Qızlar niyə pis oğlanları seçir?

Qadınların çoxu onları sevməyən, layiq olmayan, hətta pis kişilərə vurulur. Lakin mütəxəssislər, qeyd edir ki, bunun elmi cəhətdən açıqlaması var.

Qadınlar əsasən, “yaramaz uşaq, pis uşaq” deyə xitab edilən kişilərə aşiq olunur. Elə kişilərin çox zaman yaraşıqlı olduğu deyilir. Bundan başqa, çox cazibədar və diqqət çəkən olurlar. Qadınlar isə bu cür kişilərin cazibəsinə dayana bilməyib aşiq olur. Çox güman ki, bunun sonu yaxşı bitmir. 

Onlar çox məsuliyyətsiz və özündən razı olduğu üçün heç kim veclərinə olmur. Özlərindən başqa heç kimlə maraqlanmırlar. Bu məsələni elmi araşdırması isə belədir:

Bu kişilər cazibələrinin fərqində olduqları üçün özünü hamıdan yüksək tutur. Buna görə də eqoları olduca yüksəkdir. “Dünyada qızdan çox qız var” fəlsəfəsi ilə yaşadıqları üçün həyatlarına girib-çıxan qadınlar veclərinə deyil. 

Qadınların bu kişiləri seçməsinin bir neçə səbəbi var. Birinci səbəb qadınların kişilərin cazibəsi qarşısında dayana bilməməsidir. Görünüşlərinin olduqca yaraşıqlı olduğunu düşünən qadınlar, onların həm də yaxşı ata ola biləcəyini hesab edir. 

Digər bir səbəb isə özlərini onun ağatlı şahzadə olduğuna inandırmalarıdır. Xəyalları və həqiqətləri bir-birinə qarışdıran qadınlar, onun gözlədikləri və arzu etdikləri adam olduğunu düşündüyü üçün həmişə “pis oğlanlarla” görüşürlər.
 

2 şərh

gulwan
 hamıya aid deyil yəqin ki bu istisnalarda var biri mən) mənim yaraşıqlı oğlanlardan  xoşum gəlmir
seyidova
düzdü yaraşıqlı oğlanlar özlerinden razı olur ancaq men men men deyirler.