Рейтинг
+104.97

Psixologiya

111 üzv, 650 topik

Uşaq “kaprizləri”nin səbəbi nədir?

Uşagın hər istədiyini yerinə yetirmək və davranışlarına sərhəd qoymamaq nə qədər düzgündür sualına çox zaman fərqli cavablar alırıq.
Xüsusilə, öz uşaqlıqlarını maddi sıxıntı və təzyiq altında keçirən ana-atalar “Mən çox sıxıntılar gördüm, uşaqlarım sıxıntı çəkməsin, sərbəst böyüsün .” kimi sözlər deyib uşaqlarının hər istədiyini yerinə yetirərlər; davranışlarına sərhəd qoymurlar. Belə olduqda düşünürlər ki, uşaqların gözü doyacaq və onlar xoşbəxt olacaqlar. Amma gözlədiklərinin tam əksiylə qarşılaşırlar.

Belə ki, uşaqlarının gözlərinin doymadıqlarını, əilndəkilərin qiymətini bilmədiklərini, söz eşitməyən, məsuliyyətsiz olduqlarını və ətrafdakı insalara hörmət qoymadıqlarını şahidi olurlar. Zamanla bu münasibəti özlərinə qarşı da hiss etməli olurlar. Bu zaman da “onlardan heç bir şey əksik etmədim, yemədim yedizdirdim, geymədim geyindirdim, onlara bir sillə belə vurmadım, niyə belə oldu?”- kimi paradoksal birsual ilə qarşı-qarşıya dururlar.

Çox vaxt belə uşaqlara “tərbiyəsiz” adını verirlər. Lakin bu düzgün olmayan tərbiyənin nəticəsidir. Ailə daxilində və xaricində nə etməli və nə etməməli olduqlarını ilk əvvəl uşaqlara valideynlər öyrətməlidirlər.
Davranışlarına sərhəd qoyulmayan uşaqlar, küçədə və dost çevrəsində adət etdiyi şəkildə sərbəst davranırlar, onlara qarşı verilən cavablara soyuq yanaşırlar.
Ardı →

Psixoloji priyomlar

Qrupda hamı eyni vaxtda gülürsə, hər kəs daha simpatik hesab etdiyi adama baxır. Yaxud özünə yaxın görmək istədiyi adama baxır.

Qarşınızda görüləsi vacib iş var, amma siz əsəbisiniz. Sakitləşmək üçün saqqız çeynəyin, yaxud ümumiyyətlə nəsə yeyin. Belə siz sakitləşə biləcəksiniz, çünki şüuraltı olaraq, yemək yeyilən an təhlükəsizliklə assosiasiya edilir.

Kimsə sizin üstünüzə qışqırırsa, sakitliyinizi qoruyun. Bəlkə də siz bununla qarşınızdakını daha çox əsəbiləşdirəcəksiniz, amma sonra o dərin günah hissi keçirəcək.

Qarşınızdakının cavabı sizi qane etmirsə, onun yarımçıq cavab verdiyini düşünürsünüzsə, sualı yenidən verməyin. Sadəcə onun gözünün içinə diqqətlə baxın. Bu halda o davam etməyə məcbur qalacaq.
Ardı →

Uşaqlara xərclik vermək doğrudurmu?!

Böyük yaşlarda puldan doğru istifadə etmə,balaca vaxtlardan öyrədilən vərdişdən çox asılıdır.Ailələr uşaqlarına xərclik verərkən özünü nəzarətdə saxlamalı və konkret mövqeləri olmalıdırlar.

Xərclik yaxşı bir hərəkətə mükafat və ya hər hansı öhtəliyində olan işinə ödəmə deyildir.Xərclik uşağa seçməyi məsuliyyət hissi daşımağı öyrətmək üçün vasitə olmalıdır.

Ümumiyyətlə,uşaqlara 3-cü sinifin sonlarında,yəni 9-10 yaşlarında pul verilməlidir.Az yaşda uşağa pulun verilməsi ondan(pulu tanımadığına görə ) doğru istifadə edə bilməməmsini,aldığı hər hansı şseyin qalığını geri istəməməsi lazımsız fasd-fooda xərcləməsinə gətirib çıxarır ki,bu da özünü göstərir.


Ardı →

Ailədə yaş fərqi nə qədər olmalıdır?

Ailə həyatı qurarkən tərəflər hər şeydən çox, yaşa diqqət yetirməlidirlər 
Günümüzdə evlilik və sevgi münasibətlərində qadın və kişi arasında olan yaş fərqinə böyük diqqət verilir. «Yaşa deyil, sevgiyə önəm veririk», "Əsas olan sevgidir", «Sevdikdən sonra yaş fərqi problem yaratmır», «Yaşın nə fərqi var ki?» deyib özlərindən yaşca çox kiçik və çox böyük insanlarla münasibətə girənlər kifayət qədərdir. Bəziləri isə yaş fərqini önəmli hesab edir, eşqin bir neçə ildən sonra bitdiyini və insanların yaş fərqinə görə uyğunsuzluq içərisində ailə kimi çox yaşaya bilmədiklərini düşünürlər.

