhbət elədik. İşləmək üçün mərkəzə qayıdanda isə biz görüşməyə və günlərimizi birlikdə keçirməyə başladıq. Mən onun dostlarıyla, o da mənim dostlarımla görüşürdü. Həyatımızda baş verənlər barədə bir-birimizə ətraflı yazırdıq. Qıraqdan baxan elə bilərdi, biz çox yaxın dostuq, amma belə deyildi.

Bir neçə həftədən sonra dostluğumuz başa çatdı. Hansısa “pis” bir şey, faciə baş verməmişdi. Bir-birimizi incitməmişdik. Sadəcə yollarımız ayrıldı və hərə öz həyatını yaşamağa getdi. O zaman mən bunu başa düşməsəm də, həmin vaxt o və mən bir-birimizin həyatında çox vacib bir məqsədə qulluq etmişdik.
Davamı →

Polyanna sindromu

“Polyanna sindromu” konsepsiyası ilk dəfə 1978-ci ildə psixoloqlar Matlin və Stanq tərəfindən irəli sürüldü. “Pollyanna sindromu” insanın hətta pis hadisələrin belə yalnız müsbət tərəflərini görə bilməsi deməkdir. Təxminən gözünüzə çəhrayı eynək taxmış kimi olursunuz. Məsələn, maşınınız xarab oldu, eybi yoxdur piyada gəzəcəksiniz. Piyada gəzmək sağlamlığa xeyirdir. Bu sindromu araşdırmaq üçün psixoloqlar “Polyanna” əsərinə müraciət ediblər. 

Polyanna əsəri Amerikalı uşaq yazıçısı Eleanor Porter tərəfindən 1913-cü ildə yazılıb. Qısa zamanda «Polyanna» bir uşaq ədəbiyyatı nümunəsi olaraq uşaqların, xüsusən, də qızların sevimli əsərinə çevrilib. Roman çap olunandan sonra qəhrəmanı Polyannanı ədəbiyyatçılar ən nikbin ədəbi personaj adlandırmışlar. 
Davamı →

Sağlam münasibət qurmağın qaydaları

"Əgər ən yaxşı seks qalmaqaldan sonra yaranırsa, bu, müvəqqətidir, çox keçməz aranızda ancaq mübahisələr qalar".

"Əgər ilk, ikinci və üçüncü görüşdə kişi ilə rahat ola bilmirsinizsə, dördüncünü təyin etməyin. İlk görüşdə kişi özünü daha yaxşı göstərməyə çalışır və əgər onun yanında özünüzü narahat hiss edirsinizsə, bu münasibətlərdən yaxşı heç nə gözləməyə dəyməz".

"Özünə lazım olmayan insan heç kəsə lazım deyil. Özünü olduğu kim qəbul edən insan gündəlik problemlərə baxmayaraq, həyatı zövqlə və dolğun yaşayır"
 
«Paradoks ondan ibarətdir ki, kişilər sadəcə olaraq həyasız qadınları xoşlayırlar».
Davamı →

Yeniyetmələrlə necə davranmalı?

Yeniyetməlik dövrü valideynlər üçün ən narahat dövrlərdən biridir. Bəzi yeniyetmələrin valideynləri uşaqlarının aqressiv, kobud, bədbin, yalançı olmasından şikayətlənirlər.

Uşağın yeniyetməlik dövrü ailənin ona yanaşma tərzindən çox asılıdır, bu mənada valideynlərin maariflənməsi vacib və aktual məsələdir. Yeniyetməlik dövründə yaranmış bir sıra psixi problemlər, o cümlədən özünəinamsızlıq, özünəqapanma halları, sosial fobia gələcək illərdə geri dönüşü olmayan böyük psixoloji travmalara aparıb çıxarır.

Davamı →

Bullinq nədir?

UNICEF-ə görə bullinq (ing. bullying) uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bullinqin (zorakılığın) bir çox növləri var; kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq.

Kiber — Statistika müasir dövrümüzdə bu növ zorakılığın daha çox artdığını göstərir. Sosial şəbəkələr və mesajlar vasitəsilə insanları alçaltmaq, qorxutmaq, hesablarının sındırılması kiber zorakılığa aid edilir.
Davamı →

Ziqmund Freyd | Sənət və sənətçilər haqqında

Böyük rus yazıçısı Fyodor Dostoyevskinin qumar asılılığına tutulmasının avstriyalı Ziqmund Freyd tərəfindən psixoloji analizi
Ölümündən sonra yayımlanan yazıları və yoldaşının yazdığı gündəliklər, Fyodor Dostoyevskinin həyatının bir hissəsini, yəni Paris şəhərində qumar asılılığına düçar olduğu zamanı geniş şəkildə açıqlayır. (Fiilöp-Miller ve Eckstein, 1926).

Ziqmund Freydin psixoanaliz nəzəriyyəsinə görə hər kəsin ümumi olaraq qəbul etdiyi kimi qumar pataloji bağlılıq problemidir. Şübhəsiz ki, bu qeyri adi və xoş olmayan davranışlarına görə Dostoyevski özünə məxsus rasionallaşdırmalardan istifadə edirdi.
Davamı →

Karl Qustav Yunqu necə oxumalı?

