Рейтинг
+104.97

Psixologiya

111 üzv, 650 topik

Uşağı döymək olarmı?!

Döymək, uşaqları nəzarətdə saxlamaq üçün sıx istifadə edilən metodlardan biridir. Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq yerinə daha asan olan fiziki şiddətə baş vururlar.

Təəssüf ki, bu tip “tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda zəif vicdan və əxlaq inkişafına gətirib çıxarır. Müassir dövrdə insan sərbəst düşünə bilmək, hər situasiyaya uyğunlaşmaq elastikliyinə malik olmalıdır. Şiddətlə böyüyən uşaq elastik yox daha kinli olur.

   Uşağı döyərək cəzalandırmaq onda zəif vicdanın formalaşmasına gətirib çıxarır. Çünki:

  • Uşaq, dəcəllik edərkən döyülərsə etdiyinin qarşılığını ödəmiş olduğunu düşünür və bu zaman etdiyinin pis nəticələrini düzəltmək üçün səy gostərməsinə gərək duymur.
     
  • Döyülmək uşaqda valideynlərinə qarşı aqressiya formalaşdırır. Dolayı yolla desək, uşaq etdiyinin pis bir şey olduğunu bilib özünü günahkar hiss etmək əvəzinə onu döyəni günahlandırır.
     
  • Uşaq, valideynlərindən zəif, daha gücsüz, daha aciz olduğunu bu formada öyrənməsi onu utandıraraq, valideynlərinə qarşı güvənini sarsıdır.

Ardı →

Uşağınız söyüş söyür?

Uşaqların psixi inkişafında ilk “böhranlı” yaş dövrü inadkar olduqları və istədiyi kimi hərəkət etməyə can atdıqları mərhələdir.
Hər bir ailə uşaqların sağlamlığını düşündükləri qədər, onların tərbiyəsinə də önəm verirlər. Uşağın tərbiyyəsi dedikdə onun düzgün davranışı və mədəni nitqi nəzərdə tutulur. Lakin cox zaman valideynlər nə qədər nəzarət etsələr belə uşaqların dilindən xoşagəlməz ifadələr eşidirlər.
Bəs, uşaqlar bu sözləri haradan öyrənir? Uşaqlar işlətdiyi ifadələrin mənasını bilirlərmi? Niyə çox hallarda uşaqlar belə ifadələri işlətməkdən zövq alırlar? Uşaqların nitqindəki xoşagəlməz ifadələri necə tərgizmək olar?
Davamı →

Trixotilomaniya

Hansısa bir stres, əsəb, narahatlıq  keçirdiyiniz zaman özünüzü saçlarınızı “yolarkən” tapırsınız? Övladınız mütəmadi olaraq saçlarınımı qırır?  Artıq gözlə görülür dərəcədə saç azlığımı yaranıb? Özünüzü və ya övladınızı heç cürə bundan vaz keçirə bilmirsiniz?  Bundan bezmisinizmi? Elə isə biraz da yaxın gəlin. Böyük bir ehtimalla  siz, Trixotilomaniyaya «yoluxmusunuz». 

Trixotilomaniya gözə çarpar  dərəcədə saç itkisi ilə nəticələnəcək qədər daim təkrarlanan saç qoparma davranışıdır. İlk dəfə 1889-cu ildə fransalı dermatoloq Hallopeau tərəfindən öyrənilmişdir. Qədim yunan sözü olub “saç qoparıram” mənasını verir. Bu xəstəlik hər yüz insandan 4-ündə təsadüf edilir. Kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. 

Trixotilomaniya ən çox saç qoparma, az hallarda isə qaş, kiprik, saqqal-bığ və  s. bədən tüklərinin qoparılması şəklində özünü göstərir. Adətən evin birinci uşaqlarında daha sıx rast gəlinir ki, buna da əsasən qısqanclığın səbəb olduğu düşünülür. Eyni zamanda  ata-ananın aşırı mükəmməlliyyətçi olduğu və  ya hisslərini bəlli edə bilmədiyi  ailədə böyüyən uşaqlarda da çox müşahidə edilməkdədir. Daha çox uşaq və  yeniyetmə yaşlarında rast gəlinən bu xəstəlik ani bir travma, stressli həyat, diqqət və qayğı əksikliyi, depressiya nəticəsində də yarana bilir. İlk başlarda dərs oxuma zamanı saçların çəkişdirilməsiylə başlayıb, zamanla daha da irəli kiprik, qaş yolunmasına qədər gedib çıxa bilir.  Saç və digər tüklərin qoparılması gərginlikdən qurtarma, rahatlama hissi yaradır.


