Рейтинг
0.00

Publisistika

7 üzv, 13 topik

sorğu

Sorğu keçirməyi qərara aldıq. Əlimizdəki qələmi onlara göstərir:
— Xanım, bu qələm nə rəngdədir? (Qələm göy rəngdədir).
— Bilmirəm, mənə nə?
— Qəşəng qız, bu qələm nə rəngdədir?
Bir qədər laqeydcəsinə:
— Bəlkə də göydür. Amma qara da yaza bilər. Bilmirəm qırmızıya da bənzəyir. Yəni fərqi var ki?
Davamı →

FIRTINA

Sanki fırtınadır dənizdə. Dəniz coşur, sularınıı sahilə vurur. Elə bil onu yox etmək istəyir. Bu gün o çox qəzəblənib. Yəqin o da mənim kimi çarəsizlikdən, əlacsızlıqdan belə edir. Mənim əsəblərimə bənzəyir bu gün bu dəniz. Mən də onları cilovlaya bilmirəm, necə ki, dəniz öz dalğalarına cavabdeh deyil. Bəlkə o da mənim kimi sənə hirslənib, sənə qəzəblənib, bəlkə o da mənim kimi qarşıda səni təbəssümlə gözləyən bəladan qurtarmaq istəyir. O bəladan ki, sən özün də xəbərdarsan. Lakin buna əhəmiyyət vermək istəmirsən. Sən risk etmək istəyirsən. Çünki inanırsan ki, hər şey yaxşı olacaq. Ancaq belə deyil. Bunu dəniz də bilir. Sən də bilirsən.
Davamı →

Nədən və necə yazmalı?

Deyilənlərə və yazılanlara inansaq, belə bir əhvalat olubdur. Bir gənc qız gəlir Dostoyevskinin yanına. Əsər yazmaq firkirində olduğunu bildirir. Məsləhət istəyir. Dostoyevski deyir ki, gəl, sənə bir məsləhət verim. Get, öz həyatını yaz. Heç nə uydurma. Sən öz həyatından maraqlı heç nə uydura bilməzsən… İlk baxışdan sadə görünən bu sözdə böyük bir həqiqət, böyük bir hikmət var. 

Oxuduqlarım, gördüklərim, eşitdiklərim — bütövlükdə həyat təcrübəm sayəsində deyə bilərəm ki, bu, çox faydalı bir məsləhətdir. Bizim ədəbiyyatımızın ən böyük problemlərindən biri odur ki, yazarlarımız öz həyatlarını yazmaqdan utanırlar. Ola bilsin, buna cəsarətləri çatmır. Mentalitetdən, arvad-uşaqdan, qohumlardan utanırlar və ola bilsin, həm də qorxurlar. Sovet dövründə formalaşmış yazıçı obrazından xilas ola bilmirlər. Həm geyimləri, həm də davranışları ilə sovet ənənəsini davam etdirməkdədirlər.
Davamı →

Ənənənin gücü | Seymur Baycan

Tomas Mannın “Buddenbroklar” əsərini oxuyuram. İkinci dəfə. Kitabı bukinistdə gördüm, aldım, oxumağa başladım. Sözün açığı birinci oxunuşda heç nə başa düşməmişəm. Ola bilsin bir oxucu kimi kal vaxtıma təsadüf edib. Eləcə yalnız süjetlə, hadisələrlə tanış olmuşam. Bu dəfə əsəri oxuduqca bir sual elə hey beynimdə fırlanır. “Buddenbroklar”ın hər abzasında yüksək intellekt, intizam, alman pedantlığı, ciddi təhsil, ciddi tərbiyə hiss olunur.

Tomas Mann bu əsəri 26 yaşında yazıb. Əsəri oxuduqca elə hey bu suala cavab tapmaq istəyirəm. 26 yaşında insan həyatı, hissləri, qadınları, kişiləri, ümumilikdə insanları necə bu qədər dərindən tanıya bilər? Dəhşətə gəlirəm. Elə yerlər var ki, təkrar-təkrar oxuyuram və yenə də bu suala cavab tapmaq istəyirəm. İnsan 26 yaşında bütün bunları hardan bilə bilər? 26 yaşında bu qədər bilən insan necə yaşayıb?

