Рейтинг
+104.97

Psixologiya

111 üzv, 650 topik

Kişilərin məhəbbət psixologiyası

Bu mövzunu sizinlə bölüşməyimin səbəbkarları mənim xanım pasientlərimdir. Bu son ay ərzində onların ən çox narahat edən suallardan biri bu olub: “Mən yanılmışam. Məncə həyat yoldaşın məni artıq sevmir. Bəlkə mən onu tanımamışam? O, evlənəndə də məni heç sevməyib?”

 Qeyd edək ki, hər bir insanın sevgi haqqında şəxsi fikirləri var. Ancaq psixologiyada “sevgi”adlanan bu hiss fundamental hiss kimi qəbul olunub. Çünki insanın emosiyaları məhz bu hisslə sıx əlaqədədir. Sevgi hissi insanların qəlbində xüsusi yer tutan unikal bir hissdir. Sevgi müxtəlif emosiyayaların yaranmasına da səbəb olur. Məsələn, insan sevgilisindən ayrıldığı zaman kədər hiss edə bilər. Məyus olduqda isə qəzəblənə bilər.


Ardı →

Yaş anlayışı və onun növləri

İlk baxışda sadə görünən yaş anlayışı əslində geniş və mürəkkəb məfhumdur. Yaş insanın yaş normasında olmasını, ömür tarixini, inkişaf və yetişməsini, onun bioloji, psixoloji, sosioloji cəhətdən formalaşmasını ifadə edən bir anlayışdır.

Bu zaman insanın psixi proses və xüsusiyyətlərində həm kəmiyyət, yəni müəyyən yaşda nəyinsə artması, yaxud azalması (lüğəti, diqqətin həcmi, yadda saxladıqlarının miqdarı, uşaq fantaziyası, davranışda impulsiv hallar), həm də keyfiyyət dəyişiklikləri və yeni xüsusiyyətlərin əmələ gəlməsi baş verir və psixi inkişaf müəyyən dövrlər və mərhələlər keçərək öz xüsusiyyətləri ilə biri digərindən fərqlənir.
İnsanın ömrü mütləq yaş (xronoloji), fərdi inkişafın mərhələləri isə şərti yaş termini ilə ifadə olunur. Müasir psixoloji ədəbiyyatda yaşın dörd növü fərqləndirilir.

1. Xronoloji, yəni pasport yaşı
2. Bioloji və ya funksional yaş
3. Sosial, yaxud vətəndaşlıq yaşı
4. Psixoloji, yaxud psixi yaş

Bu yaş kateqoriyaları həm rəngarəng insan həyatını, həm onun mənalı ömür yolunun fiziki obyektini, həm də bioloji orqanizm olan sosial şəxsiyyətin mənəvi aləminin zənginliklərini əks etdirir. Həmin yaş növləri bir-birilə dialektik vəhdətdə inkişaf edir, biri digəri üçün zəmin rolunu oynayır.


Ardı →

Gender psixologiyasında emosional sfera

Psixologiyada gender aspektindən yanaşaraq emosiyaları tədqiq etməklə biz həmçinin cəmiyyətdə baş verən insanlararası münaqişələrin ,insidentlərin səbəbini müəyyən qədər araşdırmış olarıq.

İctimai mühitin təsiri ilə püxtələşən emosiyalar bu gün bir insan tələbatının ödənilməsində çox mühüm rol oynayır. Emosiyalar situativ xarakter daşıyaraq, dinamik fazalı dəyişkən olurlar. Emosiya ətrafda cərəyan edən hadisələrə özünün rəftar və davranışına ,fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi proses kimi kişi qadin cinsi arasında mühüm faktor hesab olunur. Sual formalaşır? Qadınların kişilərdən emosional olduğu doğrudurmu?

Empatiya başqalarının emosional vəziyyətinə həssaslığı nəzərdə tutur. Insan həyacanına və onun öz xüsusi emosiyasını ifadə etməsinə gəldikdə nə demək olar? Həqiqətən də qadınlar kişilərə nisbətən emosiyalarını ifadə etməyə daha meyillidirlər ?Təəssüf ki, bu sujet az tədqiq edilmişdir, lakin keçirilən cüzi tədqiqatların nəticələri bizə kişi və qadınların eyni bərabər emosionallığa malik olduqlarını, lakin öz emosiyalarını müxtəlif dərəcəli intensivliklə ifadə etdiklərini söyləyir. Bu isə emosional ekspressiyaya aid olan normalardakı fərqlə izah edilir.


Ardı →

Ana və qız arasında konflikt: necə davranmalı?

Təəssüf ki, çox ailələrdə ana və qız arasında münasibətlər düzgün qurulmur. Mənim fikrimcə, bunun ən əsas səbəblərindən biri hər iki tərəfin bir-birinin mövqeyini başa düşməməsidir.

Ana düşünür ki, onun çox böyuk həyat təcrübəsi vardır və qızına nə lazım olduğunu o, daha yaxşı bilir. Qız isə kifayət qədər boyüdüyünü və necə hərəkət edəcəyini hamıdan yaxşı bildiyini düşünür.

