Hamiləlikdə düzgün yatmaq

İdeal yuxu mövqeyi
Araşdırmalara görə, arxası üstə və ya sağ tərəfə yatmaq ayaqların ana damarlardan ürəyə olan qan axımını azaldır ki, bu da dölə mənfi təsir edir. Mütəxəssislər hamiləlik dövründə ən ideal yuxu mövqeyinin sol tərəfə doğru yatmaq olduğunu deyirlər.

İlk üç ay rahat olun
Mütəxəssislər deyir ki, ilk 3 ay hər mövqedə yatmaq olar. Bu aylarda uşaqlıq kiçik və yüngül olduğu üçün damarlara təzyiq etmir və körpə zərər görmür.

Sola doğru yatmaq şişi azaldır
Mütəxəssislərin fikrincə, hamiləlik dövründə sola doğru yatmaq, hətta dizləri qatlayıb ayaqların arasına yastıq qoymaq körpə üçün ən yaxşı yatış mövqeyidir. Eyni zamanda, bu cür yatmaq plasentaya ən uyğun şəkildə qidalanma təmin edir və böyrəyin işini rahatladır. Eyni zamanda bədəndə, xüsusilə əllərdə və dizlərdə yarana biləcək şişi azaldır. Bu isə bir daha sübut edir ki, hamiləlik dövründə sola doğru yatmaq əhəmiyyətlidir.
 

0 şərh