Qadınlar əslində nə istəyir?!

  • Qadın

Qadınlar səmimi və düzgün olmağınızı istərlər əziz kişilər. Amma bunu da unutmayın ki,  qadınlar qulaqları ilə sevdiyindən şirin yalanları da rahatlıqla qəbul edərlər.
Qadınlar özlərinə qarşı diqqətli olmağı istərlər. Amma diqqətsizliyinizi də onlardan əsirgəməyin, çünki qadınlar kişinin diqqətindən çox diqqətsizliyinə daha həssasdırlar.
Qadınlar onlara görə fədakar olmağı istərlər. Amma buna da tam arxalanmayın, çünki bir qadının ayaqları altına dünyanı sərsənizdə belə “bir qədər o yandan sərsəydin daha yaxşı olardı” cavabı alarsınız.
Qadınlar sizdən onun rahatlıqla anlamağınızı istəyərlər. Amma bəzən anlamadıqda belə sizə şirin formada, ağız-dolusu uzun-uzun izah etməyi də sevərlər.
Gördüyünüz kimi hər bir uğurlu kişinin arxasında olan qadınların istədikləri əslində çox da mürəkkəb şeylər deyil və bu ardıcıllıqla daha da uzatmaq olar. Amma onu da unutmayın ki, bəzən qadınlar heç özləri də nə istədiklərini bilmirlər.

 

Müəllif: Azər Musalı

 

0 şərh