Bütün bu informasiyaları daşımaq üçün insan nə qədər güclü olmalıdı. Əsəri oxuduqca düşünürəm: 26 yaşlı Tomas Mann həyat haqqında bildiklərinin (ömrümün sonuna qədər nə qədər oxusam da, nə qədər çalışsam da, nə qədər gəzsəm də) on faizini bilmək mənə müyəssər olmayacaq. 26 yaşımı yada salmaq istəmirəm. Utanıram.
Davamı →

Fuad Poladovla Qiyas İbrahimovun etirazına sözardı - Vahid Qazi

Razılaşmamaq da bir haqqdır! Məni razılaşmağa vadar etməyə sənin ixtiyarın yoxdur! Ailədə böyüklüyün, icmada ağsaqqal-avtoritetin, sosial statusun, ictimai çəkin, dövləti vəzifən məni zorən sənlə razılaşdıra bilməz. Uzaqbaşı kompromisə gedərəm. Güc gələrsən, etiraz edərəm!
 
Başqa toplumlarla işim yoxdu. Yaşadığım İsveçdə neçə ilin müşahidələrindən bu qənaətə gəldim ki, isveçli yuxarıda təxmini cızdığım bu həyat düsturuyla böyüyür, yaşayır. Mənsub olduğu cəmiyyət, dövlət bunu uşaqlıqdan ona aşılayır.
 
İnkişaf etmiş toplumların gəlişmə səbəblərini arasanız, şübhəniz olmasın, etirazı kültürəl dəyərlərdən biri kimi görəcəksiniz.
 
“Ozon adamlar” yazısında belə yazmışdım bir vaxt: “Etiraz azadlığın birinci şərtidir! Etiraz eləmədən azad olmaq, azad olmadan da ləyaqətli ömür yaşamaq mümkün deyil!”
 
Bizim nəsil azadlıq mücadiləsindən qorxmadı! Tank qarşısına da çıxdı, güllə qabağına da. Yaralandı, əlil oldu, öldü də.
 
Amma bizim nəsil azad cəmiyyət qura bilmədi! Üstəlik müstəqilliyin şirin tamından çatdırıb doyunca dadmadı. İndi angedonik (zövq ala bilməmə) ömür sürür.
 
Niyə?
Davamı →

Tənqid və tərif haqqında

Elnur Astanbəyli demişkən, adını unutduğum bir müəllifin əla bir sözü var. Söz belədir: “Səni hər tənqid edən düşmənin, səni hər tərifləyən dostun deyildir.” Yəni, bir nəfər səni tənqid edirsə, bu, o demək deyil ki, həmin adam sənin düşmənindir. Bir nəfər də səni tərifləyirsə, bu, o demək deyil ki, o adam sənin dostundur. Bu zaman bizim qarşımızda bir neçə sual dayanır. Həqiqi tənqidi qərəzdən necə ayırmaq lazımdır? 

Tərifin ürəkdən, yoxsa mədədən gəldiyini necə müəyyən etmək, hansı vasitələrlə ayırmaq olar. Hər şeydən əvvəl onu deyək ki, insan özünü tənqidə bağlamaqla sonunu sürətlə yaxınlaşdırır. Tənqidə bağlı insan mütləq deqredasiyaya uğrayır. Karikaturaya çevrilir. Öz mənbəyini mədədən götürən, mədədən qidalanan təriflər də insan üçün çox zərərlidir. Mədədən gələn tərif qədər insanın evini asanlıqla yıxan çox az şey tapmaq olar. Bəs, nə etməli? Qərəzi tənqiddən necə seçməli? Tərifin ürəkdən, yoxsa mədədən qaynaqlandığını necə müəyyən etməli? Mədədən qidalanan tərifdən necə qorunmalı? 

