Kişini necə əldə etməli?

Bəyəndiyinizn kişinin sizə diqqət etmsini istəyirsinizsə, yazılanlara əməl edin. Məsləhətlər sayəsində istədiyinizi əldə etmək mümkün olacaq.  Bəyənidiyiniz kişinin diqqətini çəkmək üçün işə nədən başlamağı düşünməlisiniz. İlk addım çətin olsa da, onun nələrdən xoşlandığını öyrənin və hərəkətə keçin. 

Yaxın olun 
Yaxın olmaqda məqsəd kişini daha asan ələ keçirmək və təsir qüvvəsini artırmaqdır. Fəqət, ona bu məqsədlə yaxınlşadığınızı qətiyyən hiss etdirməməlisiniz. Ona elə yaxınlaşmalısınız ki, gözləri sizi görə bilsin. Tək oturubsa, yanında da əyləşə bilərsiniz. Xoşunuz gəldiyi kişinin necə bir insan olduğunu bilmək üçün ona yaxınlaşmaq mütləqdir. Əks halda ruhunuzun və enerjinizin bir-birinizə uyğun olub-olmadığnı təxmin edə bilməyəcəksiniz. Əgər gedişat zamanı pozitivlik hiss etmisinizsə, hər şey yaxşı olacaq. 

Daha çox gülümsəyin
Heç kim, hətta qadınlar da üzündə təbəssüm olmayan biri ilə danışmaq istəməz. Təbəssüm sizi ona daha da yaxınlaşdırmağa kömək edəcək. Gülümsəyən insan onlarla daha yaxşı vaxt keçirə və əylənə biləcəyi işarəsini verir. Lakin bu gülüşü qəhqəhə ilə səhv salmayın. Çünki ilk tanışlıqda dəlilər kimi gülmək səhv başa düşülə bilər. Simanıza yaraşan və təbii şəkildə gülümsəyin. 

Qəhqəhə atın 
Məktəbli qızlar kimi davamlı “hırıldamaq” hər zaman cazibədar olmaya bilər lakin söhbət zamanı gülməli bir hadisə danışılırsa, özünüzü saxlamayın. Burada təbii qəhqəhə yerinə düşər. Qəhqəhə atmaq yumordan anlama hissiyyatının bir göstəricisidir. Bu isə bir çox kişilərin xoşuna gəlir. Danışdıqlarına gülsəniz, onun özünü yaxşı hiss etməsini təmin edə bilər. Lakin yuxarıda deyildyi kimi hər şey qədərində olsa yaxşıdır.

Toxunun 
Tanışlıqdan və uzun söhbətdən sonra toxuna bilərsiniz. Lakin söhbət xoşagəlməz toxunuşlardan getmir. Bunun  üçün hələki, tezdir. Ona meylli dayanın və söhbət zamanı kürəyinə və qoluna astaca toxunun. Toxunmaq qarşıdakı insanla maraqlandığınız anlamına gəlir. 

Göz kontaktı 
Əgər bir insanın gözlərini içinə baxa bilmirsinizsə, onunla sağlam bir münasibət qura bilməzsiniz. Lakin bir məqam var ki, ilk tanışlıq zamanı qarşı tərəfin gözlərinin içinə baxmaq çətin olur. Gözləriniz otağın bir küncünə ya da hər hansı bir əşyaya zillənir. Lakin əlinizdən gəldiyi qədər untancınızı gizlədin və gözlərinə diqqətlə baxmağa çalışın. Bir az ehtiraslı, bir az odlu, bir az dalğın baxışlar hər  bir kişinin ağlını ala bilər. Bu baxışlar ifadələrdən daha kəsrli olub işinizə yaracaq.

0 şərh