Qədim Çin

Çinlilər öz ölkəsinə Çtun Qo, Çonun Xuan və s. deyirdilər. Çin adı hakimiyyətdə olmuş Sin sülaləsinin adı ilə bağlı idi. Çinlilərin həyatında Xuanxe və Yansızı çayları mühüm rol oynamısdır. Xuanxe çayı vaxtaşırı daşır və ətrafa böyük zərər vururdu. Məhz buna görə də Çiinlilər Xuanxe çayını "Gəzən çay", "Çinin bəlası" və "Min fəlakət çayı" adlandırırdılar.
Çinlilər əkinçilik, maldarlıq, sənətkarlıq və ipəkçiliklə məşğul olurdular. e. ə. VI - V əsrlərdə Çində dəmir emal edilmisdir.

İlk dövlətlər
Çində ilk dövlat e. ə. II minillikdə Xuanxe vadisində Şan qəbiləsi tərafindan qurulmusdur. e.ə. I minillikdə Çinda bir necə müstəqil quldar dövləti yarandı və onların arasında uzun sürən müharibələr başladı. Ara müharibələrin ən qızğın dövrü e. ə. IV-III əsrləri əhatə edir. Bu dövr Çin tarixində "Vuruşап padşahlıqlar dövrü" adlanır. Nəhayət, ara müharibələrdə Sin padsahlığı qalib gəldi. e. ə. 221-ci ildə Sin padsahı imperator titulu qəbul edərək, özünü Sin şixuandi (Çinin birinci imperatoru) adlandırdı.

Sin padsahlığı dövründə:
►     Çin vahid səkildə birləsdirildi
►     Böyük Çin  Səddinin inşası başlandı (e.ə. 214-cü ildə)
►     inzibati islahat apanldı və ölkə 36 vi-layətə bölündü.
►     Hunlarla mübarizə başlandı.
►     Sərt idarə üsulu yaradıldı

Xan dövləti
e.ə. 206-cı ildə xalq üsyanı nəticəsində Sin imperiyası süqut etdi. e.ə. II əsrdə Xan imperiyası yarandı. Xan imperiyasının hakimiyyəti illərinda:
►     Hunların hücumu dəf edildi
►     Ölkəyə gətirilən qulların sayı artdı
►     Işğalçi müharibələr genişləndi
►     Mərkəzi hakimiyyət qüvvətləndi
►     Kəndlilərin istismarı gücləndi
Çində qullarla yanaşı, kəndlilər də istismar olunurdular. Kəndlilər dövlətə vergi verir və icarə haqqı ödəyirdilər. Lakin kəndli icarə haqqını vax-tında ödayə bilmədikdə ailə uzvləri ilə birlikdə qula cevrilirdi. Kəndlilər onları istismar edən quldarları "vicdansiz" və "başqasının çörəyini məhv edən siçovul" adlandınrdılar.
Çində ağır istismara qarşı kəndlilər və qullar üsyan qaldırırdı. Eramızın I əsrində Çində "Qırmızıqaşlılar" üsyanı baş verdi. Eramızın 184-cü ilində Çində "Sarısarıqlılar" üsyam baş verdi. Üsyana Çjan qardaşları rəhbərlik edirdi. Onlar üsyanı gizli hazırlasalar da, hökumət bundan xəbər tutdu. Məhz buna görə də üsyan vaxtından əvvəl başladı. Öz qüvvələrini birləşdirə bilməyən Çjan qardaşları məğlub oldular. Sarısarıqlılar üsyanı nəticəsində:
►     Çində dövlət zəiflədi
►     Xan sülalasinin hakimiyyəti devrildi
►     Xan dövləti bir necə xırda dövlətlərə parcalandı
►     Çində quldarlıq quruluşu dağıldı

Qədim Çin mədəniyyətinə aiddir:
►     Heroqlif yazılar
►     Kağız istehsalı
►     Təqvim .
►     Kompasın kəşfi
►     Heykəltaraşlıq
►     Əfsanələr ("Böyük Yuy" əfsanəsi)
►     "Dağlar və dənizlər haqqında kitab "
►     Sima Tsyanın "Tarixi qeydlar" əsəri (e.ə. II əsrin sonu - e. ə. I əsrin əvvəlləri)
►     Konfutsi təlimi ("Bilici" adını almaq üçün Konfutsi təlimindən imtahan vermək lazım idi)
►     Böyük ipək yolunun salınması (e.ə. II əsr)
►     Bambukdan yazı materialı kimi istifadə
►     Zərif parcaların toxunması
Həmçinin bax:
Çin III - XI əsrlərdə
Qədim Çinin mədəniyyəti

0 şərh