Qadınların yaxşı ev xanımı olmasını qiymətləndirmək üçün test


Qadınların yaxşı evdar xanım olmasını qiymətləndirmək üçün Bolqarıstanda tədbiq olunmuş test sualları.Əziz xanımlar bu testdən keçmək istəyirsinizsə seçdiyiniz variantlara uyğun xalları toplayın.

 1-Tutaq ki, evdə zəruri əşyların çoxu yoxdur və siz yalnız bir əşya ala bilərsiz. Hansını seçərdiz?

a) soyuducu (30 xal)
b) televizor (5 xal)
c) paltaryuyan maşın (20 xal)
d) palto (10 xal)


2- Qarderobunuzu tez-tezmi nizama salırsınız?

a) hə (20 xal)
b) yox (10 xal)

3- Mənzilinizi hər həftə eyni gündəmi yır-yığış edirsiniz?

a) hə (20 xal)
b) yox (6 xal)

4- Qonaqlar gələnə qədər mətbəxdəki işlərinizi yerinə yetirə bilirsinizmi?

a) hə  (20 xal)
b) yox (8 xal)

5- Olurmu ki, qonaqlara yanmış piroq təqdim edirsiniz?

a) hə (10 xal)
b) yox (15 xal)

6- Qonaqlara özünüz xidmət etmək sizə xoş təəsurat bağışlayırmı?

a) hə (15 xal)
b) yox (6 xal)

7- Mağazaya gedərkən əvvəlcədən alacağınız ərzağın siyahısını tutursunuzmu?

a) hə (20 xal)
b) yox (3 xal)

8- Özünüzün seçmə yeməyi varmı? Hansı ki, deyilənə görə heç kəs onu sizin kimi bacarmır?

a) hə (15 xal)
b) yox (8 xal)

9- Kulinariya kitablarindan istifadə edirsinizmi?

a) hə (12 xal)
b) yox (8 xal)

10- Ev işlərində əriniz sizə kömək edirmi?

a) hə (12 xal)
b) yox (6 xal)

11- Mətbəxdə cihaz və əşyalar hər zaman rəflərə yığılmış haldadırmı?

a) hə (25 xal)
b) yox (6 xal)

12- Hesab edirsinizmi ki, soyuducu ev təsərrüfatında ən zəruri əşyadır? 

a) hə (16 xal)
b) yox (4 xal)

Əgər xallarınızın cəmi:

  1. 155-ə qədərdirsə, onda evdar qadın öz vaxtını düzgün bölmür, yəni o, kifayət qədər düzgün təsərrüfatçı deyil.
  2. 155-dən 195-ə qədər olduqda evdar xanım zəhmətsevərdi və evdə hər bir əşya öz yerindədir
  3. 195-dən yuxarıdırsa, evdar qadın həddindən artıq yaxşıdır, yəni o, həmişə nə isə eləyir, yuyur, təmizləyir və s. Lakin o, bilməlidir ki, həyat ev işlərindən ibarət deyil.

 

9 şərh

Leyla
Məndə xelyi aşağı alındı,indi deməli mən təmizkar deyiləm?
bankir
Bu o deməkdir ki,səni alan kişinin evi yıxıldı:-)
IDEAL
Qəm eləmə olan işdi.  Yaxşı ki, səhv variantlarada az da olsa xal verirlər yoxsa mən heç nə toplamazdım :)))

bloqçu
məndə 164
deməli kafidir)))
Dior
Məndə ikinci variant alındı.Deməli hələdə ümidim var)))
Westsider
bloqçu, Dior — telefon nömrələrinizi öyrənmək olar?))) zarafat)
təpəgöz
Mən artıq almışam,gecikmisən. bəxtini qalanları ilə sına.