Hamiləykən yayılan gözəllik mifləri

“Hamiləykən saç boyanırmı?”, “Manikür çox təhlükəli”, “Hamiləykən dırnaq boyası çəkmək olmaz” – hamilə olarkən bu cür suallar və doğru olmayan mövzular beynimizi qarışdırır. Qulaqdan-qulağa yayılan və yanlış olan bu cür yanaşmanı yox etmək üçün kiçik araşdırma etdik. 

Saç boyanması
Hamilə olarkən saç boyanması geniş müzakirə olunan hallardandır. Bu müzakirənin əsasında saç boyanmasının uşağa və hamiləlik prosesinə ziyanlıdır fikri dayanır. Məhz buna görə də ana olmağa hazırlaşanlar bu müddət ərzində saçlarını boyamaqdan uzaq dururlar.

Saç boyaları geniş araşdırmalara məruz qalan kosmetik məhsulladır. Boyanmada istifadə olunan boyalar heyvanlar üzərində dəfələrcə test edilmiş və bu məhsullarında mənfi təsiri aşkar edilməmişdir. Mövzu ilə əlaqəli olaraq Amerika Qadın Xəstəlikləri və Doğum Cəmiyyəti hamiləlikdə saç boyatmağın heç bir mənfi tərəfinin olmadığını açıqlamışdır. Bu səbəblə də, hamimiləlikdə saç boyatmaq zərərlidir fikrinin altında heç bir elmi sübüt yoxdur. Amma bu mövzuda son qərarı yenə də, ana olacaq insanın öhdəsinə buraxmaq lazımdır. Tərəddüdlər yox olarsa, ilk 3 aydan sonra hamilə xanımlar saçlarını boyada bilərlər.

Manikür və Pedikür
Xanımlar üçün əl və ayaq baxımı çox vacibdir. Buna görə də, hamilə xanımların heç biri bu müddəti səliqəsiz əl və ayaqlarla başa vurmaq istəməzlər. Belə ki, hamiləlik zamanı manikür və pedikürün heç bir problemi yoxdur. Hətta əl və ayaqlara qulluq ana namizədlərinin özlərini yaxşı hiss etməyə kömək edir.

Manikürdən fərqli olaraq, pedikürün hamiləliyin daha ağır olduğu aylarda tək edilməsi çətinləşir. Bu proseslərdə təmizlik çox vacibdir. Elə buna görə də, manikür və pedikürünüzü öz alətlərinizlə etdirsəniz, heç bir probleminiz olmaz. Digər diqqət edilməsi lazım olan hal isə, manikür və pedikürünüzü etdirdiyiniz gözəllik salonunda havalandırma sistemi yaxşı işləməlidir ki, kimyəvi qoxular sizə təsir etməsin. Qeyd edək ki, hamiləlik zamanı dırnaq boyanmasının nə sizə, nə də ki, uşağınıza mənfi təsiri yoxdur.

Epilyasiya
Epilyasiya zamanı istifadə olunan lazer alətinin toxumalar içində hərəkət etmə xüsusiyyəti yoxdur, eyni zamanda da lazer işığı proses vaxtı sadəcə tətbiq olunan hissədə təsirlidir. Bu səbəblə də, qarın bölgəsindən başqa digər hissələri rahatlıqla epilyasiya etdirə bilərsiniz.

foxy.az 
 

0 şərh