Doğuşun rahat keçməsi üçün bunlara əməl edin

  • Qadın
Doğuşdan əvvəl hamilələr ümumi olaraq qayğılanırlar və bu, təbii bir vəziyyətdir. Daha əvvəl heç doğum etməmiş bir qadın bilmədiyi bu vəziyyət üçün narahat olur, ya da qorxur. Bəzi qadınlar isə birinci doğuşdan sonra ikinci uşaq dünyaya gətirməkdən imtina edirlər.

1. Xəstəxana seçin
Doğuşdan əvvəl yatacağınız xəstəxananı ziyarət etmək əhəmiyyətlidir. Bununla doğuşa gedərkən qayğınız daha az olar. Xəstəxananın evə yaxın olması sizi daha da rahatladacaq.

2. Doğuşla əlaqədar kurslara gedin
Belə kurslara getmək müəyyən mənada sınaq etmənizi təmin edəcək. Əgər doğuşu zehninizdə böyütmüsünüzsə, bu, narahatlıqlarınızı azaldacaq.

3. Həyat yoldaşınızın doğuşa qatılmasını təmin edin
Hazırda bir çox xəstəxanlarda bu mövzu ilə bağlı həssas davranırlar. Yoldaşınızla bu mövzunu danışın. Əgər qayğınız çoxdursa, yoldaşınızın yanınızda olması sizi psixoloji baxımdan rahat hiss etdirər.

4. Mütaliə edin
Doğuşla əlaqədar yazılmış kitabları mütaliə edin. Bir çox adam bunu internetdən araşdırır, ancaq internetdə doğru məlumatlar olduğu kimi, xoşagəlməz məlumatlar də mövcuddur — bunu unutmayın. Oxumaq və məlumatlanmaq sizi qayğı və qorxularınızdan uzaqlaşdıracaq.

5. Ananızla bu haqda danışın
Analar doğuş mövzusunda təcrübələrinə görə sizi rahatladarlar. Ananızla necə doğulmağınızı danışaraq, məlumat ala bilərsiniz. Həm də sizinlə əlaqədar bilmədiyiniz, xoşbəxt xatirələri öyrənmək özünüzü yaxşı hiss etdirəcək.

6. Həkiminizlə qayğılarınızı paylaşın
Bəzi hallarda doğuş həkimi ilə danışmaq üçün kifayət qədər vaxt olmaz. Buna baxmayaraq, zaman yaradın və qayğılarınızı danışın. Beləcə, həkimin sizin qayğı səviyyəsini anlaması daha asan olur və sizi rahatlaşdıracaq məlumatı ondan ala bilərsiniz.

7. Doğuşdan sonra qucağınıza alacağınız uşağın xəyalını qurun
Hamiləlik müddətində uşağınızla ilk qarşılaşma səhnəsinin xəyalını qurmaq həm hamiləliyin, həm də doğuşun asan keçməsini təmin edir.

8. Hamiləlikdə yoqa məşqləri edin
Əgər imkanınız varsa, hamiləlik müddətində yoqa ilə məşğul olmaq sizi olduqca rahatlaşdıracaq. Bununla bərabər nəfəs məşqləri çətin vəziyyətləri dəf etməyinizi asanlaşdıracaq. Ancaq bunlara mümkünsə, hamiləliyin erkən dövrlərində başlamalısınız.

9. Hamiləliyin və doğuşun sağlam bir müddət olduğunu unutmayın
Hazırda informasiya bolluğudur və təəssüf ki, bəzi xoşağəlməz xəbərlər də olur. Halbuki hamiləlik qadın təbiətində ən gözəl vəziyyətdir. Hətta professional kömək almadan belə, qadın özü doğuş edə bilir. Bu həqiqəti gözdən qaçırmayın.

10. Həkiminizlə danışaraq, təklif etdiyi məşqləri edin
Məşq etmək doğuşda əzələləri daha rahat işlətdiyi kimi, stressə qarşı dayanıqlığınızı da artıracaq. Hamiləlik müddətində həkiminizin təkliflərini də nəzərə alaraq, mütləq məşq edin. Piyada gəzmək belə, bədənimizdə müsbət hiss etdirəcək hormonların ifraz olunmasına səbəb olur.

11. Davamlı olaraq doğuş hekayələri dinləməyin
Əgər həssassınızsa, ətrafınızdakı insanlardan doğuş hekayələri dinləməyin. Çünki onlar müsbət hekayələr anlada biləcəyi kimi, mənfi hekayələr də danışa bilərlər. Qarşı tərəf yaxşı niyyətli olsa belə, sizin həssas olmağınız kefinizi qaçıra bilər.



12. Əvvəlki aktual yaşamınızı davam etdirin
Həkiminiz nəsə məsləhət görməyibsə, normal həyatınızı doğuşa qədər davam etdirin. Özünüzü həddindən artıq stressə salmayın. Həyat vərdişlərinizi hamiləlik müddətində də davam etdirin. Təbii ki, spirt, siqaret kimi vərdişlər istisna olmaqla.

13. Həyat yoldaşınızla maddi mövzularda danışın
Doğuşdan əvvəl həm xəstəxana xərcləri, həm də bir müddət çalışmayacağınız üçün maddi durumunuzu həyat yoldaşınızla müzakirə edin. Xərclər haqqında həkiminizdən və xəstəxanadan məlumat alın.

14. Tokofobi (doğuş qorxusu) varsa, buna laqeyd yanaşmayın
Tokofobi əsasən hər 9-10 qadından birində görülür. Hamilə qadın bununla əlaqədar həddindən artıq qayğılana bilər. Amma bu, müalicə edilərək keçə bilər.

ailem.az
 

0 şərh