Qədim Şumerlər

Mesopotamiyanın təbiəti və əhalisi.Qədimdə Dəclə və Fərat çayları arasındakı düzənlik Mesopotamiya adlanırdı. Mesopotamiya yunan dilində «İkiçayarası» deməkdir. Bu ərazi münbit və məhsuldar torpaqlara malik idi. Türkdilli xalq olan şumerlər e.ə. VII—VI minilliklərdə Mərkəzi Asiya və Altay dağlarının ətəklərindən gələrək burada məskən salmışdılar.
Şəhər-dövlətlər.Mesopotamiyanın cənub hissəsi Şumer ölkəsi adlanırdı. Burada e.ə. III minilliyin əvvəllərindən başlayaraq Ur, Uruk, Kiş, Eredu, Laqaş, Umma, Nippur və digər Şumer şəhər-dövlətləri meydana gəlmişdi.
Erkən Şumer şəhər-dövlətləri «en» adlanan kahin tərəfindən idarə olunurdu. O, şəhər-dövlətlərə və məbəd işlərinə, ölkənin təsərrüfat həyatına, suvarma kanallarının çəkilməsinə, hərbi işlərə rəhbərlik edirdi. Tədricən Şumer şəhər-dövlətlərində hökmdar meydana gəldi. O, «ensi», yaxud «luqal» adlanırdı.
Mədəniyyət.Mesopotamiyada da ən qədim yazı şəkli yazı idi. Şumerlər e.ə. III minilliyin əvvəllərində mixi (mıx formalı olduğu üçün) işarələrdən ibarət yazı növünü yaratdılar. Sonralar şimalda yaşayan akkadlar, babillər və aşşurlar da mixi yazını mənimsədilər. Şumerlər sənətin müxtəlif sahələri ilə məşğul olurdular. Onların arasında dulusçuluq sənəti və memarlıq yaxşı inkişaf etmişdi. Mesopotamiya memarlığına xas olan zikkurat 3, 5, 7 mərtəbədən ibarət pilləli məbədlər idi. Zikkuratın yuxarı pilləsində kiçik ibadətgah yerləşirdi. Zikkuratdan səma cisimlərini müşahidə etmək üçün rəsədxana kimi də istifadə olunurdu. Memarlar əzəmətli, gözəl məbəd və saraylar tikməyi bacarırdılar. İnşaatda çiy kərpicdən istifadə olunurdu.
qedim Mesopotamiya
Məbədlər təpələr üzərində tikilirdi. Məbəd divarları müxtəlif təsviri ərlə bəzədilirdi. Daş və mərmərdən heykəlciklər yonulurdu. Heykəltəraşlar alçaqboylu, ağırçəkili fiqurlar yaradırdılar. Mesopotamiyada zərgərlik, silahqayırma və başqa sənət sahələri inkişaf etmişdi. Sənətkarlar daşdan və gildən güldanlar, müxtəlif daşlardan möhürlər hazırlayırdılar. Bu möhürlərin üzərində insan, heyvan şəkilləri təsvir edilirdi. Şumerdə dama oyununun ilkin nümunəsi olan oyun lövhəsi də yaradılmışdı.
Şumerlər maraqlı məzmuna malik olan əfsanələr, rəvayətlər yaratmışlar. Bu rəvayətlərdə dünyanın və insanın yaranmasından, eləcə də tanrılardan bəhs olunur.

Mənbə: ÜMUMİ TARİX (Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün dərslik)
Müəlliflər:
Vəli Hüseyn oğlu Əliyev
İlyas Atababa oğlu Babayev
Aidə Əkbər qızı Məmmədova
loading...

0 şərh