Qadının əsl yaşını bəlli edən 5 üzv

Qadınlar çox yaşamaq istəsələr də, yaşlanmağı yaxınlarına belə buraxmırlar. Gənclik və gözəlliklərini qorumaq üçün əllərindən gələni edirlər. Məsələn, üz dərisinə qulluq edir, qırış, sızanaq, civzə, bir sözlə, onları çirkin göstərən hər xırda amilə qarşı sərt mübarizə üsullarına əl atırlar. Ancaq özünəqulluqda onlar bədəninin 5 üzvünü, demək olar ki, həmişə unudurlar.

Saçlar – qadın nə qədər yaşlı olarsa, saçları bir o qədər seyrək və solğun olur, tellər getdikcə ağarmağa başlayır və təbii parıltısını itirir.

Bunun üçün qida rasionuna vitamin kompleksləri, mövsümi meyvə və giləmeyvələr, dəniz məhsulları və balıq növləri daxil edilməlidir. Yaşa dolduqca baş dərisini masaj etmək, protein serumlarından, eləcə də, sulfatsız şampunlardan istifadə və təbii inqrediyentlərdən maskalar qoymaq lazımdır.

Dekolte zonası – qadının əsas düşmənləri bunlardır: günəşin mənfi şüaları, hündür yastıq, susuz qalmış bədən. Günəş şüaları dərini qurudur və qocalma prosesini sürətləndirir. Nəmsiz qalmış dəri də qocalmağa doğru gedir. Qırışlar, dərinin quruluğu, piqmentlər qadının yaşını ələ verir.

Günəş şüalarının dəriyə zərər verməsini istəmirsinizsə, onu müntəzəm şəkildə nəmləndirin. Çoxlu su için və SPF tərkibli qidalandırıcı kremlər çəkmədən evdən çıxmayın.

Dirsəklər və dizlər – çoxları bədənin bu hissəsinə diqqət ayırmır. Nəticədə qulluq görməyən diz və dirsəklər elastikliyini itirir. Beləliklə, quru dirsək və diz dərisi qocalmanın ilk əlaməti olur.

Bunun qarşısını almaq üçün diz və dirsək dərsiinə hər gün yağlı krem çəkin, mütəmadi olaraq pilinq edin və sərt parçadan olmayan geyimlər seçin.

Əllər – qadının yaşını əsasən əllərindən bilmək olur. Kişilər də qadının yaşını müəyyən etmək üçün əllərinə baxırlar. Daimi yükləmələr, yuyucu vasitələrlə və su ilə təmas dərinin vəziyyətinə mənfi təsir edir.

Bundan qorunmaq üçün soyuq havalarda əllərinizinə əlşək geyinin. Küləkli və yağışlı günlərdə krem çəkmədən evdən çıxmayın.

Sinə – bədənin bu hissəsi – qadının qürurudur, amma yaşlandıqca sinədə bir çox problemlər yaranır. Ana olduqdan sonra sinələr əvvəlki formasını itirir, sallanmağa başlayır. Hamiləlikdə genişlənən və sonra kiçilən döşlər elastikliyini itirir.

Dərinin elastikliyini itirməməsi üçün ona xüsusi qulluq etməli, daim büsqalter geyinməli, sinəni dik saxlayan məşqlər etmək vacibdir. Həmçinin, tez-tez kökəlib arıqlamamaq, isti su ilə çimməkdən, saunalardan, hamamdan çəkinmək lazımdır.

0 şərh