Ardı →

Qrafologiya

Qrafologiya sözü iki yunan sözünün: “gropho”- yazıram və “logos”- öyrənirəm sözlərinin birləşməsindən əmələ gəlmişdir. Qrafologiya kəlməsini termin kimi ΧΙΧ əsrdə fransız abbat Mişon işlətmişdir.

Qrafologiya istənilən şəxsin yazısını analiz edərək onun xarakteri, eyni zamanda xarici görünüşü haqqında məlumat verən psixodiaqnostik bir elm sahəsidir. Qrafologiya dəqiq elm deyil, emperik biliklərə və xüsusi eksperimentlərə söykənərək formalaşmışdır. Ona görə də qrafoloji analiz kompyuterləşdirilməmışdir. Yazının analizi müxtəlif metodlarla aparılsa da burda qrafoloqun həssaslığı çox vacibdir.

Qrafoloji analizdə insanın temperamenti, xarakteri, yazı yazdığı zaman psixo-fizioloji vəziyyəti haqqında, sosial mövqeyi haqqında və yazdığına münasibəti haqqında məlumatları əldə etmək olar.

Qrofoloji analiz bizə imkan verir ki, tədqiq olunanla ünsiyyətdə olmadan onun psixoloji portretini verək. Eyni zamanda qrafoloji analiz bizə imkan verir ki, tədqiq olunana gərəkli məlumatlar və məsləhətlər verək.


Ardı →

Uşağı səliqə səhman yaratmağa necə öyrətmək olar?

Sizin körpəniz ilk addımlarını atmağa başlayan andan etibarən dolabçaların və dolabların içində olanlarla tanış olmağa can atır, öz oyuncaqlarıyla oynamağa bir o qədər aktiv maraq göstərmir, hər bir ana bu zaman özünə sual verir: Necə edim ki, uşaq səliqə səhman yaratmağı öyrənsin.

Uşaqdan dərhal şeyləri öz yerinə qoymağı tələb etmək lazım deyil, çünki uşaq hələ anlamır, “öz yeri” nədir. Bunun üçün əvvəlcə ona izah etmək lazımdır, haradır bu yer, niyə məhz ora qoymaq lazımdır.

Hamısından yaxşı bunu oyun vasitəsi ilə məşq etmək (tətbiq etmək) lazımdır. Əgər siz körpənizə desəniz ki, oyuncaqları yığmaq lazımdır 99 % zəmanətlə deyə bilərəm ki, körpə bunu etməyəcək, amma siz ona oyun təklif etsəniz: məsələn, kim daha tez oyuncaqları yerinə yığa biləcək, belə bir oyun mütləq onun ürəyincə olacaq. Artıq zamanla, uşaq öyrəşəcək ki, oyundan sonra oyuncaqları yerinə yığmaq lazımdır.

Təmizliyə və nizama uşağı elə alışdırmaq lazımdır ki, ona bunu etmək maraqlı olsun
Ardı →

Uşaqların təhsilə münasibətində valideynin rolu

Uşaqlarda təhsilin doğumdan sonra başlamasıyla birlikdə, hər yaşda fərqli motor bacarıqlarının inkişafı psixoloji vəziyyətləri haqqında ipucu verir. Sevgi, şəfqət, empati, eyni zamanda qaydalar, sərhədlər və məsuliyyətləri gözəl bir ailə mühitində nizamlayıb dinc və xoşbəxt böyümələrini təmin etmək, məktəb əvvəli təhsildə faydalı olacaq.

Ana-ata nəzarəti uşağın insanlığını əks etdirir.
Ana-atalar məktəb əvvəli məktəbin və oxumanın uşağa qazancları haqqında nümunələrlə danışa, özlərindən də nümunələr verərək ömür boyu yoldaşlıqlar, xoş xatirələr, əyləncələr, məktəbdə öyrəndiklərini xüsusi həyatda necə tətbiq etmək; məktəbin daha sonrakı peşə və təhsil üçün vacibliyini və qazanclarını izah edərək sevdirə bilirlər.

Ana-ata idarəsi; sərhədləri tanıma və qaydaları öyrənmənin təməlidir. Burada ola biləcək axsaqlıqlar asılı, təcavüzkar, zəif şəxsiyyətləri meydana gəlməsinə səbəb olar. Uşaqların dağıdaraq, sınayaraq öyrəndiyini qeyd edən Psixoterapevt: «Hər şeyi uşağınızın yerinə edib, önünə hazır qoysanız normal inkişafına və öyrənməsinə mane olmuş olarsınız. Uşaq inkişaf edə, yetkinləşə və gözləməyi öyrənə bilməz. Bu uşaqlar məktəbə başladıqlarında dərsin sonuna qədər oturmağı bacara bilməzlər»- xəbərdarlığını etdi.