O ailələrdə ki, ana qızının hər atdığı addımı onunla məsləhətləşmək məcburiyyətində olmadığını başa düşür, qız isə ananın narahatçılıq keçirdiyini və onun üçün hər şeyin ən yaxşısını istədiyini anlayır.

Ananın məsləhətlərinə qulaq asmaq lazım olduğuna inanır, bu ailədə qarşılıqlı anlaşmanın olduğunu iddia etmək mümkündür. Elə çalışmaq lazımdır ki, münasibətlərin bu cür qurulması təmin edilsin.

Ailədə ana və qız arasında baş verən münaqişələrin ən geniş yayılmış səbəbləri aşağıdakılardır:


Ardı →

Uşağı döymək olarmı?

Döyülən uşaqlar kinli olur. Döymək, uşaqları nəzarətdə saxlamaq üçün tez-tez istifadə edilən üsullardan biridir.

Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq əvəzinə daha asan olan fiziki güc tədbiq etməyi seçirlər.

Təəssüf ki, bu tip “tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda vicdan və əxlaqın zəif  formalaşmasına gətirib çıxarır. Müasir dövrdə insan sərbəst düşünə bilməli, hər vəziyyət uyğunlaşmağı bacarmalıdır. Döyülən uşaqlarda isə bu alınmır. Belə uşaqlar daha kinli olur.

Uşağın döyülərək cəzalandırılması vicdanının zəif formalaşmasına gətirib çıxarır. Çünki:

— Uşaq dəcəllik edərkən döyülərsə, etdiyinin qarşılığını artıq ödədiyini düşünür və bu zaman hərəkətlərini, davranışını düzəltmək üçün səy gostərməyi vacib saymır.


Ardı →

Psixoloji cəhətdən sağlam insan

Ruhən sağlam insanı necə müəyyən etmək olar? İnsanın psixi sağlamlığı haqqında marağımıza səbəb olanlar:

1.  İnsanın öz- özü ilə barışmış olması; 
İnsan nədirsə onu ortaya qoyar, heç bir çıxar düşünməz. İnsan çətinliyə də düşsə, özü kimi davranar, davranışları tutarlı olar.

2.  İnsan yaxın və uzaq ətrafı ilə münasibətlər qurmalı, ən əsası bu münasibətləri davam etdirməyi bacarmalıdır.

3.  Sevgi və hörmətə əsaslanan bağlar qura bilməlidir.

4.  Özünə güvəni olmalıdır.

5.  Özünü görə bilməlidir. Mənfi və müsbət tərəfləri ilə dəyərləndirə bilməlidir.

6.  Cəmiyyətdə bir yeri, vəzifəsi olduğu hissini qazanmış olmalıdır. Fərd özünün dəyərli olduğunu hiss etməlidir.


Ardı →

Diqqət haqqında anlayış

Diqqət haqqında ümümi məlumat. Eyni anda bizə müxtəlif cisim və hadisələr təsir edir. Biz bunların hamısını eyni aydınlığı ilə  qavraya bilmirik. Onlardan bəzilərini aydın qavradığımız halda, digərlərini ya olduqca solğun qavrayır və ya heç cür qavramırıq. Bu bizim diqqətimizlə bağlıdır.
Diqqət psixi proseslərin (qavrayış, hafizə, təfəkkür və s.) tərkibində çıxış edərək, onların daha müvəffəqiyyətli cərəyanını təmin edir. Diqqətin rus alimi N.F.Dobrınin tərəfindən təklif olunmuş tərifini nəzərdən kecirək: «Diqqət psixi fəaliyyətin müəyyən bir obyekt üzərinə yönəlməsi və onun üzərində mərkəzləşməsidir». Biz yönəlişlik dedikdə idrak fəaliyyətinin seçici xarakter daşımasını, mərkəzləşmə dedikdə isə hal-hazırkı fəaliyyətə aid olmayan bütün obyektlərdən uzaqlaşmanı nəzərdə tuturuq. Əgər insan psixikasının strukturuna istinad etsək, biz diqqəti həm bir proses kimi (və yaxud psixi prosesin bir tərəfi kimi: məsələn,  sensor, perseptiv, intellektual diqqət), həm psixi halət kimi (məsələn, yönəlişlik), həm də şəxsiyyətin bir xassəsi kimi (məsələn, diqqətlilik) nəzərdən keçirə bilərik. Lakin bildiyimiz kimi diqqətin müstəqil psixi proses olması haqqında psixoloji ədəbiyyatda fikirlər üst-üstə düşmür. Bəzi tədqiqatçılar diqqətin digər psixi proseslərin tərkibində çıxış etməsi faktını əsas tutaraq, onu müstəqil psixi proseslərə aid etmirlər. Digər tədqiqatcılar isə diqqəti idrak proseslərindən biri hesab edərək, onu əsasən iradə və idrak fəaliyyəti ilə əlaqələndirirlər.