Karl Qustav Yunq yaradıcılığının öyrənilməsində bir neçə mübahisəli məqam və versiya mövcuddur. Yunqu oxumağa nədən başlamağı konkret demək çətindir. Bəzilərinə görə, avtobioqrafiyasından, başqa birilərinə görə, «Tavistok mühazirələri»ndən, üçüncülərə görəsə "İnsan və simvolları" kitabından başlamaq lazımdır. Təklif etdiyim oxu sistemi bir neçə dəfə yoxlanıb və oxucunun müəyyən nəticəyə gəlməsinə kömək edəcək. 

Yeni başlayanlara Yunqun özündən deyil, ideyalarını populyarlaşdıranların kitablarından başlamağı tövsiyə edirəm. Bu baxımdan Robin Robertsonun «Yunq psixologiyasına giriş» kitabı oxuculara analitik psixologiya haqqında lazımi baza anlayışı əldə etməyə kömək edəcək.
Davamı →

Pişikləri sevmirsiniz?

Pişiklər insanların həyatında hələ lap qədimlərdən mövcud olublar. Bəs nə üçün bir çox insanlar pişikləri sevdikləri halda bəzilərinin onlardan zəhlələri gedir? 

Psixoloqlar bu sualara cavab axtarıblar. Həmin insanlardan bunun səbəbini soruşsaq onlar buan bir izahat verə bilməyəcəklər. Psixoloqların fikrincə pişiklərə qarşı olan nifrət hissi ciddi psixoloji problemlər haqda düşünməyə əsas verir.

Ən maraqlısı da odur ki, pişiklərə qarşı laqeyd olan insan yoxdur. Bu heyvanı ya sevirlər, ya da nifrət edirlər. 
Davamı →

Kütlə psixologiyasının təsiri fonunda fərdlərin davranış formaları

Müxtəlif ölkələrə uzun sürən səyahətlərimdən sonra məndə yaranan ən parlaq təəssürat ondan ibarətdir ki, hər bir xalq anatomik xüsusiyyətləri ilə bərabər, həm də dayanıqlı mənəvi quruluşa malikdir və elə buradan da onun hisləri, düşüncələri, təsisatları, etiqad və incəsənəti təşəkkül tapır. 
                                                                                                                                   Qustav Le Bon

Bütün hadisələr XVIII əsrdə Fransada cərəyan edir. Qrenuy Parisdə balıq satılan palçıqlı bir küçədə doğulur və oradakı ilk aldığı iyrənc qoxu ilə hamıdan fərqli bir qabiliyyət sahibi olur. İnsanların qoxusu olmadığı üçün ondan çəkindiklərini və nəhayət özü də bunun həqiqət olduğunu anladığı gün o qatilə çevrilir. Beləliklə, istədiyi qoxunu əldə etmək üçün tam olaraq Jan-Batist Qras şəhərinin 24 ən gözəl, yeniyetmə və ən əsası bakirə qızının qatili olur. Onları öldürərək bədənlərindəki xüsusi qoxunu alır. Amma tam istədiyi ətri almaq üçün o Laura adlı kürən saçlı qızı öldürməli olur. O istədiyinə nail olsa da sonda həbs olunaraq, edam hökmünə məruz qalır. Hökmdə deyilirdi: “Məhkum 48 saat ərzində Dü-Kur darvazasına çıxarılmalı və üzü səmaya taxta xaça bağlanılmalı və onun çılpaq bədəninə dəmir çubuqla on iki zərbə vurulmalıdır ki, bu zərbələr onun əl, ayaq, bud və çiyin oynaqlarını sındıracaq və bundan sonra o ölənədək xaçdan asılı vəziyyətdə qalacaqdı”

Davamı →

Qorxu hissi nələrə səbəb olur?

Qorxu məlumatsızlıqdan yaranan emosiyadır. Məsələn qaranlıqdan yaranan qorxu hissi qaranlığın qeyri müəyyənliyindən irəli gəlir.

Yer üzündə elə bir insan yoxdur ki, bu hissə sahib olmasın. Hətta heyvanlar belə, qorxu ilə tanışdırlar. İnsanlar qorxu ilə doğulmur, bu, zamanla formalaşan duyğudur. İnsanlarda qorxu adətən 4-6 aylıqdan sonra, valideynlərdən ayrı qala bilməməklə başlayır. Zaman keçdikcə, ailə içindəki bu qorxular artaraq böyüyür və kənar dünyaya addım atdıqda bunlara yeniləri əlavə olunur.

Qorxu fərdə qarşı yaranmış təhlükəyə reaksiyadır. İnsanlar onları narahat edən hər şeydən qorxa bilər. Azyaşlılarla böyüklərin qorxuları bir qədər fərqlənir. Burada əsas fərqli cəhət odur ki, uşaqların qorxuları heç də həmişə gerçəkliyə uyğun səbəblərdən meydana gəlmir.
Davamı →