Qadınlar nə istəyir?

1.Mənə heç olmasa 10dəqiqə sakit qulaq assınlar.
2.Əşyalar özləri öz yerinə yığılsın.
3.Qaynanamdan ayrı yaşamaq ücün evim olsun.
4.Hər ay bir təzə paltar ala bilim.
5.Ərim və uşaqlarım səliqəli olsunlar.
6.Vannada 1 saat rahatca uzanım,ərim və uşaqlar qapını döyməsin ki,corabım hardadır?
7.Ərim yatmazdan qabaq məni yaxşıca masaj etsin
8.Kritik günlərimdə ailəm mənim qayğıma qalsın və bütün işləri özləri görsunlər
9.Uşağı bağçadan ərim gətirsin
10.Gözümün kənarından qırışlar,burnumdakı civzələr,bədənimdəki piylər,zəhrimara qalmış sellülit öz-özünə yoxa cıxsın
11.Ərim mənə tez- tez pul versin və soruşmasın ki, pulu nəyə xərclədin?
12.Sinəm həmişə gözəl və möhkəm qalsın
13.Ərim qəflətən evə iş yoldaşını və ya dostunu çay içməyə dəvət etməsin
14.Bədənimdəki artıq tüklər tökülsün. Hər gün eşidim ,görüm və hiss edim ki ,məni sevirlər..
qadın istəkləri

14 şərh

r9perviz
Daha nə qaldi? :)))
burla xatun
Bu hələ uzun siyahının başlanğıcıdır:) Yəni burda yazılanlar başlanğıc üçündür.
nərgiz
15.Salonda desinlər ki,sənin kosmetikaya,parikmaxerə ehtiyacın yoxdur,onsuz da gözəlsən…
bloqçu
Qadınlar «qadın xoşbəxtliyi» istəyirlər…
rokfeller
Qadınlar televizor,paltaryuyan maşın,gözəllik salonunda qeybət istəyir desəm yəqin ki məni minuslamazlar.
bloqçu
Mən minuslamıram, amma, bu sözləri bütün qadınlara aid etmək olmaz… Cümlənin əvvəlində balaca bir «bəzi» sözünü yazsaq, o zaman lap yaxşı olar.

Hərçənd ki, paltaryuyan maşına qarşı çıxmazdım))))))
Leyla
18.Qadınlar hər şeydən çox kompliment istəyir. Ac saxla,yeməyə quru çörək ver,kosmetika üçün pul vermə,amma kompliment de=)
Dior
3-cü variant bu saat ən qlobal problemdi))))
nərgiz
problemi birdəfəlik həll etmək üçün onu yaradan səbəbi aradan qaldırmaq lazımdır.
baba-yaqa
Qadınlar istəyir ki,kişilər onu ovuclarının içində saxlasınlar:
şərh silinmişdir
təpəgöz
Ac toyuq yuxusunda darı görər.
ayxansevda

15 qadınlar ərlərinin onlara heç vaxt xəyanət etməməsini, gözləri onlardan başqasını görməməsini istəyir


16 siqaret ya içki içməməsini istəyir


17 evə gec gəlirsə zəng edib xəbərdarlıq etməsini, ona hörmət etməsini istəyir


18 uşaqları və onunla heç olmasa həftədə bir dəfə gəzintiyə və ya evdə vaxt keçirməsini istəyir


19 ad günlərini, özəl ildönümlərini xatırlamasını istəyir


20 dadlı yemək bişiribsə yoldaşı ona" sənin bişirdiyin yeməklərdən yoxdu" deməsini


21 «həyata ikinci dəfə gəlsəydim yenə səninlə evlənərdim» deməsini və s


məncə axırıncı variantı kişilər də istəyir


 

cahandar
Qadınlar sadəcə DƏYƏRLİ olaraq qalmaq istəyir!Qadınlar sadəcə həyat yoldaşlarından XƏYANƏT və YALANı gözləmədiyi halda ruslar demişkən «razaçerovaniye» gördükdə bədbinləşir,həyata küsürlər,bunun olmamasını istəyir!Düzdür,bəzi qadınlar var dövlət,maşın,pul həvəsi ilə dəyərli keyfiyyətlərini itirmiş olurlar lakin bu 70 faiz qadına aid deyil.Bəyləri öz sadiq həyat yoldaşlarına həyatda qürurla,alnıaçıq dayanmaqa stimul vermeklerini,Xəyanət,Yalana YOX deməklə xanımlarını xoşbəxt etməyə çalışmaqlarını çağırıram!!Bu devizlə cəmiyyətimizdə sağlam ailələrin sayı artar,boşanma,ayrılıqların faizi azalar!!!