Ardı →

Qonaq gəlmişik olmaz, sakit ol!

— “Mama..

— Qonaq gəlmişik olmaz, sakit ol!.. “

Bəli, əksər uşaqlar ailəsi ilə qonaq getdikləri evlərdə bu kimi qadağalarla üz-üzə qalırlar. Belə reaksiyaların uşağa nə dərəcə təsir etdiyini həmin an onun üz ifadəsindən də anlamaq mümkündür. Getdiyi evdə oynaya biləcəyi yaşıdları belə olsa qızarmış, tutulmuş, utancaq üz ifadəsi olur….“quzu kimi”… Hələ bir də özünü əsl tərbiyə edici valideyn qismindən sayan ana-atası oldusa, uşağı digər otağa və ya hamama aparıb “anladığı dildən” izah edib geri gətirir.

Əksər halda isə sadəcə uşaq olduğunun günahını yaşayan balacanın üzündə barmaq izləri belə bir çox suala cavab verir. Bəzən valideynlər qonaq getdikləri evlərdə uşaqları o dərəcədə sıxa bilərlər ki, hətta uşaq ayaqyolu istəyi olduqda belə bunu dilə gətirə bilmir. Çox gümanki ana da əvvəlcədən ayıbdı deyə uşağı yetərincə tənbehləmişdir. Halbuki qapıdan çıxan kimi həyətdə münasib bir yerə bunu etmək yetərincə düzgün olmayan hərəkətdi…


Ardı →

Dinləmə sənəti

“Dinləyir” kimi görünürük, amma dinləmirik! Ümumiyyətlə, qarşımızdakı adamın bizə demək istədiyini deyil, eşitmək istədiyimizi eşidirik. Əgər dinləməyi bacarsaq, bir çox anlaşılmazlıq asan həll edilə bilər.

Kritik nöqtə
Kritik nöqtə, dinləmənin unudulmuş bir sənət olmasıdır. İnsanların söylədiklərimizi eşitdiklərindən əmin olmaq üçün o qədər çox səy göstəririk ki, dinləməyi unuduruq.

Əslən ABŞ-lı bestseller müəllif və biznes məsləhətçisi olan Ed Brodou yazır: “Aldığım təlimlərdə çatışmazlıqlar olduğunu ilk donanmada xidmət edərkən anladım. Nəzakətli bir polkovnik mənə nəsihət vermişdi: –  “Leytenant, necə dinləməyin lazım olduğunu öyrənməlisiniz.” Mən o zaman ona: – “Anlaya bilmədim?” – deyə cavab vermişdim.

Şübhəsiz, mövzunu anlamağım bir az çətin olacaqdı. İkinci macəram xüsusilə yaddaqalan idi. “Dun & Bradstreet” məni satıcı olaraq işə götürmüşdü. Bu təşkilatın fəaliyyət sferası, bütün işi yeni bir texnologiyaya əsaslanırdı. Milyonlarla şirkətə aid kredit məlumatları kompüterdə işlənilərək, verilənlər bazası yaradılmışdı və bu məlumatlar marketinq məqsədilə satılırdı.

Məsələn, təmsil etdiyiniz şirkət, eskimolara buz satırsa, D&B sizə bazarda fəaliyyət göstərən bütün eskimo şirkətlərinin siyahısını sizə verə bilirdi. Bu siyahıya, hər şirkətdəki eskimoların sayı və əsas qərarları qəbul edən eskimoların adları kimi, mühüm məlumatlar da əlavə edilirdi. 1968-ci ilin ən dəbdə olan iş anlayışı bu idi.Mənim satış bölgəm, Nyu Yorkdakı “Canal Street” idi.


Ardı →

İnsanın yalan danaşmasını nəcə bilmək olar?

İnsan diliylə çox asan bir şəkildə, lakin bədəniylə çətinliklə yalan danışa bilər. İnsan doğru və ya səhv, gözəl ya da çirkin hər ifadəni istifadə edə bilər.

Ancaq yalanı bədən dili vasitəsiylə gizlətməyi bacara bilməz. Dil yalan söyləyə bilər amma bədən dili heç vaxt yalan danışa bilməz.

Ağızdan çıxanın yalan olduğunu anlamaq üçün bədən dilini yaxşı bilmək lazımdır. Yalanı anlamaq üçün qarşıdakı adamın davranışlarının yaxşı analiz etmək lazımdır. Bir insanın gözünün içinə baxa-baxa yalan danışmaq çox çətindir.

Bunu hər kəs edə bilmir. Yalan danışan insan müəyyən bir müddət sonra göz təmasından qaçacaq, səs tonunda hiss ediləbiləcək dərəcədə dəyişiklər olacaq. Dodaqlarda yüngül oynamalar, gülümsəmələr, baş yelləmələri, əl və qol hərəkətləri və göz bəbəklərinin kiçilməsi — bütün bunlar insanın yalan danışmasına işarə edə bilər.


Ardı →