Kök xanımların nifrət etdiyi 22 cümlə

Qadınların bədənləri haqqında danışmağın qəbul edilən olduğunu düşünənlərin sayı təxmin edə bilməyəcəyiniz qədər çoxdur. Əlbəttə, heç kim bədən ölçüsü səbəbindən ayrı tutulmamalı və ya kiməsə çəkisi səbəbiylə fərqli davranılmamalıdır. Budur, kök bir qadınların əsla eşitmək istəmədikləri və nifrət etdikləri 22 cümlə:

1. "Üzün çox gözəldir".

2. «Qara rəngli geyim geyinməlisən».

3. «Sən həddən artıq böyüksən».

4. «Heç mədənə halqa taxdırmağı düşünürsənmi?»

5. «Məndən kök olanlarla problemim yoxdur».

6. «Sadəcə sümüklərin iridir». 

7. «Az yesən, arıqlaya bilərsən».

8. «Sənə nə olub belə?»

9. «Kaş ki, yeməkdən sənin kimi zövq ala bilsəydim».

10. «Fikir eləmə, mən kök qadınları xoşlayıram».

11. «Heç arıqlamağı sınaqdan keçirmisən?»

12. «Bunu yeməməlisən».

13. «Bu halınla da gözəl görünürsən».

14. «Kişilərin marağından qorxduğun üçünmü kökəldin?»

15. «Arıqlasan, çox gözəl olarsan».

16. «Doğuş nə vaxtdır?»

17. «Rəfiqəm bu mükəmməl pəhrizlə çox arıqladı».

18. «Arıqlasan, həqiqətən, seksual olarsan».

19. «Yaxın zamanlarda xolesterolunu ölçdürmüsənmi?»

20. «Daha sağlam olmağa çalışmalısan».

21. «Zolaqlı, xallı, çiçəkli paltarlar geyməməlisən».

22. «Arıqlasan, səninlə sevgili olmaq istəyənlər çox olacaq».
 

5 şərh

_BUMERANQ_
Arıqların nifrət etdiyi sözlər də var. Məsələn, küləkli havada, «Cibinə daş yığ, külək aparmasın.» :)
name
Bu yaxşı idi… Cibinə daş yığ, külək aparmasın… :DDDD
Ferbara
Hamısı köklüyünü xatırladan sözlərdi. Ay balam, düz deyirlər da. Kökəlmə, deməsinlər. Həm özünə ziyandı, həm də avtobusdakılara ziyandı. :)
name
Və metrodakılara :)