Qadınlara 10 məsləhət

1620-ci ildə poznanlı İshaq Ben Elyakin öz qızı üçün kiçik bir kitabça yazdı və tezliklə bu kitabça yəhudi qadınlar arasında məşhurlaşdı. "Mərhəmətli qəlb" adlanan bu kitabçada yaxşı arvada on nəsihət və başqa məsləhətlər vardı. Biz bu nəsihətləri nümunə kimi ona görə veririk ki, xanımlarımız ayrı baxış nöqtələrindən də özlərini görə bilsin.

1. Ərin hirslənəndə, ehtiyatı əldən vermə. Bu zaman nə şən, nə də öcəşkən ol. Gülümsə və sakit danış.
2. Ərini yemək gözləməyə məcbur etmə. Aclıq qəzəbin atasıdır.
3. Ərin yatanda, onu oyatma.
4. Onun pulları ilə ehtiyatlı ol. Pulla bağlı işlərini ondan gizlətmə.
5. Heç vaxt onun sirlərini açma. Əgər lovğalanırsa, bunu gizli saxla, üzünə vurma.
6. Onun düşmənlərini bəyənmə və dostlarına nifrət etmə.
7. Ona etiraz etmə və öz məsləhətinin onunkundan yaxşı olduğunu israr etmə.
8. Ondan mümkün olmayanı gözləmə.
9. Onun xahişlərinə diqqətlə yanaşsan, sənin kölən olar.
10. Onun xətrinə dəyən heç bir söz demə. Sən onunla çar kimi rəftar etsən, o sənə çariça kimi münasibət bəsləyəcək.

6 şərh

mr13
İndi düşünürəm ki, bütün bunu oxuyan xanımlar «Kişinin yazdığı məsləhət» bundan artıq olmayacaq ki, deyəcəklər. Amma doğurdan da ailədə bütün abu-havanı xanımlar qoruyur. Belə bir məsəl var idi ki, «Biri od olanda biri su olar». Amma bu məsəl çoxdan bu şəkilə düşüb «Qadın od olanda kişi su olar.»
Dior
Həqiqətən dəyərli məsləhətlərdi.Həyat təcrübəmdə də bunların düzgün olduğunu görmüşəm.
kastanka
Bir sözlə «Gəlin evin süpürgəsidir harda qoydular orda da qalmalıdır» prinsipi..BUrdakı məsləhətlərin 50% ilə razılaşmaq olar.

Ona etiraz etmə və öz məsləhətinin onunkundan yaxşı olduğunu israr etmə. BUnunla isə razı deyiləm. Necə deyirlər?  -  Ailə kiçik dövlətdır. Kişi şahdısa qadın vəzirdir.Şaha isə ən gözəl, ağıll məsləhətləri kim verir?? təbii  ki vəzir.Ağıll qadın ilanı yuvasından çıxarar.))
nərgiz
Deməli kişi ilandır? Əgər elədirsə,ataların bir yaxşı sözü var.
kastanka
yoo mən demirəm kişi ilandır.sadəcə misal çəkdim.Yəni qadının necə ağıll məxluq olduğunu göstərmək üçün.Əslində qadın bir az da hiyləgər məxluqdu desəm yanılmaram…
Bilici

burada yazılanlar o deməkdir ki, əsl üzüvü ərindən gizlət, onun qarşısında maskalan


eyni zamanda bu o deməkdir ki, ey kişilər həyat yoldaşınız sizinlə heç vaxt səmimi olmayacaq


 


həyat müştərəkdir, qarşılıqlı anlaşmalar hər şeyi yoluna qoyar


ən birinci səmimi olmaq lazımdır