Ardı →

Uşaqlarda Edip və Elektra kompleksi

Uşaq vaxtlarımızda hər birimiz ata, ananımızı qısqanmamış olmarıq. Hər bir uşaq özünə qarşı daha çox nəvaziş, diqqət istər valideynlərindən. 3-6 yaş aralığında bu daha çox artar. Uşaqlar valideynlərini qısqanmağa başlayarlar. Bəzən uşaqlarda kompleksə çevrilər.

Edip kompleksi nədir?
Edip kompleksi — Oğlan uşağının anasına qarşı duyduğu şüuraltı yaxınlığa görə atasını qısqanması və bununla əlaqədar ruhi pozuntular kompleksinə verilən addır.


Ardı →

Adımızın taleyimizə hansı təsiri var?

Uşaqlara ad seçərkən adın gözəlliyindən çox, uşağın taleyinə necə təsir edəcəyini öyrənmək lazımdır
Adlar da geyim kimidir, bəziləri insana tam uyğun olur, bəziləri böyük, bəziləri kiçik. Ümumiyyətlə, adların insan taleyinə böyük təsirinin olduğu deyilir. Belə ki, ad daşıdığı məna ilə insan həyatına təsir edir. Çünki adların yarandığı hərflər hərəsi ayrılıqda bir məna daşıyır.

Hərflərin sözlərə və adlara, ümumiyyətlə, bütün varlıqlara təsirini öyrənən elm huruf adlanır. İnsan adının taleyinə təsiri mövzusu ilmi hurufun əsas istiqamətidir.

Qədim Misirdən Roma İmperatorluğuna qədər bütün cəmiyyətlər elmi hurufla yaxından maralanıblar. Romalılar «nomen est omen» yəni «adımız taleyimizdir» deyəcək qədər qəti bir inanca sahibdilər.
Davamı →

Uşaqlarda kəkələmə problemi

Bir çox uşaqlar və valideynlər kəkələmə problemi ilə üzləşir. Xəstəlik olmasa da, bu ciddi bir problemdir.
Kəkələmə adətən 3-5 yaşlar arasında olan uşaqlarda inkişaf edir. Oğlanlarda qızlarla müqayisədə bu pozulma daha tez-tez hallarda inkişaf edir.

Bu günə kimi tibbdə kəkələmənin inkişaf etmə mexanizmi dəqiq təyin olunmayıb. Kəkələmənin inkişaf etmə səbəbləri arasında:

— uşağın baş beyinin funksiyalarının müxtəlif səbəblərə görə (doğuş travması, asfiksiya, baş-beyin travmaları — beyinin silkələnməsi və s., beyini zədələyən infeksiyaların keçirilməsi və s.) pozulması;

— ağır psixoloji travmalar — güclü qorxu (və ya bəzən güclü sevinc), valideynlərlə (adətən ana ilə) ayrılıq və s.

— uşağın psixikasına mənfi təsir edən uzunsürən vəziyyətlər — valideynlərin arasında olan və tez-tez təkrarlanan münaqişələr, informasiya ilə artıq dərəcədə yüklənmə (uşaqlar eyni zamanda bir neçə inkişaf dərnəklərinə yazılır; onlara eyni zamanda bir neçə dil öyrədilir və s.), ailədə poliqlossiya — ikidillilik (məsələn, valideynlər ikidilli olduqda) və s.
Ardı →

Xarakterizmizi əks etdirən yatmaq pozası

Yatmaq şəklimiz bizim ətraf aləmə olan münasibətimizi əks etdirir. Psixoloqların sözlərinə görə, insan yuxuda öz davranışlarına nəzarət edə bilmir. Əgər siz müəyyən bir pozada yatsanız belə, yuxudan mütləq xarakterinizi əks etdirən formada oyanacaqsınız. Son yuxu araşdırmasını britaniyalı alimlər aparıblar. Professor Robert Fillipsin sözlərinə görə, 6 əsas yuxu pozası var. Onlardan ən çox yayılan embrion formasıdır.

a) Embrion
Ana bətnindəki kimi qıvrılaraq yatmaq insanın həssas bir qəlbə malik olduğunu göstərir. Belə yatan insanlar ilk görüşdə utancaq olsalar da qısa zamanda rahatlayırlar. Araşdırmalarda iştirak edən 1000 nəfərdən 41% bu şəkildə yatıb. Bu pozisiyada xüsusilə qadınlar daha çox yatırlar.

b) Dik yatış
Sol böyrü üstündə qollar yanda yatış formasıdır. Belə yatanlar rahat, qələbəliyə alışan, yadlara tez güvənən, sosial insanlar olurlar. Bütün bunlara baxmayaraq bəzən tez aldana bilirlər.


Ardı →