Çox zaman insanlar münasibətə girərkən fərdlər arasındakı yaş fərqinin bir-birinə yaxın olmasına çalışırlar. Belə hesab edilir ki, fərdlər əvvəlcə münasibətə girdikləri zamanı gözlərini sevgi «kor» etdiyi üçün gələcəkdə yaşanıla biləcək problemləri nəzərə almırlar. Lakin zamanla o həyəcan keçdiyi və problemlər özünü göstərdiyi üçün münasibətlər soyumağa başalyır.

29 yaşlı Azərin İbrahimova 10 il əvvəl özündən 16 yaş böyük olan biri ilə ailə həyatı qurub. İlk illər özünü xoşbəxt hiss etsə də, sonradan ailədə problemlər yaranmağa başlayıb. «Mənə deyirdilər „ay qız, şükür elə, qocaya gedən quyruq yeyər“, mən də bu deyimə inanırdım. Yoldaşım uzun illər Rusiyada çalışmış biri idi, yaxşı imkanı var idi. Nə istəsəm, edirdi. Amma 3 il sonra hər şey mənasızlaşdı. Bir oğlumla mən az qala çörəyə möhtac idik. Mən vəziyyəti ailəmə danışdım, onun bizə baxmadığını dedim. Söz-söhbət böyüdü. Məni döyüb „yəqin, başqasını tapmısan“ dedi».
Ardı →

Şizofreniya haqqında 14 yanlış fikir

Birinci yanlış fikir : Şizofreniya nadir xəstəlikdir.
Fakt : Bəzi dövlətlərdə buna daha tez, bəzilrində isə daha az rast gəlinir.Alimlər hələdə onun yaranma səbəbini axtarib tapa bilmir.Bu xəstəliyə müxtəlif sosial qruplar arasında rast gəlmək olar.
İkinci yanlış fikir:şizofreniyanın yaranma səbəbinin uşağlığda olan pis rəftarla əlaqələndirilməsidir.
Fakt: İnsanda şizofreniyanın yaranmasına tərbiyyə,ailənin sosial-iqtisadi vəziyyəti və dini mənsubiyyəti qətiyyən təsir etmir.Ruhi-əsəb xəstəlikləri sinir sistemində gedən metobolik proseslərin pozulması nəticəsində yaranır və bu proseslərə uşağın həyatında baş verən hadisələr təsir edə bilməz.Lakin uğursuz şərait xəstəliyin dərinləşməsinə və ağırlaşmasına şərait yarada bilər.
Davamı →

Qapalı yer qorxusu: Klostrofobiya

Panik pozğunluğu məşhur anksiyete pozğunluğu və fobiyalardən bəhs edib, insanın ən fundamental qorxularından biri olan claustrophobic`dən bəhs etməmək əskiklik olar.

Bunu bəzən özbaşına dilə gətirirlər, bəzən də əhəmiyyət vermirlər, hətta normal qarşılayır amma soruşduqda izah edirlər. Ən çox qarşılaşılan vəziyyət, həyatını liftə minə bilməmə, qapısı bağlı otaqda yata bilməmə, dar sahədə durmama kimi bəzi əlamətləri, öz idarəsində basqılayan, bu vəziyyətlərdən qaçınan və əhəmiyyət verməyən adamın MR çəkilişi lazım olduğunu öyrənməsi ilə yaşadığı böhrandır.

Tibbi bir zərurət vardır, tunel kimi dar bir maşına girməsi və orada yarım saata yaxın müddət keçirməsi lazımdır. Amma bu onun üçün tabuta girib məzarın içində gözləməkdən fərqsizdir. MR çəkdirməyə müraciət zamanı 10 % -də klostrofobiya müəyyən olunmuşdur. Bu kəslərə ya anesteziya altında yatırdılaraq çəkiliş edilər, ya açıq MR-ə girərlər ya da klostorfobiya üçün müalicə görüb dərman qəbul etdikdən sonra girə bilərlər.

MR ən dəqiq tətikləyən vəziyyətdir, amma lift, hamam, kiçik və basıq tavanlı otaqlar, qapının kilidli olduğu bilinən hər hansı bir yer, sıxlıq mühitlər, mağaralar, tunellər, metro və hətta boğazı bir az sıxan bir qalstuk və ya boğazlı paltar belə claustrophobic bir vəziyyət ola bilər.

