Misir tarixi və mədəniyyəti

1.Misirdə sinfi cəmiyyətin yaranması
2.Erkən padşahlıq
3.Qədim padşaqlıq

Eneolit dövründə yer kürəsinin iki vilayətlərində Nil vadisi və Mesopotamiyada tarixdə ilk dəfə olaraq sinfli cəmiyyət və dövlət yaranmışdı. Qədimdə yalnız Nil çayının vadisi Misir sayılırdı. Bütün Nil vadisi mahiyyətcə vahədir. Nil çayının, onun vadisinin münbit səviyyəsinə çatılması üçün insan əməyi tələb olunurdu. Çaxmaq daşından istehsal olunmuş kənd təsərrüfat alətləri ən mükəmməliklə seçilirdi. Kənd icması üzvləri tərəfindən əzəmətli suvarma sistemləri yaradılırdı. Mərkəzləşmiş dövlətlərin yaranmasından əvvəl Misir bir neçə vilayətə bölünmüşdü.
Erkən padşahlıq dövründə dövlət idarəçiliyi şah tərəfindən idarə olunurdu. Şah dövlət idarəçiliyində tam hakimiyyətə malik idi. Misirdə yazı mədəniyyəti erkən padşahlıq dövründə yaradılmışdı. Yunan müəllifləri Misir yazılarını iyeroqlif (yunan sözlərindən ibarətdir – müqəddəs və oyma) adlandırmışlar. İyeroqliflər canlı və əşyalar şəkil vasitəsindən ibarətdi.
Dövlət başçısının ilahiləşdirilməsi erkən padşahlıq dövrü də sinfi quruluşunun möhkəmliyinə yönəlmişdi. Bütün sitayiş edilən allahlar şahın qohum və himayəçiləri sayılırdı. Ən qədim Misir mədəniyyətinin nümunələri xırda və az sayda iri heykəllərdən ibarət idi. Erkən padşahlığın başlanması III sulalə dövrünə aiddir. Bu dövrdə nəhəng tikintilərin sürətli yüksəlişi başlanmışdı. Tikilən ehramlar fironun qüdrətini təcəssüm edirdi.
Fironun tam hakimliyinin maddi əsaslarını böyük ölçüdə torpaq, ərzaq və əmlak resursları təşkil edirdi. Dövlətdə bütün sahələrdə suvarmadan başlayaraq, məhkəmə və cəza, təkinat və mükafatlandırmaq, vergilərin təyin, yaxud ondan azad olmaq, hərbi yürüş, xaricə səfərlər, gəmiçilik tədbirləri, dövlət quruculuğu, dağ mədənlərinin işlədilməsi – bütün bunlar şah hakimiyyətinin əmrləri ilə icra olunurdu.

Şahdan sonra dövlətin yüksək mənsəb sahibi baş əyan olmuşdu (vəzir). Dövlətdə tanınmış şəxslər sırasından baş vəzir, hakim və sərkərdə və digər vəzifə sahibləri olmuşlar. Bir çox hallarda varislik əsasında, yaradılmış quldarlıq dövlətinin nəhəng qüvvətinə baxmayaraq qədim padşahlığın sonunda Homlar arasında başlanmış rəqabət 200 il davam etdi və daxili siyasi pərakəndəliyə səbəb oldu. Qədim padşahlıq dövrün sonralarında yerli əyanların (nomların) qüvvətlənməsi, onların mərkəzi hakimiyyətə qarşı çıxışları nəticəsində fironlar nomlara özünü idarəetmə və bir sıra vergilərdən azad etmək məcburiyyətində idilər. Misir dövlətinin ilk parçalanması e.ə.1250-1050-ci ildə (təqribən) baş vermişdi. Dövlətin nomlara bölünməsi və xırda dövlətlərin yaranması nəticəsində suvarma sistemlərinin tənəzzülü və bunun nəticəsi olaraq öz mənfi təsirini bütün kənd təsərrüfatına göstərmişdi. Xüsusi torpaq mülkiyyətinin sayca artmasının nəticəsi olaraq icmanın dağılmasına səbəb olmuşdu. Xırda və orta təbəqənin genişlənməsi sənətkarlıq məmulatlarına tələbatı artmışdı. Sənətkarlığın inkişafı və ticarətin genişlənməsi şəhərlərin artımı ilə bağlı idi və bu, öz növbəsində, dövlətin birləşməsini tələb edirdi. Dövlətin birləşməsi daxili müharibə ilə səciyyələnirdi. Təxminən 1050-ci ildə dövlət yenidən birləşmiş və Fiv şəhəri Misirin paytaxtı olmuşdu

