Qadınları əsəbləşdirən 21 söz

1. “Kökəlmisən”
2. “Bütün günü evdəsən nə iş görmüsən ki, belə yorulmusan?!”
3.”Otur evdə işivi gör!”
4. “5-6 manat pul qazanırsan onu da təpəmizə vurma”
5. “Bu evdə yalnız mənim dediyim olmalıdır! Vəssəlam!”
6. “Bayram tətilində gedib ancaq bizimkilərə baş çəkəcəyik”
7. “Mən kişiyəm, sən mənim istədiyimi eləmək məcburiyyətindəsən”
8. “Sən kişi işinə qarışma!”
9. “Sən qadınsan, otur oturduğun yerdə”
10. “Bunları kim soxub sənin beynivə?”
11. “Qadınlardan idarəçi çıxmaz”
12. “Qadınlardan sürücü olmaz”
13. “Qadınlar futbol nədir başa düşməzlər”
14. “İşləmək sənin nəyivə lazımdır?”
15. “Bütün qadınlar eynidir.”
16. “Heç kim anam kimi gözəl yemək bişirə bilmir”
17.”Sən nə başa düşürsən ki?!”
18. “Anam gəlir. Xəbərin olsun”
19. “Baxarıq”
20. “Sən bacarmazsan ver mən eləyim”
21. “Mən demişdim axı” 

31 şərh

lawer2012
deli oluram daaaaa
MaksiMuS
3,5,8,9,16 en cox iwletdiyim ifadeler ola biler veya onlardi-)
_BUMERANQ_
Təkcə 16 ilə razılaşmaq olar :)
soni_memmedzade
yalnız eşitdiyim..21. “Mən demişdim axı” qalan heç birini eşitməmişəm.
_BUMERANQ_
Elə o «21»- hamısına dəyər! :)
Blue
Doğru fikirdir. Axı bəzi kişilər qadınların evdə nə qədər işlədiyini bilmirlər. Əgər bir gün evdə oturub qadın işləri görsələr həyatlarından bezərlər.
Medikamentoz
Bunları Milli Vulqarizm Ensiklopediyasına daxil etmək lazımdır.
asel
ən çox hirsləndiyim 14-işləmək sənin nəyinə lazım? əcəb sözdü e…
pascal
Bumeranq, biri də var… Sən get, küftə bozbaşını bişir. 
Ramil
Qadına belə sözləri demək kişilərə yaraşmaz. Təəssüf ki, deyilir. Müqəddəs Kitabda yazılıb: Qadin kişiyə tabedir, amma mənə tabe olan kimi! 
asel
indi guya siz bu sözlərin heç birini xanımınıza qarşı işlətməmisiz?
JAVIER_ZANETTI
Asel xanim mən dimirəm heç birini yalniz 21-den başqa. 21-də səhər açilandan 1dəfə 2dəfə 3dəfə keçirəm ama gün ərzində 10dəfəyə 15dəfəyə artiq səbrim tab gətirmir)))ama o elə etməsə işdən qalmağimin (şirin) mənasi da olmaz axi ))) 
JAVIER_ZANETTI
Çox sagol qardaşim.
JAVIER_ZANETTI
20:46 -da yazdigim werhi men Ramil qardawin15yanvar 14:48-de yazdigi werhe cvb olaraq altinda yerlewdirdim. bura nece geldi???????? ((( hmmm
 
yaya
men evli deyilem ama evli olsam 16-ci varee onu mene dese diyerem onda get anan bisirsin bunnan sonra sene yemekleri mama usagi))))))))))))))))
seyidova
şekil mövzudan daha çox xoşuma geldi :))
Ferbara
Mənə də şəkil ləzzət elədi. :))
JAVIER_ZANETTI

Qadına etməməli olduqlarını demək, ona nələr edə biləcəyini göstərməkdir.

 

Gülnar
Ağıllı kişi bu ifadələri işlətmədən də, bu ifadələri işlədərək nail olmaq istədiyi nəticəni əldə edə bilər. Çünki bunlar kobud sözlərdi və qıcıqlandırır qadını. 
Ferbara
Bir dəfə internetdə bir nəfərlə mübahisə eləyəndə mənə «Get bozbaşını bişir» dedi. Mən də hirsimdən «sənin ətindən bişirəcəm» dedim. :)
asel
yaxşı  deyibsen:))))))
Gülnar
«Get bozbaşını bişir» cümləsi çox mənasız, əsassız cümlədi amma nədənsə bəzi kişilər o sözü işlədib özlərini Apollon zad hiss elirlər. İnkar olunmazdır ki, həmin cümlə cinsi ayrı-seçkilik yaradır. Guya ki, qadın ancaq yemək bişirməyə yarayır, onun kişi səviyyəsinə çatması qeyri-mümkündür və o ümumiyyətlə biş-düş işinə baxmalı, kişi işinə qarışmamalıdır və s.
Mənim fikrimcə, topikdəki cümlələr işlətməklə özünün qadından üstün olduğunu sübut etməyə çalışan kişi artıq zəif kişidir. Çünki o güclü olduğunu qadına hərəkətləri ilə sübut edə bilmir və belə sözlər deməyə ehtiyac duyur.
Kişilərə elə gəlir ki, qadınlar bu sözləri qəbul etmirlər ona görə ki, onların feminist damarı tutur, onlar kişidən aşağı olmağı qəbul etmirlər. Amma bu böyük bir yanılmadır. Bütün qadınlar (ən azından mən və tanıdığım bütün qadınlar) kişidən bir qədər zəif olmağı, kişinin həmişə onlar üzərində ifadəli tərzdə desək qalib gəlməsini (qadını alçaltmaq isə qalib gəlmək deyil) istəyirlər. Bu istək təbii olaraq baş verir. Bunu başa düşmək bu qədər çətindi ki, heç bir normal qadın kişisinin ondan zəif olmasını istəməz.  Gərək biz elan edək ki, biz sizə uduzmaq istəyirik ay millət, sadəcə özümüzü onda qoymuruq. İstəyirik ki, bizi ağlınızla məğlub edəsiniz kobud sözlərlə yox. Kobud şəkildə «sən kişi işinə qarışma», nəbilim «qadından filan şey çıxmaz» sözləri ilə siz əksinə zəiflik göstərirsiniz. Simpatiya qazanmaq üçün «qadından idarəçi çıxmaz» deməməlisiz, qalxıb həmin məsələni elə idarə edib yoluna qoymalısınız ki, qadına sadəcə sizə qibtə etmək və daha çox sevmək qalmalıdır.:)
Ferbara
Əla başa saldın. :) Mən də aşağıdakı şərhimdə «kömək eliyir» sözünü bu məqsədlə demişdim. :)
Ferbara
«Sən bacarmazsan, ver mən eliyim» sözü pis deyil ki. Kömək eliyir. :)
beautiful
6. “Bayram tətilində gedib ancaq bizimkilərə baş çəkəcəyik”
Bu sözü eşidən hansı qadın əsəbləşməzki?! 
kurdamir
Məncə 21000 sözdür-21 yox