Bəzi klostrofobiklərin bərbər kreslosunda oturarkən belə qalxa bilməyəcəklərini düşünərək panikaya qapıldıqlarını bilirik. Adam da nəfəs darlığı, hava aclığı, baş gicəllənməsi, ölüm qorxusu, ağlını itirmə qorxusu kimi bir sıra əlamət yaradır. Bu hala çatdığında, vəziyyət artıq panik ataktır. Onsuz da bir çox hallarda klostrofobiya ilə panik atak pozğunluğu oxşardır.


Ardı →

Uşaqlarda fobiyalar: Günahkar kimdir?

Qorxu görünən və görünməyən təhlükələrin qarşısında göstərilən təbii bir reaksiyadir. Qorxular təhlükələrə qarşı xəbərdarlıqdır. İnsanı nədənsə qaçmağa, gizlənməyə ya da mübarizə apararaq qorunmağa məcbur edir. Uşaqlarda aşkarlanan qorxular uşağın yaşına görə dəyişir.

Həyatının ilk illərində uşaqlarda qorxu hissi daha çox olur. Öyrəndikləri çoxaldıqca, özünə inamları artdıqca, bilmədiklərini öyrəndikcə qorxuları daha da azalır. 2-3 yaşındakı uşaq ildırım çaxmasından, elektrik süpürgəsi kimi yüksək səslərdən qorxur. 3-4 yaşında isə polisdən, oğrudan, dilənçidən, qaranlıqdan, torbaçı xaladan qorxmağa başlayır. 4 yaşındakı uşaqlar həkimdən, itdən, yıxılıb yaralanmaqdan, əzilən bir yerinin qanadığını görməkdən qorxurlar. 6 yaşındasa isə şeytan, xortdan, ruh, yanğın, zəlzələ kimi hadisələr uşaq fobiyalarının yaranmasına səbəb olur. Bu yaşdakı uşaqlar hadisələri şişirdərək, yanlış yönə istiqamətləndirərək,başqa nələrəsə oxşadaraq onlardan qorxulu nəticələr çıxardırlar.

Qorxunu sakitləşdirmə, susdurma, zəbt etmə, qarşısını almaq, gözdağı vermək üsulu kimi istifadə edən ana-ataların uşaqları daha da qorxaq olurlar. «Susmasan səni itlərə verəcəyəm», " Görərsən, axşam ata evə gələndə səni öldürəcək", «Sakit dayanmasan Turanın anası olacam», «Səsini kəsməsən sənə iynə vuracağam», “Tez yatmasan xortdan gəlib səni aparacaq", "Əgər məni çox istəyirsənsə, dəcəllik etmə" kimi xəbərdarlıq və gözdağı uşağın şüuraltına yerləşir, qorxular yaradır və uşağın psixi dünyasını alt-üst edir.


Ardı →

Posttravmatik stress pozuntusu

Posttravmatik stress pozuntusu ümumiyyətlə, həyatı təhdid edən bir hadisədən sonra başlayan və həyat keyfiyyətini aşağı salan bir problemdir. İlk olaraq, döyüş sonrası əsgərlərdə təyin olmasına baxmayaraq təyyarə qəzaları, qaçırılma, təbii fəlakətlər (zəlzələ, sel ...) sonrasında da müşahidə edilir. Şəxs travmatik hadisəni və bunun perseptual-koqnitiv-emosional hissələrini yuxularında və gün ərzində təkrarlanan şəkildə yaşayır.

Bu feedback`lar (geriyə dönmələr) hadisəni eyni canlılığı ilə pasiyentə yaşadır və həyat keyfiyyətini diqqətə çarpan bir şəkildə aşağı salər.
Davamı →

İradi işin quruluşu

İnsanın iradəsi məhz fəaliyyət prosesində təzahür edir. Psixoloji planda iradi iş fəaliyyətin strukturuna daxil edilir. Ümumi şəkildə iradi işi proses kimi təhlil etdikdə onun iki əsas mərhələdən ibarət olduğunu görə bilərik; 1. Zehni və yaxud intellektual mərhələ; 2. İcra və yaxud əsas iradi mərhələ.
Zehni mərhələ tələbatın dərk olunması, həvəs və arzunun əmələ gəlməsi, məqsədin ayrılması, motivlər mübarizəsi, qərar qəbulu və işin planlaşdırması ilə xarakterizə olunur. Qərarın qəbulu yəni işin hansı şəkildə icra edilməsi, iradi işin quruluşunda mühüm mərhələdir. Həqiqi iradi başlanğıc işin məhz hansı şəkildə icra edilməsi haqqında qərarın qəbul edilməsində təzahür edir.
Zehni mərhələ, xüsusən onun motivlər mübarizəsi və qərar qəbulu mərhələsində təfəkkür aktivləşdirilir. İradi işin bir elementi risk adlanır.


Ardı →