Yeni padşahlıq dövründə (təxminən 1580-1070-ci illər e.ə.) tuncdan geniş istifadə olunmuş və ilk dəmir məmulatları əmələ gəlmişdi, metall emal edilmə texnikası təkmilləşmiş, bununla bərabər toxuculuq dəzgahı və kotan, təkərli arabadan istifadə, ümumi dövlətdə əməyin səmərəsi artırmışdı. Məbədlərin güclənməsi, fironlar tərəfindən onlara verilən böyük ölçüdə torpaq ayrılması nəticəsində kahimlərlə şah hakimiyyəti qarşıdurmasına səbəb olmuşdu. Kahimlərin və nomların əsilzadələrin zəiflətmək məqsədi üçün IV Exnaton xırda və orta sahiblərin dəstəyi ilə din islahatlarını aparmış, köhnə allahların ayinlərini ləğv edərək yeni vahid günəş (Aton) allahının ayinin qəbul etdirmişdi. Exnatonun vəfatından sonra, Tutanxamon hakimiyyəti dövrünrdə kahinlər və əyinlar köhnə dinin bərpasına nail olmuşlar.
Yunan-Roma dövrü (e.ə.332-b.e.ə.395 illər). Misir e.ə.322 ildə Misir ellinistik dünyasına daxil olmuşdu. Makedoniyalı İsgəndər tərəfindən əsası qoyulmuş İskəndəriyyə şəhəri Aralıq dənizinin sahilində ellinistik dövrünün Ən iri ticarət və mədəniyyət mərkəzinə çevrilmişdi. Misirdə yeni sənətkarlıq və ticarət mərkəzləri yaranmışdır. Misir ticarət əlaqələri Ərəbistanla və Hindistanla genişlənmişdi və bunun əsasında Qərb və Şərq mədəniyyətlərinin təbii qovuşmasına imkanlar yaranmışdı. E.ə.Misir roma işğalına məruz qalmış və e.ə.30 ildə Roma imperiyasının vilayətinə çevrilmişdi. Bizim eranın 395- ildə Roma imperiyası Qərb və Şərqə bölünmüş və Misir Şərqi Roma imperiyasının (Bizans) əyalətinə çevrilmişdi.

