İqtisadiyyat və qadın

  • Qadın
1. İkisi də tələb-təklif əlaqəsinə görə bir-birinə istiqamət verir .

2. İkisi də mikro səviyyədə sadə, makro səviyyədə mürəkkəbdir. 

3. İkisində də ideal olan nəzəriyyədə mümkün, realda qeyri-mümkündür. 

4.  İkisində də gələcəyi görmək mümkün deyil.

5. İkisində də bazarlar günə müsbət başlayar. 

6. İkisi haqqında da söz söyləyən çox, lakin həqiqətən anlayan azdır. 

7. Qloballaşma ikisində də böhran yaradan ünsürlərdəndir. 

8. İkisi də müəyyən bir vaxtdan sonra darıxıdırıcı görünməyə başlayar. 

9. İkisində də təlabat hissinə tez-tez rast gəlinir. 

10. Hər ikisi də əldə olan resurslarla maksimum fayda əldə etməyi qarşısına məqsəd qoyar. Yəni var olan vəsaiti ən mükəmməl şəkildə istifadə etmək təməl qaydadır. 

11. İkisi də ictimai elmdir. İkisi haqqında da ancaq keçmişə istiqamətli analizlər edilə bilər. Gələcəklə bağlı təxminlər əsassızdır. 



12. Hər ikisinin də “mikro”su sevimli, “makro”su isə bezdiricidir. 

13. Hər ikisində də pul fikri ilə yaşayan və bu fikri müdafiə edənlər var. 

14. Hər ikisini də analiz edərkən “ceteris paribus” qaydası nəzərə alınmalıdır, yoxsa dəyişənlər içərisində itər. 

 Tərcümə etdi: Zöhrə Nəsibova

0 şərh