Bəli, həyatın hər sahəsində olduğu kimi, bu məsələdə də, insana yalnız müdriklik kömək edə bilər. Biz burada Milan Kunderanın o möhtəşəm sözünü bir daha təkrar etməkdən ancaq zövq ala bilərik. Bu, işimizi həm də xeyli asanlaşdırar:“Sözün kim tərəfindən deyilməsi çox vacib şərtdir. Kantın dilində hətta “Sabahınız xeyir!” sözləri də fəlsəfi səslənirdi.” Deməli, tənqidin, tərifin kimin dilindən səslənməsi çox vacib şərtdir. Biz bu yolla tərifin ürəkdən, yoxsa mədədən qidalandığını müəyyən edə bilərik. Biz bu yolla qərəzi tənqiddən ayıra bilərik. 
Davamı →

Qəzetsiz Azərbaycan

Bir-iki həftə əvvəlin söhbətidir.
Səhər ertəydi, necə deyərlər, qancıq it hələ tayadan düşməmişdi.
Yaşadığım Bakıətrafı qəsəbədən paytaxta gəldiyim manatlıq taksidən düşüncə ilk işim əlimi cibimə atıb siqaret qutusunu çıxarmaq oldu. Elə o anda qutunu axşamdan boşaltdığımı xatırladım. Gözüm ətrafda siqaret ala biləcəyim ünvanı aradı. Bir neçə addım aralıda qəzet köşkü gördüm.
Bəli, qəzet köşkü…

Davamı →

Dilimizin gerçək dəyəri

Çölçü olaraq bugünlərdə sosial şəbəkələrdə, dilimiz, dilimizin yenilənməsi, alınma sözlərdən təmizlənməsi yönündə apardığımız işlərlə bağlı çoxlu dartışmalar və qınaqlarla qarşılaşırıq. Buna görə, önəmli saydığımız bir neçə qatı daha aydın şəkildə ortaya qoymaq istədik.
Çölçülər və dilimiz
Çölçülər dilimizi çağlaşdıraraq əski yanaşmalara qarşı çıxıb, müxtəlif dillərdən alınan sözlərdən qurtularaq dilimizi duruldub, onu daha özləşdirib, daha milliləşdirib, daha özünəməxsuslaşdırıb, ticari güc qatmağa başlayıb. Bu çalışma dilimizi daha zəngin, daha duru və daha uca etməyə yönəlib.

Davamı →

Anaxaqanlığı dövrünün mirası

Müasir dövrdə nənələr gənclikdən gileylənən, tez-tez öz dövründən nümunələr gətirib öyüd-nəsihət verən ağbirçəklərdir. Hər kəs onlara bir cür münasibət bəsləyir. Lakin keçmiş mahnılara, daha dəqiq desək, qədim xalq mahnılarımıza diqqət yetirəndə, nənələrin insanlar arasındakı münasibətlərdə necə ciddi rol oynadığını görürük.
Bu mahnılarda sevgilisi ilə görüşmək istəyənlərin ən böyük əngəli nənədir. Bu qəddar nənə zavallı aşiqlərə necə zülm edibsə, onların dərdi mahnılara çevrilib, dillərdə dolaşıb, bu günümüzədək gəlib çıxıb.

Davamı →

Hüseyn Minasazov

XIX əsrin sonu – XX əsrin əvvəlində Qori Müəllimlər Seminariyasının məzunu olmuş soydaşlarımız Azərbaycanda elmin, təhsilin, mədəniyyət və ədəbiyyatın inkişafında xüsusi rol oynayıblar. Seminariyanın məşhur məzunlarından biri də görkəmli maarif xadimi, publisist, naşir və tərcüməçi Hüseyn Minasazovdur.

Hüseyn Baxşəli oğlu Minasazov 1881-ci ildə Borçalı mahalının Sarvan kəndində dünyaya göz açır. İbtidai məktəbi bitirir və 1889-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olur. 1894-cü ildə təhsilini başa vuraraq Cavad qəzasının (indiki Salyan rayonu) Xıllı kəndində və Bakıda ikisinifli Sabunçu məktəbində rus dili müəllimi işləyir.

Araşdırmalarda qeyd olunur ki, Hüseyn Minasazov bir müddət sonra doğma kəndi Sarvana qayıdır, pedaqoji fəaliyyətlə məşğul olur. Eynizamanda elmi-publisistik yazılarla mətbuatda çıxış edir. 1902-ci ildə “Kaspi” qəzetində korrektorişinə düzəlir.
Davamı →