Qədim Misir mədəniyyəti

Maarifçilik. Qədim padşahlıq dövründə firoun sarayında məktəblər sonralar məktəblər məbədlərdə, yeni padşahlıq dövründə isə iri dövlət idarə müəssisələrindəyaradılmışdı. Məktəblərdə 5 yaşdan 16 yaşa kimi oğlan uşaqları oxuyurdular. Əsas fənlər oxu, yazı və hesab idi. Məktəblərdə ciddi intizam hökm sürürdü. Tədris fənnlərindən başqa şagirdlər ürmək, idmanın digər növləri üzrə təlim alırdılar. Məbədlərdə olan məktəblərdə, ümumi fənnlərlə birlikdə dini təhsil, astronomiya və tibb elmləri öyrədilirdi.
Mifologiya və din. Misir mifologiyaların sırasında əsas yer aşağıdakı inamlara ayrılırdı: Dünyanın yaranması, insanları günaha görə cəzalanması, günəş allahının (Ra) zülmət qüvvələri ilə mübarizəsi, Asirisin ölməsi və onun yenidən dirilməsi və s. Kainatın günəş allahı Ra tərəfindən yaranması inamı olmuşdu. Günəş allahı və dulusçu-allah Ptax tərəfindən yaranmışdır.
Misir mifləri Babilistan və Tövratdan fərqlənirdilər. Bütün miflərin əsasında allahların qadir və qüdrətli olması, onların istəyi ilə cəza, yaxud mərhəmət insanlara verilir.
Qədim misirlilərin dini baxışları ibtidai icma dövründə yaranmış və çox əsirli yol keçmişdi. Misir dinində xarakterik cəhət qədim baxışların saxlanması olmuşdu: fetişizm, bitkilərin canlandırması, heyvanlarla bağlı ayinlər və s. Sonrakı dövrlərdə, qədim baxışları saxlamaqla, allahları insan simasında (antropomorf). Əkinçilik və maldarlıq təsərrüfatına keçid dini baxışlara öz böyük təsirini göstərmişdir. Qədim Misirdə zəngin dini və ovsunçuluq ədəbiyyatı toplanmışdı. “Piramida tekstləri”, “Sarqofaq tekstləri”, “Ölülər kitabı” və s. dini məcmuələri yaranmışdı. Misirin ilahiyyət irsi antik dinlərində geniş yayılmış, xristian ehkam, ikonoqrafiya, mərasimlərinə böyük təsiri olmuşdu.
Misir dilində yazılmış qədim abidələr e.ə.III min aiddir. Misir ədəbiyyatı bizim günə çatmış, mətni baxımdan rəngarəngdir. Misir ədəbiyyatı dünyanın ən qədimlərindədir. Onun əsas janrları: nağıl, hekayə, himn, dua, təmsil, enos və s. Qədim və müasir xalqların ədəbiyyatlarında süjetlərə ilk dəfə əksəri Misir ədəbiyyatında rast gəlinir. Misir ədəbiyyatı qədim xalqların ədəbiyyatlarına təsir göstərmiş, əsasən yunan – Roma dövrü. Misir süjetləri yunanların vasitəsi ilə avropa xalqların ədəbiyyatına daxil olmuşdu.
Abu Simbel-ancient Egypt culture
Misir incəsənəti ideyalarını ciddi qaydalara tabe olmuşdu. Misirdə klassik memarlıq formaları və növləri yaradılmışdı:
Ehram, obelisk, sütunlar
. Qədim Misir mədəniyyətinin abidələri Nil çayının vadisində e.ə.5-4 min aiddir. Qədim padşahlıq dövründə incəsənətin əsas prinsipləri yaranmış, sonralar onun əsasında minilliklərlə inkişafın əsasını təşkil etmişdi. İncəsənət sistemində əsas rol memarlıq olmuş və dəfn ibadət ilə bağlı, olmuşdu. Piramidaların tamamlanmış növü Qize kompleksində özünü biruzə edir (Xeons piramidası, Memar Xemiun). Orta padşahlıq dövründə möhtəşəm ehkam tikililər sadələşməyə başlanır. Bu dövrdə suvarma sistemlərinin tikilməsi daha genişlənmişdi. (Kanal, bənd, su ambarları və s.) şəhərlərin sayca artması müşahidə olunur. E.ə.XIV əsr ikinci yarısında məbədlərin tikintisi genişlənir.
Misirdə dekorativ-tətbiqi sənət yüksək səviyyəyə çatmışdı. (fil sümüyündən hazırlanmış əşyalar, qızıl bilərziklər, üzük, boyunbağı və s.). Qədim Misir incəsənətinin yüksəlişi e.ə.VII əsrə aiddir. Bu dövrün incəsənətində qədim ənənələrə əsaslanaraq nümunələr yaradılır. Makedoniyalı İskəndərin Misiri işğal edəndən sonra (b.e.ə.IV əsr) qədim Misir mədəniyyəti ellinistik mədəniyyətinə daxil olmuş, sonralar isə Qədim Roma mədəniyyətinə. Misirin Bizans hakimiyyətinə keçəndən sonra, dövlətdə yerli özünəməxsus xristian mədəniyyəti yaranmağa başlanmışdı. VII əsr dövləti ərəblər tərəfindən işğalı, Misir ərəb mədəniyyətinin təsirinə düşmüşdü. Misir musiqi mədəniyyəti Ən qədimlərdən biridir. Musiqinin ilk maddi abidələri b.e.ə.III minilliyə aiddir, bunlar müxtəlif musiqi alətləridir. Tədricən musiqi alətləri mürəkkəbləşərək, dini, saray və xalq formalarına ayrılmağa başlanmışdı.
Misir musiqisinə qonşu xaqların təsiri olmuşdu., əsasən Suriya musiqisinin Ellenistik və roma dövrlərində Misir musiqisi öz xüsusiyyətini saxlamışdı. Bütün mədəniyyət sahələrində olduğu kimi, Misir musiqisinin irsi ümumdünya xalqların sivilizasiyasına əvəz olunmaz tövhəsi olmuşdu.

0 şərh