Hamiləlik zamanı idmanın faydaları

Hamiləykən məşq etmək əhəmiyyətlidir. Hamiləlik müddətində edilən idman qadınla bərabər körpə üçün də çox faydalıdır. Məşğul olduğunuz idman növünə diqqət edin.

Yoga
Yogadaki bəzi mövqelər hamiləlikdə qətiyyən edilməməlidir. Bu səbəblə dərsləri yalnız hamilələrə xüsusi yoga dərsləri verən təcrübəli müəllimlərdən götürməlisiniz. Bu dərsləri hər yerdə çox asanca tapa bilərsiniz. 

Üzmək
Hamilə qadınlar üçün ən yaxşı idman növü üzməkdir. Bədəninizi dinc edər, sizi doğuşa hazırlayar və körpə üçün də çox yaxşıdır. 

Gəzmək
Hamiləykən edə biləcəyiniz ən yaxşı məşqlərdən biri də gəzməkdir. Hər gün nizamlı olaraq mümkün qədər gəzin. Təmiz hava və davamlı aktiv olmaq hamiləlik üçün çox xeyirlidir.
idman hər zaman faydalıdır
Pelvis məşqi
Hamilə qadınların mütləq etmələri lazım olan bir məşqdir. Pelvis əzələlərini sıxıb boşaldaraq edə bilərsiniz.

Qaçış
Hamiləlik boyunca edə biləcəyiniz bir başqa məşq qaçmaqdır. Ancaq bu tövsiyə yalnız təcrübəli qaçışçılar üçün təklif edilir. Bu məşq üçün mütləq həkiminizlə məsləhətləşməlisiniz.

Pilates
Hamiləlikdə edəcəyiniz pilates çox faydalıdır. Yüngül bir məşqdir və əzələlərinizlə kürəyinizi gücləndirmək üçün çox faydalıdır. Hamilələr üçün xüsusi pilates dərslərini seçmək təklif edilir. Bu doğuşda güclü olmağa kömək edəcək.

Tai Chi
Hamiləlikdə tai chi də edə bilərsiniz. Tai chi məşqləri sizi inanılmaz sakitləşdirəcək. Hərəkətlər yavaş olduğu üçün hamilələr üçün çox etibarlıdır. Həm də nəfəs texnikaları mövzusunda da sizi inkişaf etdirəcək.
hamiləlik zamanı idmanın faydaları 

0 şərh