Qadın xəstəlikləri

  • Qadın
Qadınlar ginekoloji xəstəlikləri barədə bəzən öz rəfiqələrinə belə danışmaq istəmirlər.Bəzilərinin isə bu xəstəliklər və onların fəsadları barədə heç məlumatları belə yoxdur.

Ginekoloji xəstəliklərin növləri:
Bu xəstəliklərə 70% qadılarda rast gəlinir.Xəstəliklər uşaqlıq və uşaqlıq artımlarında,endometriumda və endokrin pozulmalarla əlaqədar olaraq aybaşı pozğunluqlarında özünü göstərir.Qadın cinsiyyət orqanlarının xəstəlikləri arasında iltihabi və onkoloji xətəliklərə də rast gəlinir.

Əlamətləri:
İnfeksion ginekoloji xəstəliklər qadınlara cinsi yolla yoluxur.Bu zaman qadınlarda qızdırma,üşütmə,halsızlıq,axıntı və kiçik çanaqda qarının dib hissələrində ağrılar olur. Ginekoloji xəstəliklər endokrin sistemin pozğunluqları səbəbli əmələ gəldikdə özünü aybaşı pozğunluqları ilə biruzə verir.

Onkoloji qadın xəstəlikləri uşaqlığın,uşaqlıq artımlarının xoşxassəli və bədxassəli şişləri ilə özünü biruzə verir.Bu xəstəliklər qadınlarda qanazlığı,yorğunluq,beldə və qarının dibində ağrılarla özünü biruzə verir.Şiş xəstəliyi bədxassəli olduqda metastasz verib daha da ağırlaşır və gecikmiş hallarda xəstənin ölümünə səbəb ola bilir.

Diaqnozu
Ginekoloji xəstəliklərə diaqnoz qoymaq üçün aşağıdakı müayinə metodlarından istifadə edilir:
— ginekoloqun baxışı
— ultrasəslə müayinə
— kompyuter tomoqtafiya
— yaxmanın müayinəsi.

immunitet.az 

0 şərh