Qadınlarda tüklənmə

tuklənməƏgər sizin üzünüzdə arzuolunmaz tüklər yoxdursa, bu o demək deyil ki, heç vaxt da olmayacaq. Üzdə tüklənmənin səbəbləri müxtəlif ola bilər. Hər şeydən öncə bu yetkinlik və ya tam əksinə, monopauza dövründə baş verən hormonal dəyişikliklərdir. Hər iki halda qadınlarda həddən artıq kişi harmonu olan androgen ifrazatı olur.
Bundan başqa, bəzən tüklənmə konkret xəstəliklərin nəticəsində də yarana bilər, məsələn, girsutizm, hormonal balansın pozulması və yumurtalıqların polukistozu, bəzən də bəzi dərmanların əks təsiri.
Və nəhayət, irsiyyət də çox mühüm rol oynayır. Qadınlarda bığ hissəsində tüklər irsi olaraq keçə bilər.
Üzdəki tüklənməyə qarşı mübarizəni 2 cür aparmaq olar: birincisi, harmonları nizamlayan dərman preparatlarından istifadə etməklə, ikincisi müasir kosmetologiyanın ən son nailiyyətlərindən istifadə etməklə.
İstənilən halda, əgər siz anadangəlmə tüklü deyilsinizsə və birdən-birə bədəninizdə tüklənmə başlayırsa həkimə müraciət etməniz məsləhətdir.

 

0 şərh